Maraqla
oxuduğum və bitməsini heç istəmədiyim növbəti bir kitabı da tamamladım. Əslən
livanlı olan fransız yazıçısı Amin Maalufun “Səmərqənd” kitabı. Amin Maalufun
1983- cü ildə çap olunan ilk əsəri “"Ərəblərin gözüylə xaç yürüşləri"
onun dünyada tanınmasına gətirib çıxarıb. Yazıçının klassikaya çevrilən ikinci
kitabı və ilk romanı “Afrikalı Leo” isə "Fransız - Ərəb Dostluq
Mükafatı"na layiq görülüb. Ona ən böyük şöhrəti isə 1988- ci ildə nəşr
etdirdiyi ikinci romanı “Səmərqənd” gətirib. Tarixi romanlar yazarı kimi
tanınan Amin Maaluf hazırda Parisdə yaşayır.
Əsər 1072-
ci ildə Xəyyamın Səmərqənd hekayəsilə başlayır və 1912- ci ildə Atlantik
okeanında- Titanikdə sonlanır.
Titanikdə “Rübailər”.
Şərq çiçəyi Qərb baxçasında. Ey Xəyyam, kaş ki, yaşadığımız bu gözəl anları görə
bilsəydin”.
Kitab
belə başlayır: “Atlantik okeanının dibində bir kitab var. Bu da onun hekayəsidir. Bəlkə
necə sonlandığını bilirsiniz, o vaxt qəzetlər yazdı, bəzi əsərlərdə qeyd
olundu. Aprelin 14-dən 15-nə keçən gecə Titanik batanda onun ən məşhur
qurbanlarından biri də İranlı müdrik Ömər Xəyyamın “Rübailər”inin əlyazmasının
yeganə nüsxəsi idi.” Rübailərin Titanikdə nə işi ola bilər? Yaxşı sualdır.
Əsər də elə bunlardan bəhs edir. Tarix-tarixə qarışıb kitabda. Hər səhifəsi
tarix qoxur, səni öz arxasıyca tarixin tozlu küçələrinə aparır.
Səmərqənd - dünyanın
günəşə dönük ən gözəl üzü
11- ci əsrdə
yaşamış Ömər Xəyyamı dahi şair, bütün dövrlərin ən yaxşı riyaziyyatçısı, alimi,
astronomu, filosofu, həm də əyyaş, ateist, deist kimi tanıyırlar. Bu kitabda
indiyədək gəldiyiniz bir çox qənaətlər alt- üst ola, fikirləriniz dəyişə də bilər.
Xəyyam sizə kitabın səhifələri qədər yaxın olacaq, baş-başa qalıb onun haqqında
özünüz hökm verəcəksiniz.
Xəyyam (Xəyyami)
təxəllüsü ilə dünya şöhrəti qazanan, rübailəri ilə dillər əzbəri olan ustadın
adı Ömər, atasının adı İbrahimdir. 1040-cı ildə Xorasan əyalətinin Nişapur
adlanan mahalında çadırçı ailəsində anadan olub. Xəyyam təxəllüsü də atasının çadırçı
sənətindən alınmışdır.
Kitabın
I hissəsi Səmərqəndin dillər əzbəri olan ad-sanını, gözəlliyini eşidən Ömər Xəyyamın
buraya təşrif buyurması və bir hadisə nəticəsində qazı ilə tanış olması ilə
başlayır. Burda qazıya yaxın olan Xəyyam hərəmxanadakı buxaralı dul şairə qadın
Cahanla tanış olur və onunla eşq yaşayır. Bu vaxt o həm də Rübailərini yazmağa
başlayır. Daha sonra dövrünün ən güclü imperatorlarından olan Səlcuq sultanı
Alp Arslandan və onun Səmərqəndi işğal etmə niyyətindən bəhs olunur. Kitabın I hissəsində Alp Arslanın vəziri,
tarixdə böyük iz qoymuş, “Böyük bir İslam dövləti” qurmaq arzusunda olan
Nizamülmülk adı ən çox hallananlar arasındadır. Ömər Xəyyam məşhur «Siyasətnamə»
əsərinin müəllifi Nizamülmülk və sonralar ismaililər firqəsinin başçısı olub, Səlcuq
hökmdarlarını qorxu altında saxlayan Həsən Sabbahla yaxın dost olur. Bu ikili
arasında sonralar gedən böyük mübarizədə belə Xəyyam balansı saxlayıb hər ikisi
ilə dostluğunu qoruya bilir.
![]() |
Amin Maaluf |
Kitabın
I hissəsi, böyük bir tarixin əksi Ömər Xəyyamın vəfatı ilə tamamlanır. Onun
ömrünün son dayanacağı elə doğulduğu Nişapur olur. Həyatının son saatlarında
İbn Sinanın “Şəfa kitabı”nı oxuyan alim ölümünü hiss edir, yaxınlarını başına
toplayıb vəsiyyətini edir. Sonra isə bunları yazır: “Tanrım, əlimdən gəldiyi qədər
Səni dərk etdim. Sənin haqqında bildiklərim Sənə çatmanın tək yolu oldusa, məni
bağışla”. Və gözlərini əbədiyyən yumur. 1131- ci ilin 4 dekabr günündə, 84
yaşında. 18 iyun 1048- ci ildə sübh vaxtı doğulmuşdu Xəyyam. O vaxt doğum
tarixinin belə dəqiqliklə bilinməsi görünməmiş bir hadisə idi. Amma bu məsələdə
də o, alim həssaslığı ilə davranmışdı. Anasından bütün məlumatları alıb Əkizlər
bürcü altında doğulduğunu təyin etmişdi.
