8 Haziran 2013 Cumartesi
19 Şubat 2013 Salı
"Yağış"dan sonra günəş çıxır
Uzun müddətdən bəri baxmaq istədiyim bir film
var idi: Baran,yəni yağış. İranlı rejissor Məcid Məcidinin filmi. Məcidinin “Sərçələrin
nəğməsi”,”Cənnətin rəngi” və “Cənnətin uşaqları” filmlərindən sonra bu
filmin də təsirli olacağına şübhə
etmirdim. Və ehtimalım özünü doğrultdu..Məcidi izləyicini təsirləndirmək,bəzən
də ağlatmaq üçün səy göstərir, bir az sentimentallıq edir. Bu bir az da pafoslu
ola bilər. Amma nəsə o qədər də hiss olunmur. Nəzərə alsaq ki, tamaşaçılar bir
çox hallarda elə sentimentallığa qaçır. İran filmlərinin özəlliyi ondandır
ki,insana müəyyən dəyərləri öyrədir, unudulmuşları xatırladır, bir az tərbiyələndirir,
mənəvi cəhətdən zənginləşdirir.Hollywood filmlərindən fərqli olaraq, heyvani
yox, insani keyfiyyətləri göz önünə sərir. Məsələn,elə baxdığım filmdə qızın çətinliklərə
və işinin çoxluğuna baxmayaraq göyərçinləri yemləməsi kimi..
15 Şubat 2013 Cuma
"Sərçəciyin hekayəsi"
"Sərçəciyin hekayəsi"
Edit Piaf haqqında yazmaq lazım idi...Həm
özüm üçün nəsə cızma-qara kimi saxlamaq,həm onun mahnılarına və fransız
musiqisinə sonsuz sevgimdən dolayı..Bir də filmin isti-isti təəssüratlarını
aradan uzun müddət keçəndən sonra oxumaq maraqlı olur..
Edit Piaf haqqında heç bir məlumatım olmayanda
təsadüfən fransız musiqilərinə sevgimə görə axtarışlarım məni ona
“çatdırmışdı”.Dinlədim,çox sevdim..Amma ağlıma gəlməmişdi ki,onun haqqında da
maraqlanım.Yenə də təsadüfən onun bioqrafiyasını oxudum və bundan sonra onu
daha diqqətlə dinləməyə başladım.Ağrılı həyat yolu var idi Editin.Və nəhayət, bu
günlərdə “La vie en rose” (Жизнь в розовом цвете) – “Çəhrayı həyat” avtobioqrafik
filminə baxdım və deyə bilərəm ki, Edit Piafın yeri artıq bir başqadı qəlbimdə..
14 Şubat 2013 Perşembe
28 Ocak 2013 Pazartesi
Bir "Sevgi" haqqında

Ötən il Avstriyalı rejissor Mixael Hanekenin “Sevgi” filmi Kann kinofestivalının baş mükafatını aldı, Amerikada isə 2013-cü ilin əcnəbi dildə “ən yaxşı film” nominasiyasında Qızıl Qlobusa layiq görüldü.Və film 85- ci Oskar mükafatlarına əsas nominasiyalarda namizədlər siyahısındadı.
Kannın qalib filminin adının “Amour” (Sevgi) olduğunu öyrənəndə nədənsə bu adda film mənə bəsit göründü.Ya da sevgi elə çoxunun “çeynədiyi”çeynənmiş ad idi deyə.Bilmirəm..Amma filmin necə olacağı çox maraqlı idi,dünya ondan danışırdı çünki...
19 Ocak 2013 Cumartesi
"Ruhunu tapdığımda gözlərini çəkəcəyəm"
Modilyani adını
bəlkə də bir çoxları eşitməyib.Yaxud eşidibsə, sənətindən, həyatından
bixəbərdir. Amma əgər onlar "Modigliani" filmini izləsələr, çox güman ki, Modilyani
onların ən sevdiyi bir rəssam olacaq.
Rəssamın sənətindən
müəyyən qədər məlumatlı idim. Amma düzünü deyim ki, sadəcə məlumat məqsədilə
tanış olmuşdum və o, mənim bəyənib-sevdiklərimin kölgəsində
itib-batmışdı. Ta ki, "Modigliani" filmini izləyənədək.
Tərifini zövqünə
güvəndiyim kinomanlardan çox eşitmişdim və nəhəyət, filmini izlədim.
Film mənə o qədər
təsir etdi ki, Modilyani Dalini ən sevdiyim rəssam birinciliyindən
uzaqlaşdırdı. Sən demə, dünyada Modilyani var imiş..
