Oskar Uayldın yeganə romanı 1891- ci ildə nəşr olunan “Dorian Qreyin portreti”dir. Bu dünyaşöhrətli əsərin bir az keşməkeşli taleyi olub. Belə ki, tənqidçilər yazıçının əxlaqsızlığı ucaltdığı iddiasını irəli sürüblər. Hətta Dorianın özünü məhvə məhkum etməsi də bu “damğa”nı əsər üzərindən qaldıra bilmir. Uayld sənətin özünün də əxlaqdan kənarda qaldığını və Dorianın günahını hamının görəcəyini inadla israr edib vaxtilə bu “əxlaqsız” romanına qahmar çıxır, amma nəticəsiz qalır. Yalnız bir neçə il öncə işıq üzü görməsindən 120 il sonra bu əsər senzurasız nəşr olundu.
Yazıçının “Faust” dan təsirləndiyi açıq-aydın görünür. Faust sonsuz elm üçün ruhunu şeytana satmışdısa, Dorian Qrey gözəllik və əbədi gənclik uğrunda şeytanla razılığa gəlir, ruhunu kirlədir.
.jpg)