25 Şubat 2014 Salı

İran filmlərinin iç üzü

2012- ci ildə Əsgər Fərhadinin “Ayrılıq” filmi “Ən yaxşı xarici film” nominasiyasında Oskara layiq görüləndən sonra İran filmlərinə diqqət daha da artdı. Dünya siyasətin toz-dumanına bürünən düşmən hədəfə diqqətlə baxmağa başladı. Bu dəfə sənətə, mədəniyyətə yönəldi baxışlar. Düzdür, inqilabdan sonra İran kinosu özünə müəyyən axar tapıb irəliləyirdi, amma xüsusilə, 90-cı illərdə öz yüksəlişini qeyd etdi. 1997- ci ildə Abbas Kiyarüstəminin “Taste of cherry” (“Gilasın dadı”) filminin “Qızıl palma”ya layiq görülməsi İran kinosunun dönüş nöqtəsi kimi dəyərləndirilir. Kiyarüstəmi ilə yanaşı, Mohsen Maxmalbaf, Bəhman Qobadi, Əsgər Fərhadi, Cəfər Pənahi, Məcid Məcidi və s.kimi rejissorlarla İran kinosu özünə sağlam vəsiqə qazanmış oldu.

22 Şubat 2014 Cumartesi

Floberin başıbəlalı Madam Bovarisi

Bu kitab insan beynini ən çox inkişaf etdirən, oxunması vacib, XIX əsrin mühüm romanları kimi müxtəlif siyahılara yol tapa bilib. Qərb ədəbiyyatının klassikası olan bu kitabı Flober “iynə ilə quyu qazmaq” məsəli kimi 5 ilə (1851- 56) ərsəyə gətirib. Amma əsər nəşr olunduqdan sonra ona “mənəviyyata zidd” damğası vurulur, yazıçı isə  əxlaqsızlığa təşviq, fransız qadınlarını təhqir etməsinə görə məhkəməlik olur. Flober şah əsərinə yaxşı bəraət qazandırır:  “O sağdır. Madam Bovari mənəm. Əgər o xanım fiziki cəhətdən təhqir olunubsa, mən bir yazıçı kimi təhqir olunmuşam”.
V.Naboov yazırdı: “ Flober olmadan Fransada Prust, İrlandiyada C.Coys, Rusiyada isə Çexov olmazdı”.Bu üç dahinin, ən azı, Çexovun qüdrətinə bələd olan oxucu Nabokovun nə dediyini yaxşı anlayar. Flober indiyədək oxuduqlarım içində öz qəhrəmanlarını ən çox lağa qoyan, onlara istehza edən zalım yazıçıdır J

19 Şubat 2014 Çarşamba

"Dorian Qreyin portreti". Ruhunu şeytana satan obraz

Oskar Uayldın yeganə romanı 1891- ci ildə nəşr olunan “Dorian Qreyin portreti”dir. Bu  dünyaşöhrətli əsərin bir az keşməkeşli taleyi olub. Belə ki, tənqidçilər yazıçının əxlaqsızlığı ucaltdığı iddiasını irəli sürüblər. Hətta Dorianın özünü məhvə məhkum etməsi də bu “damğa”nı əsər üzərindən qaldıra bilmir. Uayld sənətin özünün də əxlaqdan kənarda qaldığını və Dorianın günahını hamının görəcəyini inadla israr edib vaxtilə bu “əxlaqsız” romanına qahmar çıxır, amma nəticəsiz qalır. Yalnız bir neçə il öncə işıq üzü görməsindən 120 il sonra bu əsər senzurasız nəşr olundu.
Yazıçının “Faust” dan təsirləndiyi açıq-aydın görünür. Faust sonsuz elm üçün ruhunu şeytana satmışdısa, Dorian Qrey gözəllik və əbədi gənclik uğrunda şeytanla razılığa gəlir, ruhunu kirlədir.

