Uzun müddətdən bəri baxmaq istədiyim bir film
var idi: Baran,yəni yağış. İranlı rejissor Məcid Məcidinin filmi. Məcidinin “Sərçələrin
nəğməsi”,”Cənnətin rəngi” və “Cənnətin uşaqları” filmlərindən sonra bu
filmin də təsirli olacağına şübhə
etmirdim. Və ehtimalım özünü doğrultdu..Məcidi izləyicini təsirləndirmək,bəzən
də ağlatmaq üçün səy göstərir, bir az sentimentallıq edir. Bu bir az da pafoslu
ola bilər. Amma nəsə o qədər də hiss olunmur. Nəzərə alsaq ki, tamaşaçılar bir
çox hallarda elə sentimentallığa qaçır. İran filmlərinin özəlliyi ondandır
ki,insana müəyyən dəyərləri öyrədir, unudulmuşları xatırladır, bir az tərbiyələndirir,
mənəvi cəhətdən zənginləşdirir.Hollywood filmlərindən fərqli olaraq, heyvani
yox, insani keyfiyyətləri göz önünə sərir. Məsələn,elə baxdığım filmdə qızın çətinliklərə
və işinin çoxluğuna baxmayaraq göyərçinləri yemləməsi kimi..
Bir də
ən çox məşəqqətli həyatı,ən kasıb təbəqənin həyat tərzini göstərir,ən çox da
reallıqları...
Məcidinin əsas qəhrəmanları uşaq və yeniyetmələrdi
(baxdığım 4 filminə əsasən deyirəm) Elə rejissor özü də qeyd edir ki,
“Uşaqların dünyası böyüklərin dünyasından daha təmizdir”.
Filmdə Tehranda bir tikintidə işləyən azəri Lətif
adlı bir yeniyetməni görürük.Lətif dilli-dilavər biridi, tikintidə işləyənlər çay
verir,bazarlıq edir və sairə.Günlərin bir günü burdakı işçilərdən biri düşüb
ayağını sındırır.Dostu bu əfqan işçi- Nəcəfin yerinə onun azyaşlı oğlunu-Rəhməti
işə götürməsini Memardan (tikintidə işləyənlərin bir növ böyüyü) xahiş edir.Rəhmətin
yük daşımağa, ağır fiziki işləri görməyə gücü çatmır. Onun işini Lətiflə dəyişəndə
Lətif az qala əjdahaya dönür. Bundan
sonra artıq o ağır işlərdə işləməlidi və işinin dəyişdirilməsinin tək səbəbkarı
kimi Rəhməti görür. O dönüb-dolaşır bir yolla bunun qisasını ondan almağa
çalışır.Ta ki bir gün onun qız olduğunu bilənədək..Beləcə, ona münasibət dəyişir.
Bir az axmaq,dəcəl,şuluqçu Lətif bundan sonra tamam dəyişir. Həm də artıq o
toz-torpağın içində də özünə baxmağa,əyin-başını səliqəyə salmağa başlayır.
Müfəttişlər
tez-tez tikintiyə gəlib burda qanunsuz əfqan işçilərinin işləyib- işləmədiyilə maraqlanırlar.Növbəti dəfə gələndə
onlar Rəhməti sorğu-suala tutmaq istəyirlər,o isə var gücüylə qaçır.Bu əsnada Lətif
onun köməyinə çatır və onu müfəttişlərdən yayındıra bilir. Amma nəticədə
tikintidə bütün əfqanların işləməsinə qadağa qoyulur. Artıq Rəhmət də işə gəlmir.
Lətifin kədərli günləri başlayır,Rəhmət yoxdu deyə indi göyərçinləri də o yemləyir..
Və bir
gün bacısnın xəstə olması və kəndə getməsini bəhanə gətirib Memardan icazə
alır.Əfqanların yaşadığı yerə gəlib çıxır,amma Soltanı(Nəcəfin dostu) tapa
bilmir. Təsadüfən Rəhmətlə qarşılaşır,artıq onun harda yaşadığından xəbərdardı.
Rəhmət ağır işlərdə işləyir,Lətif onun iş əsnasında buzlu suya yıxıldığını
görür.Və tikintiyə qayıtdığında ağlayaraq Memardan ona indiyədək vermədiyi əmək
haqqını istəyir. Bu pulları da Soltana təslim edir. Amma Soltan müəmmalı şəkildən
ortadan yox olur.
Lətif qəpik-quruşla yığdığı bir az pulla Nəcəfə
qoltuq ağacı alır.Nəcəf bu qoltuq ağacları ilə bir gün çıxıb tikintiyə, Memardan
borc pul istəməyə gəlir.Amma Memarın verəcək qəpik-quruşdan savayı heç nəyi
olmur.Bunu eşidən Lətif kimliyindən(şəxsiyyət vəsiqəsindən) belə vazkeçir. Onu
müəyyən məbləğə satıb pulu Nəcəfə gətirir.Amma öz adıyla deyil, Memarın adı ilə.Lətifin
kimliyindən-özündən belə vazkeçməsi, Nəcəfə qoltuq ağacı alması,qazandığı
pulları Rəhmət və ailəsinə verməsi artıq onun nə qədər dəyişdiyini göstərir.Sevgi
hər şeydən önə keçir..
... Nəcəf də və təbii ki, Rəhmət də Əqanıstana
getməlidirlər.Lətif onları yola salır.Filmdə qızın yol üçün nəzərdə tutulan
azuqəni dağıtması, Lətifin ona kömək etməsi və baxışması son “akkordlardandı”.Rəhmət
gedir və özündən sonra palçıqda ayaq izini saxladır.Lətif sevgi və ümidlə o izə
baxır, yağış yağır...Hər yağış sonrası günəş çıxır axı...
Hiç yorum yok:
Yorum Gönder