Bu günlərdə oxuduğum kitab Canan Tanın “Piraye” kitabı oldu. Canan
Tanın dəst-xəttinə “Eroinle dans” romanından bələd
idim. Bu kitab da su kimi axıb getdi, 2 günə oxundu. Əslində, “Piraye”ni mənə
oxudan Nazim Hikmət oldu. Daha doğrusu, Mavi gözlü devin sevgisi, bir çox dillər əzbəri olan,
ürəkləri fəth edən sevgi şeirlərinin ünvanı, həyat yoldaşı Piraye oldu. Nazim Hikmətin şeirləri qədər sevgiləri də
ölümsüzdür.