13 Ocak 2014 Pazartesi

Şərqi Qərbə tanıdan yazar. Amin Maalufun qələmindən Afrikalı Leo roman

Türk oxucularının ən çox bəyəndikləri kitablardan biri də Amin Maalufun “Afrikalı Leo” romanıdır. Tərifini çox eşitmişdim, nəhayət ki, ilin ilk kitabı kimi bu ilin oxunacaqları siyahısında adını yazdırdı. “Səmərqənd”dən sonra bir daha bu yazarı çox bəyəndim. İndidən klassikaya çevrilən, Ərəb-fransız dostluq mükafatına layiq görülən bu əsər Maalufun ilk romanıdır. Şərqi Qərbə anladan yazar kimi tanınan Maaluf “Afrikalı Leo”dan belə yazır: “"Afrikalı Leo, gerçek bir yaşam öyküsünden çıkarılmış düşsel bir yaşamöyküsü: "Bir berberin sünnet ettiği, bir Papazın vaftiz ettiği" Hasan ibn Muhammed el-Vezzan ez Zeyyati namıdiğer Giovanni Leone de Medici'nin, Leo Africanus yani Afrikalı Leo'nun özyaşamöyküsü - yazmış olsaydı yazacağı gibi...”
Türk oxucularının ən çox bəyəndikləri kitablardan biri də Amin Maalufun “Afrikalı Leo” romanıdır. Tərifini çox eşitmişdim, nəhayət ki, ilin ilk kitabı kimi bu ilin oxunacaqları siyahısında adını yazdırdı. “Səmərqənd”dən sonra bir daha bu yazarı çox bəyəndim. İndidən klassikaya çevrilən, Ərəb-fransız dostluq mükafatına layiq görülən bu əsər Maalufun ilk romanıdır. Şərqi Qərbə anladan yazar kimi tanınan Maaluf “Afrikalı Leo”dan belə yazır: “"Afrikalı Leo, gerçek bir yaşam öyküsünden çıkarılmış düşsel bir yaşamöyküsü: "Bir berberin sünnet ettiği, bir Papazın vaftiz ettiği" Hasan ibn Muhammed el-Vezzan ez Zeyyati namıdiğer Giovanni Leone de Medici'nin, Leo Africanus yani Afrikalı Leo'nun özyaşamöyküsü - yazmış olsaydı yazacağı gibi...” Göründüyü kimi, romanın baş qəhrəmanı tarixdə yaşamış bir insan olub. İnternetdə araşdıranda Joannes Leo Africanus, başqa adla əl-Həsən ibn Məhəmməd əl-Wəzzan əl-Fəsi ərəb diplomat və yazıçı olub.Ən mühüm əsəri Şimali Afrikanın coğrafiyasından bəhs edən “Afrikanın tanıtımı” (Descrittione dell’Africa) adlı kitabdır.Həyatı haqqında məlum olanların hamısı əsərlərində olan avtobioqrafik məlumatlardır.
“Səmərqənd”də olduğu kimi, bu kitab da bizi tarixin ucsuz-bucaqsız dönəmlərinin bir qisminə aparır. Romanın baş qəhrəmanı-1489-cu ildə Qranadada dünyaya gələn Həsən 1488- ci ildən 1527- ci ilədək hər il yaşadıqlarını, valideynlərindən, dayısından eşitdiklərini tarixləri ilə birgə oğluna yazır.Beləliklə, Həsənin əhvalatı XV əsrdə İspaniya-Qranadada başlayır və Əndəlus müsəlmanlarının köçü ilə davam edir. Belə ki, tarixdən də məlum olduğu kimi, Araqon kralı Ferdinand və Kastiliya kraliçası İzabеlla evlənərək vahid İspaniya dövlətinin təməlini qoyur və müsəlmanlara qarşı birləşirlər. Bağlanan müqaviləyə görə, müsəlman və yəhudilərə toxunulmayacaqdı. Amma qısa zaman sonra əvvəlcə yəhudilərə, sonra isə müsəlmanlara Qranadadan köç etmək üçün vaxt verilir. Qalanlar yalnız dinlərini dəyişib xristian olmaqla yaşaya bilərdilər.İnsanlar olar-olmazlarını satıb köç etməyə başlayır. Qranadada qalan son müsəlman və yəhudilər isə illərlə min cür müsibətə sinə gərməli olur. Köçkünlər ömürlərinin sonunadək oradakı evlərinin açarlarını son ümid kimi özlərində saxlayır və nə vaxtsa böyük türkün, yəni osmanlıların Qranadanı qurtarmasını gözləyirlər.
Həsənin ailəsi də Fəsə köçməli olur.Burada o, uşaqlıq və gəncliyinin bir hissəsini yaşayır. Təhsil alır, dayısı ilə ilk uzaq səfərlərə çıxır və sultana yaxın adamlardan biri olur.Tarixi və Həsənin həyatındakı hadisələr bir-birini əvəz edir və yerini Qahirə illəri alır. Həsən Qahirəyə taunun ən fəlakətli, insanların canını ölümdən qurtarmaq üçün köç etdiyi bir vaxtda gəlib çıxır. Sonrakı səhifələrdə o, Yavuz Səlimin zülmündən Qahirəyə qaçan, burada taundan ölən qardaşı oğlu Ələddinin dul qadını Nurla evlənir. Nurun oğlu- Sultan Səlimin qılıncından qoruduğu osmanlı