Yazımı
böyük xeyriyyəçi H.Z. Tağıyevin sözü ilə başlamaq istəyirəm: “Anası savadsız
olan xalq kordur”. Bəli, xeyriyyəçi millətin, cəmiyyətin tərəqqisində, ailədə
qadının rolunu düzgün qiymətləndirmiş, eləcə də, bu zərif çiyinlər üzərinə düşən
böyük yükə də işarə etmişdir.
Savadlı
qadın yaxşı tərbiyəçi, yaxşı valideyn, yaxşı həyat yoldaşı, yaxşı aşpaz, yaxşı
iş qadını və s. ola bilər. Amma nədənsə, bir çox valideynlər sənətə yiyələnmələri,
təhsil almaları, iş tapmalarında və s. kimi məsələlərdə oğlan övladlarını irəli
çəkir, qız uşaqlarını ikinci planda saxlayırlar.
“Sən qızsan, birinə gedərsən, səni saxlayar” kimi illərdən bəri qoxmuş, çürümüş sözlərini səbəb kimi əlavə etməyi də unutmurlar. Beləcə, oxumaq istəyən neçə-neçə qızın da qolu-qanadı qırılıb yanına düşür.Valideynlər illərlə qazanıb oğlan uşaqlarını evləndirir, onlara ev tikir, ev alır, evləndirir, hətta evlənəndən sonra da onların qulluğunda durmağı əskiltmirlər. Qız uşaqlarının isə bir az cehizlə başları aldadılır. Halbuki, qız üçün ən böyük cehiz onun təhsili, savadı olmalıdır. Düzdür, mütləq deyil ki, qız ali təhsil alsın, ən azı hansısa sənətə yiyələnmələrində valideyn köməkçi olmalıdır. Qadın öz ayaqları üzərində dura bilməli, əli çörəyə çatmalıdır. Nə olsun ki, ailəsinin başçısı, el dili ilə desək, evə çörək gətirəni olar.

İranda
bir neçə mərtəbəli evlər görəndə təəccüblənmişdim ki, bu boyda evlər nəyinə
lazımdı bu insanların. Amma bələdçi bildirmişdi ki, sizdəki kimi ev təkcə oğlan
uşağına yox, həm də qız uşağına verilir. Təkcə ev yox, valideyn qazandığı hər
şeyi oğlanlı-qızlı bütün övladları arasında tən bölür.. Bizdə isə təhsili də,
savadı da, eləcə də bir çox şeyi qız uşaqlarından əsirgəyir bir çox valideynlər.
Fikrimcə
,ailədə kişinin deyil, qadının təhsilli,savadlı olması daha önəmlidir. Çünki tərbiyə
verən, bütün gün uşaqla bərabər olan anadır. Uşaq anadan görüb-götürür. Ana
uşağa ən primitiv tərbiyyəni verə bilmirsə, uşağı ta balacalıqdan kitaba yox,
seriallara öyrəşdirirsə, uşaq onunla oturub seriallardakı məhrəm səhnələri izləyirsə,deyiləcək
söz qalmır.
Düzdür,
burda qızların öz üzərindəki təkmilləşmə, inkişaf etmə rolu da önəmlidir. Elə
qızlar var ki, bir az oxuyur, necə olursa, ali məktəbə daxil olur. Amma
davamını gətirmir. Ailə qurur, ya təhsili yarımçıq saxlayır, ya da
universitetin verdiyi təhsillə, kiflənmiş mühazirələrlə kifayətlənməyi olur. Özünü
inkişaf etdirmir, şou- xəbərlər, seriallar onun gündəlik “informasiya mənbəyinə”
çevrilir. O, artıq başqa dünyada- məşhurların, serial qəhrəmanlarının
uydurulmuş dünyasında yaşamağa başlayır.
Bir dəfə
ictimai nəqliyyatda bir rusdilli qadın və 3-4 yaşlı uşaq vardı. Uşaq dayanmadan
anasına suallar verir, anası da səbrlə uşağın hər sualını məntiqlə
cavablandırırdı. Amma bizim əksər ailələrdə analar nəinki uşaqların suallarını
cavablandırır, aralarında bir il fərqlə doğduqları uşaqlarına vaxtlarını bölə
belə bilmirlər. Nəticədə, uşağın 1, ya 2 yaşı olanda növbəti körpə dünyaya gəlir
və ananın bütün diqqəti o balacaya yönəlir. Bu biri isə qayğıdan, diqqətdən
kasad böyüməyə başlayır. Analar isə hələ də uşaqları xoxanla, cinlə qorxutmağa,
uşağın suallarına çeynənmiş cavab verməyə davam edir..
Düzdür,
indi bir çoxları düşünəcək ki, keçmişdə heç anaların təhsili,bəzilərinin hətta
orta təhsili də olmayıb, amma onlar necə nümunəvi övladlar dünyaya gətiriblər.
Bunun konkret nə ilə bağlı olduğunu deyə bilmərəm, amma bu gün çox şey fərqlidir.
Məsələn, primitiv bir misal: tibb bu qədər inkişaf etmiş halda, hələ də uşaqlar
dünyaya gələndə, doğuş prosesində ya həkimlərin səhlənkarlığından, vəlvələdən-zəlzələdən
travma ilə doğulurlar. Keçmişdə kol dibində, tarlalarda filan analar xətasız-bəlasız
uşaq dünyaya gətiriblər. Bax belə.
Yazını
uzatdıqca uzatmaq olar. Uzatdıqca mövzudan-mövzuya sıçrayır adam. Tanrı özünün
yaratma gücündən qadına pay verib. Qadın dünyaya uşaq bəxş edir. Onun boya-başa çatdırılması, inkişafı, tərbiyəsi,
cəmiyyətə layiqli şəkildə təqdim olunması isə uşağa verilən ikinci nəfəsdir.
Ümid edək ki, qızlar təhsil almaları, sənətə yiyələnmələrində daha istəkli,
daha mübariz olar, “işıqlı” övladlar yetişdirilməsinə vəsilə olarlar.
Hiç yorum yok:
Yorum Gönder