Yaşamaq yanğısı. Qulağını kəsən rəssam haqqında..
Qulağını kəsib bir qadına yollayan rəssam.
Vinsent Van Qoqla bu məlumatdan sonra maraqlanmağa başlamışdım.
Rəsmlərinə aşiq olduğum tək bir rəssam olub o da Salvador Dali. Amma zamanla müəyyən rəssamların həyatı ilə maraqlanandan sonra onların rəsmlərini də sevməyə başlamışam. Van Qoqla da tanış olanda deməzdim ki, rəsmləri məndə heyranlıq doğurdu. Amma İrvinq Stounun “Yaşamaq yanğısı” adlı avtobioqrafik əsərini oxuduqdan sonra Van Qoqun əsərləri məndə tam başqa iz qoydu. Əsəri oxuduqca rəssama bir neçə addım yaxın olursan, onun iztirabları, sevinci, kədəri, sevgisi, yaşadığı çətinliklər, hansı əsəri hansı şəraitdə, hansı şərtlər daxilində ərsəyə gətirməsi.. və sairə..bütün bunların hər biri rəsmlərə başqa rəng qatır. Artıq Van Qoq təkcə qulağını kəsən rəssam deyildi mənim üçün... Amma indi də rəssamı çəkdiklərinə, bütün dünyanın ona heyranlığına görə yox, məhz yaşadıqlarına görə sevirəm, onun həyatına, çətinliklərinə, iztirablarına görə...“Yaşamaq yanğısı” Van Qoqun sənətindən çox özünü sevdirdi mənə..
İrvinq Stouna məşhurluğu ilk böyük əsəri “Yaşamaq
yanğısı” gətirir. Yazıçı bir çox avtobioqrafik əsərlərin müəllifidir: məşhur
yazıçı Cek London, dahi rəssam Mikelancelo, Darvin, Ziqmund Freyd və başqaları
haqqında.

Yazıçını bu əsəri yazmağa vadar edən Nyu-Yorkda Van Qoqun sərgisi olur. Bundan sonra o, bütün ömrü boyu səfil həyat sürən, ətrafındakıların “qardaşı hesabına yaşayan və heç bir istedadı olmayan bir adam” kimi xarakterizə etdiyi, yaşadığı dövrdə cəmi bircə əsəri satılmış, nə vaxtsa böyük rəssam olacağı ümidilə yaşayan, ömrünü faciə ilə başa vuran, yalnız ölümündən sonra dünyanın pərəstiş etdiyi dahi rəssam Van Qoqla maraqlanmağa başlayır. Vinsentin 20 il ərzində qardaşı Teoya yazdığı 700-dən artıq məktubu araşdırır, onun yaşadığı, gəzib-dolaşdığı yerləri gəzir, rəssamı görən və tanıyan adamları axtarıb tapır, xatirələri dinləyir və sairə. Yazıçı xatirələrində yazır: “Mən Fransanın bütün cənub hissəsini gəzmişəm. Van Qoqun dəli olub psixi xəstəxanada müalicə olunduğu palatada yaşamışam. Nəhayət, Overdə, onun son günlərini keçirdiyi kiçik mehmanxanada qalmışam, onun yatdığı çarpayıda yatmışam”. Təbii ki, əsərdə yazıçı fantaziyasına əsaslanan, onun uydurduğu hissələr də var, o özü də qeyd edir ki, əsərdəki dialoqlar onun uydurmasıdı.Amma bu hissələr nəzərə alınmazsa, əsər tamamilə real faktlara əsaslanır.(P.S. Bəzi oxucular üçün avtobioqrafik, real fakt və hadisələrə söykənən əsərləri oxumaq daha maraqlıdı, ona görə vaxt itirmədən bu əsəri oxuya bilərlər.)
Əsəri oxuyanda ömrünün sonunadək maddi və mənəvi
cəhətdən kömək edən, ona inanan, dəstək olan Vinsentin qardaşı Teoya minnətdar
oldum. Van Qoq öləndən düz yarım il sonra qardaşı da həmin gün dünyasını dəyişir.
Bəlkə də qardaşının fədakarlığı, ona inamı, dəstəyi olmasaydı, Vinsent Van Qoq
adlı dahi rəssam yox, sıradan bir həyat yaşayan, hardasa ölüb gedən, izi tozu
qalmayan bir səfil olardı...