vəliəhdi Bəyazidi oğulluğuna götürür. Həsən diplomat kimi İstanbula, Osmanlı sarayınadək gedib çıxır, Yavuz Səlimlə görüşür. Sonralar osmanlılar Qahirəni ələ keçirir və Həsənin siciliyalı piratlar tərəfindən oğurlanıb Romaya gətirilməsi ilə Qahirə illəri başa çatır. Romada isə o,  papaya hədiyyə olunur, həm müəllim, həm şagird olub bir çox dilləri öyrənir, vəftiz olunur və Giovanni Leone de Medici adı ilə papanın ən yaxın adamlarından biri olur və sairə və ilaxır.. Beləcə, Amin Maalufun toxuduğu uçan xalça bizi bir Granadadan Fəsə, Məkkəyə, Qahirəyə, İstanbula, Romayadək gəzdirir..
Kitabdan çıxarışlar:
"Ölüm bir kutlamadır. Sık sık cenaze törenlerinde, kadın olsun, erkek olsun, insanların ölümü lanetlediğine tanık oluyorum. Fakat ölüm Ulu Tanrı'nın bizlere bir armağanıdır. Ve O'ndan gelen bir şeyi kul lanetleyemez. Armağan sözcüğü size aykırı mı geliyor? Fakat bu bir gerçek. Fakat ölüm eğer kaçınılmaz olmasaydı insan bütün yaşamını ondan uzak durmaya adayacaktı. Hiçbir tehlikeyi göze almayacak, hiçbir girişimde bulunmayacak, hiçbir işe el atmayacak, hiçbir girişimde bulunmayacak, yeni bir şey yapmayacaktı. Yaşam sürekli bir uyuşukluk olacaktı. Evet kardeşlerim, Tanrı'ya bize ölümü armağan ettiği için şükredelim; çünkü yaşam ölümle anlam kazanıyor. Günün anlamı olması için gece, konuşmanın anlamı olması için sessizlik, barışın anlamı olması için savaş gereklidir. O'na dinlenmenin ve neşenin anlamlı olması için bize kaygı ve tedirginlik gösterdiği için de şükredelim. O'na şükredelim, çünkü O'nun bilgeliği sonsuzdur."
“Aşk, bir kuyunun kıyısında susuzluktur. Aşk çiçektir, meyve değil.”
"Eğer insan Ulu Tanrı'nın buyruklarına uymazsa bunu gizlice yapmalı, çünkü işlediği günahı sergilemek iki kat günahdır.”
“Bir toplum en güçsüz bireyini yalnız bıraktığı anda dağılmaya başlar”
“Öyle yalanlar var ki, onlardan ağızdan çok kulaklar sorumludur”
“Tanrıya beni uğursuzluklardan koruması için dua etmiyorum. Böyle durumlarda beni umutsuzluktan koruması için dua ediyorum. Inan, Tanrı bil elini bıraksa, öteki elini tutar.
“haftalar boyu boşluğu dolduran, duvarlara ve insanlara güven veren, zamanı belirleyen ezan sesini duymadan yaşamak”
“İnsanlar yabansı bir alışkanlıkla kendilerini korkutan hayvanların adını alırlar, kendilerine bağlı olan hayvanların adlarını hiç almazlar. İnsanlar kendilerine kurt denmesinden hoşlanırlar da köpek  denmesinden hoşlanmazlar”
“Yaşlılık ölüme, çocukluktan daha yakın değildir.”
“Bedevi bir kadına bir gün en çok hangi çocuğunu sevdiğini sormuşlar. Kadın şöyle yanıt vermiş: “Hasta olanı iyileşene kadar, en küçüğünü büyüyene kadar, yolda olanı da eve dönene kadar.”
“Bir insan ister altın, ister akıl yönünden varsıl olsun, bunlardan yoksun olanlarla konuşurken çok dikkatli olmalıdır.Her erkeğin, bu arada babamın da, mutluluğu yakalamak için yanlış yollara da sapmaya hakkı olduğunu ancak saçlarıma aklar düştüğü zaman anladım. Ancak o zaman onun yanlışlarına saygı duymaya başladım. Senin de benim yanlışlarıma benzer saygıyı duymanı dilerim oğlum. Senin de kimi zamanlar böyle yanlışlara düşmeni dilerim. Ve umarım sen de acımasızlık noktasına varana dek seversin ve dilerim sen de yaşamın soylu çekiciliklerini uzun süre algılayabilesin.”
“Nereye gidersen git, birileri sana derinin rengini ve dualarını soracak. Onların itkilerini hoşnut etmekten uzak dur! Oğlum, çoğunluk önünde boyun eğmekten kaçın! İster Müslüman, ister Hıristiyan, ister Yahudi olsunlar, seni olduğun gibi kabul etmeliler ya da seni yitirmeyi göze almalılar. İnsanların görüşünü dar bulduğun zaman kendi kendine Tanrı'nın ülkesinin çok geniş olduğunu söyle. Uzaklara gitmek, denizler, sınırlar, ülkeler, inançlar aşmak fırsatı çıktığı zaman hiç duraksama..”





