Müharibəni əksər
hallarda kişilər anladıb: filmlər çəkilib, əsərlər,məqalələr və s.yazılıb. Amma
qadınların anlatdıqlarına daha çox qulaq vermək lazımdır. Məncə, müharibəni
yaşamış bütün insanlar əzab çəkiblər, işgəncələr görüblər. Amma müharibələr qadınlar üçün daha
dəhşətli olub. Alexandra Caveliusun “Leyla” əsərini oxuduqdan sonra buna bir
daha əmin oldum.Yazımın başlanğıcında deyirəm ki, əsəri oxuyun, bir qadının
gözündə müharibənin dəhşətlərini, görünən və görünməyən tərəflərini görün.Birnəfəsə
oxuduğum, ürəyimin parçalandığı, insan oğlunun içində necə bir canavarın
olduğunu göstərən, müharibəyə bütün hallarda “yox” dedirdən, onun fəlakətlərini,bu
gününü və sabahını göstərən, insanların, xüsusilə, qadınların müharibədəki çətinliklərini
və ondan sonrakı travmasını göstərən bir kitab.
