2012- ci
ildə Əsgər Fərhadinin “Ayrılıq” filmi “Ən yaxşı xarici film” nominasiyasında
Oskara layiq görüləndən sonra İran filmlərinə diqqət daha da artdı. Dünya siyasətin
toz-dumanına bürünən düşmən hədəfə diqqətlə baxmağa başladı. Bu dəfə sənətə, mədəniyyətə
yönəldi baxışlar. Düzdür, inqilabdan sonra İran kinosu özünə müəyyən axar tapıb
irəliləyirdi, amma xüsusilə, 90-cı illərdə öz yüksəlişini qeyd etdi. 1997- ci
ildə Abbas Kiyarüstəminin “Taste of cherry” (“Gilasın dadı”) filminin “Qızıl palma”ya layiq görülməsi İran kinosunun dönüş nöqtəsi kimi dəyərləndirilir.
Kiyarüstəmi ilə yanaşı, Mohsen Maxmalbaf, Bəhman Qobadi, Əsgər Fərhadi, Cəfər Pənahi,
Məcid Məcidi və s.kimi rejissorlarla İran kinosu özünə sağlam vəsiqə qazanmış
oldu.
25 Şubat 2014 Salı
22 Şubat 2014 Cumartesi
Floberin başıbəlalı Madam Bovarisi
Bu kitab
insan beynini ən çox inkişaf etdirən, oxunması vacib, XIX əsrin mühüm romanları
kimi müxtəlif siyahılara yol tapa bilib. Qərb ədəbiyyatının klassikası olan bu
kitabı Flober “iynə ilə quyu qazmaq” məsəli kimi 5 ilə (1851- 56) ərsəyə gətirib.
Amma əsər nəşr olunduqdan sonra ona “mənəviyyata zidd” damğası vurulur, yazıçı
isə əxlaqsızlığa təşviq, fransız qadınlarını təhqir etməsinə
görə məhkəməlik
olur. Flober şah əsərinə yaxşı bəraət qazandırır: “O sağdır. Madam Bovari mənəm. Əgər o xanım
fiziki cəhətdən təhqir olunubsa, mən bir yazıçı kimi təhqir olunmuşam”.
V.Naboov
yazırdı: “ Flober olmadan Fransada Prust, İrlandiyada C.Coys, Rusiyada isə Çexov
olmazdı”.Bu üç dahinin, ən azı, Çexovun qüdrətinə bələd olan oxucu Nabokovun nə
dediyini yaxşı anlayar. Flober indiyədək oxuduqlarım içində öz qəhrəmanlarını ən
çox lağa qoyan, onlara istehza edən zalım yazıçıdır J
19 Şubat 2014 Çarşamba
"Dorian Qreyin portreti". Ruhunu şeytana satan obraz
Oskar Uayldın yeganə romanı 1891- ci ildə nəşr olunan “Dorian Qreyin portreti”dir. Bu dünyaşöhrətli əsərin bir az keşməkeşli taleyi olub. Belə ki, tənqidçilər yazıçının əxlaqsızlığı ucaltdığı iddiasını irəli sürüblər. Hətta Dorianın özünü məhvə məhkum etməsi də bu “damğa”nı əsər üzərindən qaldıra bilmir. Uayld sənətin özünün də əxlaqdan kənarda qaldığını və Dorianın günahını hamının görəcəyini inadla israr edib vaxtilə bu “əxlaqsız” romanına qahmar çıxır, amma nəticəsiz qalır. Yalnız bir neçə il öncə işıq üzü görməsindən 120 il sonra bu əsər senzurasız nəşr olundu.
Yazıçının “Faust” dan təsirləndiyi açıq-aydın görünür. Faust sonsuz elm üçün ruhunu şeytana satmışdısa, Dorian Qrey gözəllik və əbədi gənclik uğrunda şeytanla razılığa gəlir, ruhunu kirlədir.
Kaydol:
Kayıtlar (Atom)