2 Aralık 2013 Pazartesi

Alexandra Cavelius "Leyla- bir bosniyalı qız"

Müharibəni əksər hallarda kişilər anladıb: filmlər çəkilib, əsərlər,məqalələr və s.yazılıb. Amma qadınların anlatdıqlarına daha çox qulaq vermək lazımdır. Məncə, müharibəni yaşamış bütün insanlar əzab çəkiblər, işgəncələr  görüblər. Amma müharibələr qadınlar üçün daha dəhşətli olub. Alexandra Caveliusun “Leyla” əsərini oxuduqdan sonra buna bir daha əmin oldum.Yazımın başlanğıcında deyirəm ki, əsəri oxuyun, bir qadının gözündə müharibənin dəhşətlərini, görünən və görünməyən tərəflərini görün.Birnəfəsə oxuduğum, ürəyimin parçalandığı, insan oğlunun içində necə bir canavarın olduğunu göstərən, müharibəyə bütün hallarda “yox” dedirdən, onun fəlakətlərini,bu gününü və sabahını göstərən, insanların, xüsusilə, qadınların müharibədəki çətinliklərini və ondan sonrakı travmasını göstərən bir kitab.
 “Medeni cesareti olan kadınlar. İnanılmaz işkenceler yaşamış güçlü kişilikler. Konuşmalarda bahsettikleri şiddet akıl almaz boyuttaydı. Kadınlar, kasıtlı hamile bırakmalardan, genital organlara elektro şok uygulamaya ya da karnı burnunda kadınlara tecavüze dek birçok şey anlattılar. Bazıları kendi kızlarının ölümünü izlemek zorunda kalmışlardı. …Bütün aileler tecavüz nedeniyle mahvolmuştu. Kocası ya da ailesi tarafından terk edilme korkusundan bugüne dek susmuşlardı. Çoğu sakinleştirici hap bağımlısıydı. Çok az kurban tıbbi ve psikolojik yardım alabilmişti. Kadınların çoğu mülteci evlerinde yalnız yaşamaya terk edilmişlerdi. İçlerini kemiren korku ve sefillik içinde. Çocuklarıyla birlikte…” deyə anladır Alexandra Cavelius “Leyla” kitabında.
Alman yazıçı və jurnalist Alexanrda Cavelius 90- cı illərdə Bosniya –Hersoqovinada baş verən qanlı hadisələri bosniyalı-müsəlman bir qız Leylanın gördüklərinə əsasən qələmə alıb. Yəni əsər yazıçı təxəyyülünün məhsulu deyil, müharibənin, qanlı olayların içində olmuş, onun bütün dəhşətlərini yaşamış bir qadının yaşadıqlarına dayanır.Leyla yeniyetmə bir qız ikən qonaq getdiyi xalası evində müharibə lap qızışır və xorvatlar tərəfdə qalan qızcığaz burada serblərə əsir düşür. Toplama düşərgələrində illər keçirir, ölümlə, hər cür çirkinliklə üz- üzə qalır. Bu ölüm düşərgələrində təcavüzə uğrayan qadınlardan biri də Leyla olur. Həm də illərlə bu davam edir. Əsgərlər bəzən bir neçə qutu siqaret qarşılığında 15 yaşlı qızcığazı satırlar. Leyla və onun kimilər sırf bosniyalı, müsəlman olduqları üçün bu qədər faciələrlə üz-üzə qalır. Bosniyada illərlə bir yerdə yaşayan insanlar bir anda bir-birinə düşmən kəsilirlər. Leyla illərlə təcavüzə uğradıqdan, aclıq, qorxu, səfalət içində qaldıqdan sonra əsəbləri, səhhəti tamam pozulur. O, serb Ratkonun köməyilə bütün bu səfalətdən qurtula bilir. Burda onunla evlənir və bir oğlu dünyaya gəlir. Amma yaşadığı travma o qədər ağırdır ki, o, bütün kişilərə,hətta ögey atasına və Ratkoya nifrət etməyə başlayır.Leyla 5 ildən sonra yenidən anasına, ailəsinə qovuşur.Uzun müddət müalicə aldıqdan sonra psixoloq köməyilə və oğlu Zoranın ona yenidən həyat eşqi gətirməsilə az da olsa bu şoku geridə qoya bilir.
Yazıçının romançılığı elə də güclü deyil, sanki, bu əsər tələsik, bir az başdansovdu yazılıb. Amma yazılanların gerçək olması bu qüsuru azaldır.Yaxın tarixdə Balkan yarımadasında baş verən bu qanlı müharibə gözlərinizin önündə canlanacaq.


“"Kosova'da toplu tecavüz." Bu, Kosova Savaşı'ndaki manşetlerden biriydi. Yine sayısız kadına şiddet uygulnamıştı. Üstelik eski Bosna'da aynı suçu işleyenlerin büyük bir bölümü tarafından. Yeniden dünya çapında büyük protesto çığlıkları yükselmiş, ama çabucak sönmüştü. O anda kendime Bosna'da şiddet gören kadınlara ne olduğu sorusunu sordum. Bu kurbanlar nasıl yaşıyorlardı? Onlara kim yardım etmişti? Çevrelerindeki her şey sessizliğe bürünmüştü. Tecavüz kampı: Tüyleri diken diken eden, ama aynı zamanda soyut kalan, hayal edilemeyen bir kelime. Yugoslavya Savaşı sırasında on bin, hatta belki daha da fazla kadına ailelerini aşağılamak ve yok etmek adına şiddet uygulandı ve işkence edildi. Her bir kadının tek başına yaşadığı türlü kâbuslar bu kelimenin ardında yok oluyor. Tecavüz, benzine ve cephaneye mal olmayan bir savaş stratejisi. Şüphesiz her savaşta tecavüzler yaşandı ve yaşanacak. Ama Balkanlarda olan yeni bir şey vardı. Toplu tecavüzler politikanın bir parçasıydı. Sistematik eziyetin yöntemleri vardı. Geriye kalansa ruhsal ve bedensel sakatlıklardı.”

Hiç yorum yok:

Yorum Gönder