“Başqa bir gün üçün həyatdayıq.”
“Buddistlər həyata yenidən gələcəklərinə
inanırlar. Daha yüksək və ya aşağı səviyyədə həyata gəlməyin əvvəlki həyatını
necə yaşadığına bağlıdı.”
Həmişə öz-özümə sual vermişəm: həyatımın sona
çatdığına bir neçə ay qalsaydı, nə edərdim? Konkret bir cavab verə bilməmişəm.
“Достучаться
до небес”
(Knockin' on Heaven's Door) filmində həyatlarının
son günlərini yaşayan 2 gənc heç vaxt görmədiyi dənizə getmək istəyir və bunun
üçün müalicəni yarıda saxlayır, üstəlik, bir maşın da oğurlayıb istəklərinə
nail olurlar. Bax, bu əsl cəsarətdir. Onsuz da öləcəksən, heç olmasa, son nəfəsində
istədiklərini et.
“Bucket list” (Morqan Friman və Cek Nikolsonun baş rolları
paylaşdığı )filmində isə xərçəng xəstəsi iki insan ölmədən öncə etmək istədiklərini
həyata keçirir. Milyonçu şirkət sahibi ilə maşın ustasının yolları xəstəxana
otağında kəsişir. Hər ikisi xərçəng xəstəsidir. Məlum, nə qədər yaşayacaqlarını bir Allah bilir. Bir siyahı hazırlayırlar: indiyədək
etmək istəyib, amma həyata keçirə bilmədikləri hər şeyi yazırlar: paraşütlə
tullanmaq, Tac-Mahala, Misir piramidalarına getmək, gözləri yaşarıncayadək gülmək,
dünyanın ən gözəl qızını öpmək və sairə kimi böyüklü- kiçikli arzularını gerçəkləşdirirlər..
Bütün
zamanların ən yaxşı rejissorlarından biri, Yapon kinosunun imperatoru Akira
Kurosawanın “Ikiru” (Yaşamaq) filmində isə ölümcül xəstəliyə düçar olandan
sonra həyatını bir növ yenidən quran, onu yenidən dəyərləndirən bir məmurdan bəhs
olunur. Rejissor “necə yaşamaq, həyata necə dad qatmaq lazımdır” sualı ətrafında
ssenarisini qurur. İnsanlarla bütün həyatı boyu məsafəli olan, heç kəslə
qaynayıb- qarışmayan, sevimli həyat yoldaşının ölümündən sonra heç evlənməyən,
ömrünü tamamən oğluna həsr etmiş Watanabe bir gün mədə xərçəngi olduğunu
anlayır. Bundan sonra onun vur-tut təxminən 6 ay ömrü qalır. O,bir
şairlə tanış olur və heç vaxt etmədiyi bir şeyi edir: əylənir, gecə həyatına
qarışır. Amma bu onu tezliklə usandırır. Və anlayır ki, başqaları üçün nəsə etmək
onu xoşbəxt edəcək. Bundan sonra o, qalan bir neçə ay ömründə cəmiyyətə yararlı
olmaq qərarı verir və əvvəllər yararsız, palçıqlı olan bir yeri uşaq baxçasına
çevirir.
İş
yoldaşlarının “mumiya” dedikləri, həyatdan
dad almağı unudan, 30 il işləyib ömrü boyu bir dəfə də səməya baxmağa, batan günəşi seyr etməyə
fürsəti olmayan, yaşayarkən ölü olan bu insan ölümə yaxınlaşdığında təlaşla
yaşamağa başlayır, ölüm yaşamaq üçün bir növ açar olur..
Filmdən: “Biz insanlar çox qafil
yaşayırıq. Həyatın gözəlliyini ancaq ölümlə üzləşdiyimizdə anlayırıq. Amma
içimizdən çox azı ölümlə həqiqətən üzləşə bilir. Ən pisi də ölənədək həyata
dair heç bir şey bilməyənlər.. Insanların vəzifəsi həyatdan zövq almaqdır. Həyatı
boşa xərcləmək tanrının ərmağanına təhqirdir, bu böyük hədiyyənin müqəddəsliyini
pozmaqdır. Həyata qarşı tamahkar olmalıyıq. Acgözlük bir məziyyətdir, xüsusilə
də həyata dair."
“Toyo: Mənim sənə nə köməyim dəyə
bilər ki?
Watanabe: Sənə sadəcə baxmaq
belə mənə yaxşı təsir edir, bu “mumiya” qəlbimi isidir. Mənə qarşı çox yaxşısan..
Yoox, bu deyil.. Çox gəncsən, sağlamsan. Yox, yox, bu da yox.. Həyat dolusan.. Və
mən..mən bunu qısqanıram. Ölmədən heç olmasa tək bircə gün sənin kimi olsam kaş
ki. Bunu bacarmasam, ölməyi də bacarmaram. Bir şey etmək istəyirəm,mənalı bir
şey. Bunu sən mənə göstərə bilərsən. Nə edəcəyimi , necə edəcəyimi bilmirəm. Bəlkə
sən bilirsən, xahiş edirəm, göstər mənə, necə sənin kimi ola bilərəm?”
"Həyat
qısa
Aşiq
olun, bakirələr.
Dodaqlarınızın
allığı
Solmadan
öncə.
İçinizdəki
arzu dalğaları
Durulmadan
öncə.
Sabahını
bilməyənlər üçün
Həyat
qısadır.
Aşiq
olun, bakirələr,
Uzun
qara saçlarınız
Ağarmadan
öncə,
Qəlbinizdəki
alovlar
Titrəşib
sönmədən öncə,
Bu
günü bir daha
Yaşamayanlar üçün."
Hiç yorum yok:
Yorum Gönder