30 Aralık 2013 Pazartesi

Nə oxudum?

Çox sevdiyim yazıçı E.M.Remarkın növbəti bir kitabını da sevərək oxudum. Nədənsə, bu aralar, hər oxuduğumda, baxdığım filmlərdə yəhudi məsələsi qarşıma çıxır. Bu kitabın da mövzusu Remarkın əksər kitabları kimi yenə də müharibə idi- İkinci dünya müharibəsi. Yəhudi olduqlarına görə Almaniyadan qaçan, başqa ölkələrə sığınan qaçqınların həyatından bəhs edir. Yəhudi qaçqınlar başqa ölkələrdə də rahat ola bilmirlər. Çoxunun pasportu, iş izni olmadığına görə ya başqa ölkələrdə həbs olunur, ya da ölkədən xaric olunurlar. Kitab 1941- ci ildə”Liebe Deinen Nächsten” adı ilə ingilis dilinə çevrilib və ABŞ-da çap olunub.

28 Aralık 2013 Cumartesi

"Yaxşı bir film de, baxım"

Bəlkə bloqum kiminsə qarşısına çıxar və həmin adam da “yaxşı bir film de, baxım” havasında olar. Bu yazı ilə mən ona nəsə çatdıra bilsəm, oturub bu filmə baxar, vaxtı da film axtarmaqla keçməz) Cüzeppe Tornatorenin “1900-ün əfsanəsi” filmindən bəhs edirəm. Rejissor haqqında bir ip ucu verim: məşhur “Malena” və “Yeni kinoteatr “Paradiso”nu ərsəyə gətirən o möhtəşəm adam.