Vinsent
Van Qoqu həmişə qırmızı və sarı rənglərlə xatırlayacam, bunun niyə belə
olmasının dəqiq səbəbini heç özüm də bilmirəm. Rəssamın tükənməz ehtirasını
ifadə edən qırmızı rəngə, yoxsa onun tablolarında üstünlük təşkil edən sarı rəngə
görəmi?!
Qeyd edim ki, rəssam haqqında 1956-cı ildə
Kirk Duqlasın baş rol ifaçılığı və Vinsent Minellinin rejissorluğu ilə “Just
for life” adlı film də çəkilib.
Əsərdən
seçdiklərim:
1.
Yer
üzündə elə şəhərlər var ki, insan orda həmişəlik uğursuzluğa düçar olunub.
2.
Sənət
mübarizə deməkdir. Sənətdə özünü qurban verməyi bacarmalısan.
3.
Əzablara
şikayətsiz dözmayi bacarmaq lazım olan yeganə şeydir, bu mənimsənilməsi vacib
olan böyük elmdir, dərsdir, tarixdir, bu, həyat probeminin həllidir.
4.
Kişi
olmaq üçün sənə qadın nəfəsi dəyməlidir.
5.
Sevgi
həyatda əsasdır, insan yalnız məhəbbətdə varlığın səadətini duya bilir.
6.
Onlar
elə bilirlər ki, rəssamlıq mənim başımı xarab edib...Rəssam elə adamdır ki,
gözünə görünən şeylərlə həddindən artıq məşğul olur, ona görə də bütün başqa
işlərə özündə qüvvə tapa bilmir...Məgər bu, onu yaşamaq hüququndan məhrum edir?
7.
Rəssamın
işi nöqsansızdırsa, onun qeybətini qırmaq böyük əxlaqsızlıqdır.
8.
Mən
özümü zəif göstərməkdənsə, ümumiyyətlə, heç nə etməməyi üstün tutardım.
9.
Bədbəxt
olmayan adam heç bir şey yarada bilməz. Xoşbəxtlik heyvanların və tacirlərin
qismətidir. Rəssam əzablardan doğulur: əgər acsansa, binəcibsənsə, bədbəxtsənsə,
Allaha şükür et. Deməli, o səni yaddan çıxartmayıb.
10. Kasıblıq zəifləri məhv edir, güclüləri isə heç vaxt. Əgər yoxsulluq sizi məhv etsə, deməli, siz zəif adamsınız.Əgər insanı aclıq, əziyyət məhv edirsə, onun xilas olmağa haqqı yoxdur.
11.Dünyada
ancaq o rəssamlar yaşayır ki, onları nə Allah, nə də şeytan məhv edə bilir.
12. Heç
nə ilə gözə çarpmayan bir adamı sevirsənsə, o da səni sevirsə, bu həyat nə qədər
ağır olsa da əsl xoşbəxtlikdir. Kiməsə gərək olmağımı dərk etməyim məni
diriltdi.
13. Ola
bilər sənin qəlbində gur alov atəş saçsın, amma qızınmağa gələn olmasın. Keçib
gedənlər yalnız borudan azca tüstü çıxdığını görəcək və öz yollarına davam edəcəklər.
14. Hamı
ilə həmişə dost olmaq mümkün deyil, arabir küsmək də lazımdır.
15. Heç
nəyə qəti inam yaratmaq olmaz. Yalnız özünüzdə qüvvə və cəsarət toplamalısınız
ki, doğru hesab etdiklərinizi həyata keçirmək mümkün olsun. Ola bilər ki, bu
yolda sizin səhviniz də var, amma hər halda nə etmək istədiyinizi yerinə
yetirirsinizsə, bu əsasdır. Siz ağlınızın iradəsınə qulaq asmalısınız, bundan nə
çıxacağını qoy Allah özü ayırd etsin.
16. İnsanın
məqsədi ancaq xoşbəxt olmaqdan ibarət deyil, insan dünyaya yalnız vicdanlı
olmaqdan ötrü gəlmir. O bəşəriyyət üçün böyük bir şey açmalı, nəcib olmalı,
insanların əksəriyyətinin keçirdiyi bayağı həyata üstün gəlməlidir...
Hiç yorum yok:
Yorum Gönder