Həyatımızın
bir qismi, bəlkə də tam qismi facebookla bağlıdı. Yazırıq-pozuruq, cızma-qara
edirik, paylaşa bildiklərimizi paylaşırıq, paylaşa bilmədiklərimizi də (P.S.bu
xəsis adamlara aiddir- paylaşmaqda xəsis olanlar )) ) saxlayırıq özümüzə.
"Nə düşünürsən?" sualı bizim içimizi- çölümüzü qoyur ortaya. Özümüzü ələ
verib, açırıq sandığın ağzını )) Bu qədər niyə uzunçuluq etdim, bilmədim heç.
Arada nəsə fikirlər dolaşır adamın beynində, paylaşır filan. Amma müəyyən
vaxtdan sonra özünə də maraqlı olur geridə qalanlara bir nəzər salmaq. Ona görə
bəzi statuslarımı bloquma yerləşdirmək qərarına gəldim. Özümü ölümsüzləşdirirəm))
Dərman kimi insanlar var: əks təsir göstərəni də, şəfa
olanı da..
Kişilərin ən gec ətirləri unudulur- xatirlərindən də
sonra..
Gərək heç olmasa çıraq olasan ki, günəşdə nöqsan
axtarasan..
Kişilər hər şeyini, sirrini, qəlbini bildiyi, bir sözlə, əlinin içi kimi tanıdığı qadınlardan tez soyuyurlar.Sirlərini bilənədək maraqlı olur qadınlar.
Bəzi insanlar qəhqəhələrində özlərinin nə qədər tənha olduqlarını ələ verirlər. Xoşbəxt görünmək də bir bədbəxtlikdir əslində.
Somerset Moemin “Ay və qara qəpik” əsərində var: yəhudi həkim Abraham İsgəndəriyyəyə gəlir və gəmidən düşən kimi anlayır ki, bu, onun həmişə yaşamaq istədiyi yerdir və ömrünün sonunadək orada yaşayır. əgər doğulduğu yerdə yaşasaydı, çox varlı, söhrətli bir həkim olma şansı olacaqdı, amma o,ömrünün axırınadək çox kasıb, amma sevdiyi yerdə yaşamağa razı olur. Bax belə, insanlar doğulmalı olduqları yerdə deyil,başqa yerdə doğulurlar bəzən.Amma Abraham kimi “o” yeri tapmaq da hər adama nəsib olmur.
İnsanlar, adətən, yaşları 40-ı, 50-ni haqlayır, sonra sağlamlıqlarının qeydinə qalırlar- itirəndən sonra.
“Nə tökərsən aşına, o çıxar qaşığına”məsəli var ha, bax, onda çox böyük hikmət var. Pislik də, yaxşılıq da adamın qarşısına gəlib çıxır.Ona görə heç kim pislik edib “kəfəni yırtdığını” düşünməsin. Şair demişkən, özünə qayıdır, hər şey özünə.
Birinin yalanını tutanda özüm utanıram.
Yaxşı kitabı oxuyub-bitirmək doğma adamı uzağa yollamaq kimidir: həmişə darıxarsan..
Ən yaxşı kitab altından daha çox xətt çəkdiyin kitabdır.
Insan sevəndə qoruma instinkti daha da güclənir. Ona görə valideynləri anlamaq olar. Özlərindən başqa hər kəsin övladlarına zərər verəcəyindən ehtiyatlandıqları üçün onlara qadağaları, olmazları da artır.
Yəqin ki,ən az yalan danışan dil göz dilidir.Hamı sussun, bircə gözlər dil açsın.
Bir kişinin göz yaşları heç vaxt saxta olmur.Hətta ona o qədər inanıram ki, elə bilirəm, aktyorlar belə saxta göz yaşı axıtmır.
Qadının ən gözəl təbii gözəlliyi yaşından gənc görünməsidir.
Hər kəsdə bir çıxıb getmək həvəsi var.Dünya çıxıb getmək istəyənlərlə müqayisədə çox kiçidir.
Heç kəsə başına qaxacaq böyüklükdə sirr verməməlisən.
İnsanlar bəzən öz tənhalıqlarına o qədər öyrəşirlər ki, həyatlarına biri girəndə onlarla necə davranacaqlarını bilmirlər.Ya çox yuxarı başda oturdurlar, ya da lap kandarda.
Bəziləri min hoqqadan çıxır, kələyi olur, amma virtualda dünyanın ən məsum adamına çevrilirlər.Həm də insanlar məsumluqlarını daha parlaq çatdırmaq üçün din adamı kimi özlərini qələmə verirlər.Namazdan, dindən, imandan statuslar filan.Uşaq vaxtı dərslikdə oxuduğum bir hekayəni xatırladır: müəllim uşaqlara tapşırır ki, Allahdan gizli elə bir iş tutun ki, o sizi görməsin. Uşaqlar da növbəti gün deyirlər ki, mən quyuya düşdüm, filan şey edim, biri deyir, toyuğu qaranlıqda kəsdim, Allahın xəbəri olmadı və sairə. İndi bu adamalar da o hekayədəki uşaqları xatırladırlar.
Zeynəb Xanlarova elə ürəklə “dünyanın xoşbəxti mənəm dünyada” oxuyardı ki, uşaqlıqda söz vermişdim ki, böyüyəndə xoşbəxt olacağam. Bu, müəllim, jurnalist, həkim olmaq kimi bir arzu idi.
Alçalaraq "yüksəlirlər" bəzi insanlar..
Özünüzdən belə tez çıxmayın, qapı açıq qalır, “skvaznyak” olur.
Sevdiyim mahnıları sevmədiyim adamlar dinləyəndə əsəbiləşirəm.
Paxıl adamlar ən gözəl mahnıları qulaqcıqla dinləyir.
Ürək oğrularını elə oğurladıqları yerdəcə “asmaq” lazımdı-ürəkdə
Uşaqkən qollarımızı açaraq sevdiklərimizi qucaqlayacaq, dünyanı qollarımıza sığdıracaq qədər “böyük” olmuşuq, bilməmişik..
Kağızdan təyyarə düzəldirdik, onun nə qədər çox uzağa uçmasına belə sevinənlər idik, böyüyüncə necə oldu bizə belə kədərli olduq?
Dünyanın ən uzun məsafəsidi qollarını geniş açınca "baax,bu qədəəər" demək..
Gəl əlini ver mənə, yadımdan çıxaq gedək..)

Hiç yorum yok:
Yorum Gönder