8 Aralık 2013 Pazar

Zülfü Livanelidən "Serenad". 60 illik sevgi, dənizdəki məzarlıq, krım türklərinin faciəsi

Son vaxtlar oxuduğum ən təsirli, maraqlı və hər kəsə tövsiyə edəcəyim bir  kitab da oldu: Zülfü Livanelinin “Serenad”ı. “Mutluluk” əsərindən sonra Zülfü Livanelini bir yazıçı kimi bəyənmişdim, bu kitab isə onu sevməmə səbəb oldu.İçimdə bir hiss var ki, yazıçının ən yaxşı əsəri elə budur. Amma Zülfü Livanelini oxumağa davam edəcəyəm.Sırada yəqin ki, “Kardeşimin hikayesi” olacaq.
Bu əsər həm ağlatdı məni, həm çox təsirləndirdi, üzümdə təbəssüm də yaratdı, bəzi qəhrəmanları qucaqlatdı da mənə. Amma ən əsası, tarixin tozlu rəflərinə qaldırılmış hadisələri öyrənməmə, yeni- yeni bilgilərlə tanış olmama imkan yaratdı. 484 səhifəlik bir kitabı 2 günə oxudum, amma təsiri çox- çox qalıcı olacaq.

4 Aralık 2013 Çarşamba

Tornatoreyə sevgilərlə.."Cinema Paradiso" filmi

Dünən gecə bu yaşımadək ən, ən, ən gözəl filmi izləmiş oldum : “Malena”, “1900-ün əfsanəsi” kimi əfsanə filmləri ərsəyə gətirmiş dünyaşöhrətli rejissor Cüzeppe Tornatorenin “Nuovo Cinema Paradiso” (Yeni kinoteatr Paradiso) filmi. 155 dəqiqəlik film, sanki, 4 fəsli yaşadır insana. O qədər səmimi, maraqlı, canayaxındır ki. Bir insanın bir ömrünü “yaşadır”  sənə, kövrəlirsən, gülürsən, ağlayırsan, sevinirsən, təsirlənirsən, düşünürsən və sairə.Film haqqında müsbət “sifətləri” çox yan-yana düzmək olar. Nə vaxtsa övladlarımla, ailəmlə bu filmə baxmağı xəyal edirəm. Və ölmədən öncə baxacağım ilk film bu olacaq. Əslində, həm hər kəsə məsləhət görmək istəyirəm, həm də yox. Çünki çox sevdiyim bu filmə qarşı qısqanclıq var məndə))

3 Aralık 2013 Salı

Erix Mariya Remark- Lissabonda bir gecə

Remarkın sadəcə 3 əsərini oxumağıma baxmayaraq, o mənim ən sevdiyim yazıçıdır. Bütün əsərlərini dalbadal oxumaq istərdim. Amma qorxuram ki, ondan sonra o, mənim üçün dəyərsiz ola, bezə bilərəm. Ona görə zamanla digərlərini də oxumağı düşünürəm. Remarkın “Zəfər tağı” əsərini məndən kitab məsləhəti alan hər kəsə tövsiyə etmişəm. Və indiyədək heç kəs “oxudum, amma maraqsız idi,bəyənmədim” kimi sözləri deməyib, əksinə çox tərifləyiblər. Remarkı karandaşsız oxumaq qeyri-mümkündür. Karandaşla altından xətt çəkilən cümlələrin ən çox olduğu yazıçılardan biri də Remarkdır. Bu karandaşla qeydlər belə kiçik bir kitaba bərabərdir. Nə isə, Remarkı tərifləyə-tərifləyə sabahlayaram burda)) Ona görə keçək karandaşla seçilən cümlələrə.Çoxdan oxuduğum kitabdır, qeydlərimi bloquma daşıdım.  

