Modilyani adını
bəlkə də bir çoxları eşitməyib.Yaxud eşidibsə, sənətindən, həyatından
bixəbərdir. Amma əgər onlar "Modigliani" filmini izləsələr, çox güman ki, Modilyani
onların ən sevdiyi bir rəssam olacaq.
Rəssamın sənətindən
müəyyən qədər məlumatlı idim. Amma düzünü deyim ki, sadəcə məlumat məqsədilə
tanış olmuşdum və o, mənim bəyənib-sevdiklərimin kölgəsində
itib-batmışdı. Ta ki, "Modigliani" filmini izləyənədək.
Tərifini zövqünə
güvəndiyim kinomanlardan çox eşitmişdim və nəhəyət, filmini izlədim.
Film mənə o qədər
təsir etdi ki, Modilyani Dalini ən sevdiyim rəssam birinciliyindən
uzaqlaşdırdı. Sən demə, dünyada Modilyani var imiş..
Avtobioqrafik
xarakterli bu film Modilyaninin həyatını, bohem sənəti, sevgini, dramatik sonluğu
anladır.
Filmin
soundtrackları, dialoqlar, Modilyanini heç tərk etməyən uşaqlığı, təbii ki, aktyor
və rejissor işi elə Modinin öz fırçası ilə çəkilmiş mükəmməl bir tablonu
xatırladır. Endi Qarsiya, sanki, Modinin ruhunu oğurlayıb, ya da ikisinin ruhu
bir-birinə qarışıb. Bir rolu bu qədər mükəmməl oynamaq olarmı?!
Modilyani üçün sənət elə həyatın özü idi, o, sənətini ibadətə çevirmişdi. Həm də maddi gəlir güdmədən. Baxmayaraq ki, onun yaşadığı dövrdə Pikasso kimi bir əjdaha rəssam sənəti ilə sərvət qazanırdı.
Modilyani isə həyatı heç vecinə belə almır. Pikassonun belə qısqanclıqla yanaşdığı Modi sənətini pula
çevirmirdi, satmırdı.Və bəlkə də dünyadakı tək-tük səfil yəhudilər kimi ölür.
Sağlığında əsərlərini alan barmaqla sayılacaq qədər idi. Amma ölümündən sonra
bu dahi və bir az da dəli rəssam sənətinə əsl qiyməti ala bildi. 2006-cı ildə
isə Londonda Jannanın portreti 30,296 milyon dollara satılır.
Film nə qədər avtobioqrafiyaya söykənsə də, Pikasso obrazının təqdimolunması qəribə hisslər
oyadır. Sevdiyin və bütün dünyanın heyranlıq duyduğu rəssam bu obrazında tamam başqa donda
görünür. “Bu həqiqi Pikossodurmu?” sualı yaranır.Əlbəttə, filmdə Modilyani obrazı qabardılmalı idi. Amma bəlkə də bir az bütləşdirilib.Və Pikasso onun kölgəsində həqiqi əzəmətini itirir. ( P.S. Pikassonun haqqına girməmək üçün onun haqqında çəklimiş filmi
də mütləq izləmək lazımdır)
Amma filmin
sonlarına doğru sərgidə Pablonun “Modilyani” tablosu nə qədər "it-pişik" olsalar belə, əslində, aralarında çox güclü və dərin bir bağ olduğunu düşünməyə əsas verir. Film ərzində nə qədər Pikasso pillə-pillə gözümdə enirdisə, filmin sonunda bu qənaətim onu endiyi pillələrlə yuxarı qaldırdı.
Filmdə Endi Qarsiya nə qədər rolunu mükəmməl canlandırırsa, həm həqiqi, həm də filmdəki
Modilyaninin həyatında gerçək, fədakar bir obraz var- Janna.Modinin
sevgisinə, uşağına hamilə qalmış bu fədakar qadın qatı katolik ailəsinə rəğmən
rəhudi rəssamı qəbul edir, sevgisinə sadiq qalır, sevgisiylə intihar edir..Modilyani
ona gözlərini (P.S. ruhunu tapdığımda gözlərini çəkəcəyəm),o isə həyatını hədiyyə edir...
![]() |
Modi və Janna |
soundtracklar bir ayrı rəng qatır..
Gözəl Jannaya
gözləri hədiyyə olunanda Modilyani küçələrin birində can verirdi. Əllərini
sındırmışdılar- barmaqlarında döyünən ürəyini parça-parça etmişdilər. Modilyani ölürdü. Onu
öldürdüyünə görə, ən sevdiyim şəhərə nifrət edirdim. Qarsiya elə ölürdü ki, ilk
dəfə aktyorun sadəcə uğurlu bir rol oynaması hissinə qapılmamışdım. Donub
qalmışdım. Bir rəssam ölürdü hardasa.. və qar səssiz- səmirsiz yağırdı.
Janna”gözlərinə ağlayırdı..”
Filmin trailleri
![]() |
Amadeo Modigliani |
Hiç yorum yok:
Yorum Gönder