Maraqla
oxuduğum və bitməsini heç istəmədiyim növbəti bir kitabı da tamamladım. Əslən
livanlı olan fransız yazıçısı Amin Maalufun “Səmərqənd” kitabı. Amin Maalufun
1983- cü ildə çap olunan ilk əsəri “"Ərəblərin gözüylə xaç yürüşləri"
onun dünyada tanınmasına gətirib çıxarıb. Yazıçının klassikaya çevrilən ikinci
kitabı və ilk romanı “Afrikalı Leo” isə "Fransız - Ərəb Dostluq
Mükafatı"na layiq görülüb. Ona ən böyük şöhrəti isə 1988- ci ildə nəşr
etdirdiyi ikinci romanı “Səmərqənd” gətirib. Tarixi romanlar yazarı kimi
tanınan Amin Maaluf hazırda Parisdə yaşayır.
Əsər 1072-
ci ildə Xəyyamın Səmərqənd hekayəsilə başlayır və 1912- ci ildə Atlantik
okeanında- Titanikdə sonlanır.
Titanikdə “Rübailər”.
Şərq çiçəyi Qərb baxçasında. Ey Xəyyam, kaş ki, yaşadığımız bu gözəl anları görə
bilsəydin”.