2 Aralık 2013 Pazartesi

Alexandra Cavelius "Leyla- bir bosniyalı qız"

Müharibəni əksər hallarda kişilər anladıb: filmlər çəkilib, əsərlər,məqalələr və s.yazılıb. Amma qadınların anlatdıqlarına daha çox qulaq vermək lazımdır. Məncə, müharibəni yaşamış bütün insanlar əzab çəkiblər, işgəncələr  görüblər. Amma müharibələr qadınlar üçün daha dəhşətli olub. Alexandra Caveliusun “Leyla” əsərini oxuduqdan sonra buna bir daha əmin oldum.Yazımın başlanğıcında deyirəm ki, əsəri oxuyun, bir qadının gözündə müharibənin dəhşətlərini, görünən və görünməyən tərəflərini görün.Birnəfəsə oxuduğum, ürəyimin parçalandığı, insan oğlunun içində necə bir canavarın olduğunu göstərən, müharibəyə bütün hallarda “yox” dedirdən, onun fəlakətlərini,bu gününü və sabahını göstərən, insanların, xüsusilə, qadınların müharibədəki çətinliklərini və ondan sonrakı travmasını göstərən bir kitab.

29 Kasım 2013 Cuma

Çarlz Dikkens "Böyük ümidlər"


Çarlz Dikkensin “Böyük ümidlər” əsərinin təsirindən çıxmamış onun haqqında yazmağa başladım.”Oliver Tvist” Dikkensi uşaqlıqdan bir çoxlarına tanıdıb, sevdirib. Dikkensin belə bir əsəri olduğunu yaxın 1 neçə ildə bildim və bir xeyli axtarmalı oldum. Bəlkə kitabxanalarda taparam deyə çox axtardım, amma çifayda. Deyəsən, “Böyük ümidlər” tam şəkildə dilimizə çevrilməyib, amma rus və türk dillərində satışda asanlıqla tapa bilərsiniz. Təəssüf ki, dilimizə çevrilməyib. Hərçənd çox təəccüblüdür, çünki bu əsər klassikadır, həm də Dikkensin ən çox bəyənilən, sevilən əsəri olub.Bütün zamanların 10 ən yaxşı yazıçısı içində adı keçən Çarlz Dikkensin “Böyük ümidlər”i XIX əsrin 10 ən böyük əsəri siyahısındadır.

26 Kasım 2013 Salı

Nazim Hikmətin və Canan Tanın Pirayesi

 Bu günlərdə oxuduğum kitab Canan Tanın “Piraye” kitabı oldu. Canan Tanın dəst-xəttinə “Eroinle dansromanından bələd idim. Bu kitab da su kimi axıb getdi, 2 günə oxundu. Əslində, “Piraye”ni mənə oxudan Nazim Hikmət oldu. Daha doğrusu, Mavi gözlü devin sevgisi, bir çox dillər əzbəri olan, ürəkləri fəth edən sevgi şeirlərinin ünvanı, həyat yoldaşı Piraye oldu. Nazim Hikmətin şeirləri qədər sevgiləri də ölümsüzdür.

19 Kasım 2013 Salı

Amin Maaluf- Səmərqənd. Səmərqənddən Titanikədək olan tarix.


Maraqla oxuduğum və bitməsini heç istəmədiyim növbəti bir kitabı da tamamladım. Əslən livanlı olan fransız yazıçısı Amin Maalufun “Səmərqənd” kitabı. Amin Maalufun 1983- cü ildə çap olunan ilk əsəri “"Ərəblərin gözüylə xaç yürüşləri" onun dünyada tanınmasına gətirib çıxarıb. Yazıçının klassikaya çevrilən ikinci kitabı və ilk romanı “Afrikalı Leo” isə "Fransız - Ərəb Dostluq Mükafatı"na layiq görülüb. Ona ən böyük şöhrəti isə 1988- ci ildə nəşr etdirdiyi ikinci romanı “Səmərqənd” gətirib. Tarixi romanlar yazarı kimi tanınan Amin Maaluf hazırda Parisdə yaşayır.
Əsər 1072- ci ildə Xəyyamın Səmərqənd hekayəsilə başlayır və 1912- ci ildə Atlantik okeanında- Titanikdə sonlanır.
Titanikdə “Rübailər”. Şərq çiçəyi Qərb baxçasında. Ey Xəyyam, kaş ki, yaşadığımız bu gözəl anları görə bilsəydin”.