Kitabın
II hissəsində isə əsərin baş qəhrəmanı, Ömər Xəyyamın pərəstişkarlarından biri
Benjamin Omar Lessage 19- cu əsrdə alimin əlyazmasını tapmaq, əldə etmək üçün Qərbi
yara- yara Şərqə- İrana gəlir. Dövrün böyük siyasi prosesləri ilə çalxalanan
İranda yaşayır, İranın mübarizəsinə qoşulur, demokratikləşmə yönündəki kövrək
addımlarına şahid olur. Bütün əziyyətlərinin, axtarışlarının bəhrəsi olan bu
mirvarini tapan Lessage nə bilərdi ki, əlyazma “Allahın belə batıra bilməyəcəyi”
dedikləri Titaniklə birgə suya qərq olacaq.
Xəyyamdan
dördlüklər:
Ey şəhər
müftisi, səndən pərgarıq,
Bunca sərxoşluqla
səndən huşyarıq.
Biz şərab
içirik, sən xalq qanını,
İnsaf
et, hansımız daha qəddarıq.
Nə kilsə
əhliyəm, nə müsəlmanam,
Haqq
yaxşı bilir ki, nə torpaqdanam.
Bir
kafir dərvişəm, çirkin fahişə,
Cənnətsiz,
dünyasız, dinsiz insanam.
Bu qoca
dünyadan gedincə sən,
Kərpiclə
örtülər qəbrimiz həmən.
Başqa qəbirlərçün
torpağımızdan
Kərpic
düzələcək, bunu düşün sən.
Qəlbin məhəbbətlə
çırpınsın gərək,
Çalış inciməsin
səndən bir ürək.
Dəyər
yüz kəbəyə bir könül almaq!
Kəbəyə
getməkçin bəsləmə dilək.
Pərgara
bənzərik səninlə, ey yar!
Başımız
ikidir, bir canımız var.
Əvvəl
dairə tək nöqtələr keçib,
Sonra
birləşirik, ey gözəl nigar.
Bilməsəm
də əsla nədir ibadət,
Günahkar
olmağı etsəm də adət,
Ümid kəsməmişəm
kəramətindən;
Çünki
doğruluğu etmişəm sənət.
O kimdir
dünyada etməsin günah;
Günahsız
bir insan yaşamaz əsla.
Mənim
pisliyimə pislik edirsən.
Bəs
bizim fərqimiz nədir, ay allah!
Cəhənnəmdən
qorxan, cənnət axtaran
Əl çəkməz
məsciddən, kəlisalardan.
Allahın
sirrindən olan xəbərdar
Qəlbində
bu toxumu əkməz heç zaman.
İlk günlər
göylərdən axtardım qələm,
Axtardım
lövh, mən həm cənnət, cəhənnəm.
Sonra müəllimim
anlatdı mənə:
Səndədir
lövh, qələm, cənnət, cəhənnəm.
Bir əlimdə
qədəh, birində quran,
Gah
haram insanam, gah halal insan.
Firuzə
qübbənin ətəyində mən
Nə mütləq
kafirəm, nə də müsəlman
Kitabı
türkcə oxuduğuma görə tərcümə etmək zəhmətinə qatlanmadım. Qoy onu da bizim tərcüməçilər
etsin))
Kitabdan:
“Zamanın iki
yüzü var dedi kendi kendine Hayyam, iki boyutu; uzunluğunu güneşin seyri
belirliyor, kalınlığını ise tutkular.”
“Şiirde bir
kanun yoktur. Kendinden önce gelmiş hiçbir şeyi yadsımaz ve ardından gelenler
tarafından da yadsınmaz, huzur içinde aşar geçer yüzyılları. Bunun için rubai
yazıyorum.”
“Hiçbir şeye
şaşırma, hakikatin de insanların da iki yüzü vardır.”
“Bedenlerimiz
kelimelerimizin uzantısı olabilirler ancak, onların ne yerini alabilir ne de
çürütebilirler onları.”
“Bizde
erkekler savaşır, ama onlara kimlerle savaşacaklarını kadınlar söyler.”
“Günümüzde
seyyahların hep acelesi var; telaş içinde, her ne pahasına olursa olsun diyerek
geliyorlar, ama gelmek bir yolun sonuna varmak değil. İnsan her menzilde bir
yere varır, her adımda gezegenimizin gizli kalmış bir yüzünü keşfedebilir,
bunun için bakmak, istemek, inanmak, sevmek yeterli.”
"....Hayyam,
yalnızdın sevgilinin yanında!
Şimdi gitti,
artık ona sığınabilirsin."
"Derler
ki, binli yılların başlarında çağı etkilemiş üç İranlı vardır: Dünyayı
gözlemlemiş olan Ömer Hayyam, dünyaya hükmetmiş olan Nizamülmülk ve dünyayı
titretmiş olan Hasan Sabbah."
''Var mı
dünyada günah işlemeyen,söyle;
Yaşanır mı
hiç günah işlemeden ,söyle;
Bana kötü
deyip kötülük edeceksen,
Yüce Tanrı,ne
farkın kalır benden,söyle.''
''Biz
gerçekten bir kukla sahnesindeyiz:
Kuklacı Felek
Usta,kuklalar da biz.
Oyuna
çıkıyoruz birer,ikişer;
Bitti mi
oyun,sandıktayız hepimiz.''
Hiç yorum yok:
Yorum Gönder