18 Ocak 2013 Cuma
Dünyanın bütün məsum uşaqlarına ithaf olunan film
![]() |
| Bəhman Qobadi |
"Tısbağalar da uçar" ("Turtles can fly") filmi.Kürd əsilli iranlı rejissor Bəhman Qobadinin rejissorluq etdiyi, gerçək əhvalata və insanlara köklənən hekayə.Filmə baxanda donub qalmışdım.Eyni anda o qədər çox şey hiss edirdim ki,hissiz olmuşdum.Və günlərlərlə o hisslər yavaş-yavaş aydınlanmağa başladı.Amma yenə də bəzi hisslər o qədər dərin olur ki,onları yazıya almaq çox çətin olur..
Ərdəbil səfərim haqda qeydlərim
Çox qəribə də olsa İrana getmədən öncə bu ölkəni XVII əsrin Azərbaycanı kimi təsəvvür edirdim.Bəlkə də haqlı idim.Çünki çoxları danışırdı ki,burda qadının bir teli görünsə,daş-qalaq edirlər.. və sair bu kimi “qorxunc faktlar”..Təbii,mənim də qorxmağa haqqım var idi. Hələ düşünürdüm ki,ordan sağ qayıtmayacağam.Elə yolboyu necə meydana gətirildiyimi,hamının niftət dolu baxışlarını,sonra mənə atılan,üz-gözünü parçalayan daşları xəyalımda canlandırıb dramatik bir sujet qururdum..
15 Ocak 2013 Salı
Kitablardan karandaşla seçdiklərim
Kitabları karandaşsız oxumaq yarmçıq oxumaqdı bir az da. Karandaşsız olmazsa olmaz :) Heç səliqəli oxucu sayılmıram, kitab oxuyanda mütləq gərək sevdiyim cümlələrin altından xətt çəkim. Beləcə, kitabları özümə daha da doğmalaşdırıram. Aradan müəyyən müddət keçəndən sonra kitabı əlimə alanda altını qaraladığım fikirlər az qala "gözümə girincə" rahatlıq tapıram. Kitaba əziyyət verdiyimin də fərqindəyəm, amma kitablarımda özümdən "izlər" qoymayınca da onlar mənə doğmadan doğma olmurlar.Nəysə, karandaşla seçdiklərimdən bir qismini paylaşmaq istəyirəm. Amma bir məqamı da qeyd edim: indiyədək öyünmək olmasın, çox kitab oxumuşam, amma yalnız barmaqla sayılacaq qədəri ənnnn sevdiyim olub.Yəni o kitabları qeyd-şərtsiz, tərəddüdsüz hamıya məsləhət görərdim və deyərdim ki,ölmədən öncə oxuyun, mütləq. Əslində, sevdiklərimi paylaşmaqda bir az da paxılam, amma o əsərlərdən birinin adını qeyd edə bilərəm: Remarkın "Zəfər tağı" əsəri.İndiyədək çox adama məsləhət görmüşəm, hamı da bəyənib.. Buna şadam :) Keçək qeydlərə:
12 Ocak 2013 Cumartesi
"Fil adam" filmi
Nə qədər humanist və insanları sevən,bu sevginin içimdə heç vaxt tükənməsini istəməyən biri olsam da bəzi insanlar məni iyrəndiyib zaman-zaman.Daxili dünyaları, canavarlıqları,saxtakar,ikiüzlü,yaltaq olmaları və sənin bunun açıq-aydın fərqində olman iyrəndirə bilir insanı.Bu təbiidi,daxili dünyasına görə ən mundar insan da özünə qarşı xəbislik sərgilənəndə iyrənə bilir qarşısındakından.Amma bəzən kimlərinsə xarici görünüşündən hürkmüşəm,qorxmuşam,iyrəndiyim də olub.Məsələn,bir vaxtlar qarşıma tez-tez çıxan bapbalaca,qara və qaməti əyilən donqar kişidən,üzünün yarısını,gözünü ət parçası basan başqa bir kişidən..Bir anlıq bir şey olsa da sonradan özümdən utanmışam,danlamışam.Amma iyrənmək əlimdə olan bir şey olmayıb.
Hz.Əli
haqqında çəkilən və "Elephant man" filmlərinə baxandan sonra bu iyrənməyi özümdən
daha çox uzaqlaşdırmağa çalışmışam.
Kaydol:
Kayıtlar (Atom)