Ölmədən öncə

“Başqa bir gün üçün həyatdayıq.”
“Buddistlər həyata yenidən gələcəklərinə inanırlar. Daha yüksək və ya aşağı səviyyədə həyata gəlməyin əvvəlki həyatını necə yaşadığına bağlıdı.”

Həmişə öz-özümə sual vermişəm: həyatımın sona çatdığına bir neçə ay qalsaydı, nə edərdim? Konkret bir cavab verə bilməmişəm. 
“Достучаться до небес”   
(Knockin' on Heaven's Door) filmində həyatlarının son günlərini yaşayan 2 gənc heç vaxt görmədiyi dənizə getmək istəyir və bunun üçün müalicəni yarıda saxlayır, üstəlik, bir maşın da oğurlayıb istəklərinə nail olurlar. Bax, bu əsl cəsarətdir. Onsuz da öləcəksən, heç olmasa, son nəfəsində istədiklərini et. 

9 Kasım 2013 Cumartesi

İllər sonra tapdığım mahnı


Təxminən 5-6 il öncə bu mahnını radioda dinləmişdim. O vaxt hər gecə radio mahnıları ilə yuxuya gedirdim. Ən çox ictimai radionu dinləyirdim.Bu mahnının da lap sonlarını dinləmə fürsətim olmuşdum. Bircə gönül sözü yadımda qalmışdı, mahnı o qədər tutmuşdu ki məni. Nə mahnının adını, nə kimin oxuduğunu bilirdim. O vaxt da internet istifadəçisi, demək olar ki, deyildim. Ona görə bir az ondan-bundan soruşdum, maraqlandım, heç kəs bilməyincə unudulub getdi mahnı. Üstündən 3 ildən çox bir müddət keçdi və bu mahnını təsadüfən facebookdakı bir səhifədən tapdım. O vaxt necə sevinmişdim, hətta gözlərim də dolmuşdu. Dalbadal dinlədim acgözlüklə. Bu mahnı mənim üçün çox-çox doğmadır ona görə. İllər sonra təsadüfən qarşıma çıxması, sanki, illərdir itirdiyim çox əzizimi, doğmamı tapmağım kimi idi. Dinlədikcə qucaqlayırdım, bağrıma basırdım onu.. Ona görə heç kim bu mahnını məndən çox sevdiyini israr etməsin :) 


Ramiz Rövşəndən seçmələr

Çox sevdiyim şair Ramiz Rövşənin "Nəfəs" kitabını ara-sıra oxuyuram.Şeirə ac olduğum vaxtlarda, sentimentallaşdığımda :) Zövq verir adama..Kitabdakı şeirlərin hərəsindən bir və ya bir neçə misra götürüb yeni şeir düzəltdim :) Şairin əksər şeirlərində "dünya" sözü keçir. Elə mən də o sözün "qulpundan" yapışdım ))

Bu dünya yem bilir məni
Yer üzü gəmirir məni
Dözmək olmur, bıçaq kimi
dünya gözə dirənəndə.
Daha balta kəsməz ağlım kəsəni
dünyanın dadını bilirəm daha.
Beşiyindən qəbrinəcən
bu dünyada sən adlanan nə varsa,
sıxılar,yığılar bir adama
Onda bilərsən ki, bu dünya nədi,
acıdı, dadlıdı, onda bilərsən.
...Bu dünyada Allah deyilənin də
Boyu bir addımdı onda bilərsən.
Bir addımın qabağında diz çöküb
hönkür –hönkür ağlayarsan, ölərsən…
Bu dünyanın üzünə örtüldüm qapı kimi.
Dünyada çox şeyə əlim çatmadı,
dərdin yekəsindən yapışa bildim.
Bir dərdim qalmadı özümdən yekə,
bütün dərdlərimdən mən yekə oldum.
nyanın yolları qırıldı birdən
birdən ürəyimin dibi göründü..
Məni yedirtməkdən yoruldu dünya
Çörəyi yoruldu, suyu yoruldu...
Bu dünyanın göyündən-
         yerindən də küsmüşəm...
Daha mənə bu dünyada
Nə qaldı ölümdən əziz?...
...əlin heç nəyə çatmayanda
bu dünyadan özünü dər.
Ruhum dur yığış gedirik
Sən yuxarı mən aşağı..
mənim bu dünyayla bir alverim var
hamı öz ömrünü alıb-verəcək
hamı alverdədi,kim tacir deyil?
hamı günahkardı dünyada amma
dünyada heç kəsin günahı yoxdu…
…Dünyayla dalaşmaq asanmış demə,
Çətini dünyayla barışmağımış…
Haçansa keyfinin xoş saatında,
Ilahi, təzədən yadına düşsəm,
Ilahi, təzədən calasan məni
 dünyanın ən gözəl güzgüsü ollam
təzədən dünyaya yollasan məni,
bu adam olmaram, özgəsi ollam..
bu dünyada biz hərəmiz
bir günahın yiyəsiyik
mən gedirəm cəhənnəmə,
ilahi, mənsiz oyna..
dünya, səndən doydum daha
get acları doyuzdur…
...Getdim o dünyaya dəydim qayıtdım
Öldür məni , ölməyə gücüm çatmır,
gücüm çatmır bu dünyadan getməyə..

Ramiz Rövşənin əksər şeirləri dillər əzbəri olub, əksər misraları əzbər bilinir. Şeirləri içərisində az-az rastanan, bəlkə də hələ oxunmamış misraları seçdim:

Qəlbimdəki səbirdən,
 Dözümdən yıxılıram.
Gözümdən yıxıldım, Allah,
Gözüm yaşından yıxıldım.
23 yaşımda məni sevənlər
33 yaşımda sevəmməz daha.
Dar günümə saxlamağa,
Qısılıb ağlamağa
Içimdə salamat yer qalmadı.
Ağlanmayan dərd də var,
Göz yaşından yuxarı.
Bu ögey şəhərdə bütün daşlara,
Bütün ağaclara doğmalaşaram.
Ürəyim həmişə əyində gəzən
Nimdaş paltar kimi süzülüb tamam.
Təkcə gücsüzlüyündən yıxılmır, atam balası,
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə
Içindən yıxılır adam.







6 Kasım 2013 Çarşamba

Oxuyur: kişi səsli qadın :)


Kişi səsli qadın. Səsi cinsiyyətinə əks olan əfsanə musiqiçi.. Bu mahnı sözlərinə zidd olsa da, adamı ölüm döşəyindən qaldıracaq gücə sahibdir. Xəstə yatağında yatsan, bu mahnını dinləyəndə elə ordaca oynamaq istəyi yaradar adamda. Keyfinin ən pis vaxtında belə əhvalına rəng qatar..

"Camaat nə deyər?" fobiyası

 Biz həyatımız boyu el sözü, qonşu, qohum, tanış sözünü öz arzularımızdan, istəklərimizdən daha yuxarı başa qoymuşuq. O sözlərlə oturub- durmuşuq. Heç cürə özümüzü, öz həyatımızı yaşaya bilməmişik. “El sözü” bir məhbəs olub bizim üçün. Bu sözlərə  həbs olmuşuq, onu aşacaq cəsarəti özümüzdə tapa bilməmişik. “Camaat nə deyər?” qanımızı gənə kimi sorub, bizi öz boyumuzdan qat-qat uca divarlar arxasına sürükləyib.