Bəzi
insanlar yalnızlıqlarını hər cür zir-zibillə, tör-töküntü ilə pozmağa
hazırdırlar. Təki həyatlarında biri olsun, təki onlar dostlarına, rəfiqələrinə
“hə,mənim də sevgilim var” deyə bilsinlər. Amma yalnızlıq hər cür zibillə
doldurulmağa layiq deyil axı. İnsan yalnızlığını uca tutmalıdır. İnsan özü üçün
dəyərli olmalıdır ilk növbədə, sonra o dəyəri kimdənsə tələb edə , gözləntiləri
ola bilər.
26 Eylül 2013 Perşembe
24 Eylül 2013 Salı
Bir səhər yuxudan durub...
Dünyadan
köçənlər üçün aylarla, bəzən illərlə yas tutulmasının əleyhinə olmuşam. Düzdü, bəzi
vaxtsız itkilərlə razılaşa bilmir adam, olmur, alınmır. Amma həddindən artıq
göz yaşlarının başqa bir bədbəxtlik hazırlayacağı fikrinə də inanmışam. Və
müşahidələrim bu fikrimi təsdiqləyib bir çox halda..
Bəzən
foto albomları, xatirələri vərəqləyib yaddaşının tozlu rəflərini təmizləyirsən.
Görürsən ki, hamı ordadı. Keçmişi bu günlə calaşdıranda əskik qalan o qədər şey
olur ki. Boşluqlar görürsən: insan boşluqları..Və onda görürsən ki, heç bir şey
şəkillərdəki kimi ola bilməz. Onda görürsən ki, illər keçib, uşaqlıq arxada
qalıb, qırışlanıb insanlar,qocalıb, köçüblər dünyadan. Puzzle tamamlanmamış
qalır..
Onda
şairin “bir səhər yuxudan durub özünü uşaq görəsən.Görəsən hamı evdədi, ölənləri sağ görəsən” mümkünsüz
misraları yadına düşüb dərin bir ah çəkirsən..
17 Eylül 2013 Salı
"The Dreamers" haqqında
İtalyan rejissoru Bernardo Bertoluççinin "The Dreamers" filminə baxan bir çoxları çılpaq gəzmək kimi bir arzuya da düşə bilərlər. Filmdə aktyorlar elə rahatlıqla, sərbəst çılpaq gəzirlər ki, yayda belə baxsan, əynindəki paltarlar ağırlıq edər adama. Sanki Adəmlə Həvva cənnət meyvəsindən heç dadmayıblar. Çılpaqlıq o qədər safdı filmdə.
Sizi 60- cı illər Fransasına aparacaq, o dövrlərin hadisələrini otağınıza gətirəcək-möhtəşəm mahnıları ilə. Film seks, kino sevgisi, siyasət və fəlsəfə üçbucağında cərəyan edir. İzləyənlər güclü mövzusunu, insest əlaqələri, pornoqrafiyanı və s.qeyd edə bilərlər. Bununla belə, filmdə qarışıqlıq var, çaşırsan bəzən rejissor nə demək istəyir.
16 Eylül 2013 Pazartesi
Ünvansız darıxmalar gecəsi
Və
yenə gecələrdən ünvansız, səbəbsiz darıxmalar gecəsidi.
Mahnıların
fonunda darıxmalar..
Hə,indi
fonda Edith Piaf səslənir."Autumn leaves"i özünəməxsus oxuyur.
Sən də
heç bilmirsən, payız üçün darıxırsan, hansısa mahnının sözləri, hansısa
mahnı üçünmü, dünyaya niyə fransız bir qadın kimi gəlmədiyin üçün, yoxsa dünyaya gəlişində gecikdiyin, yaşamaq istədiyin hansısa keçmiş zaman üçünmü?Səbəb
çoxdu, amma heç birini təyin edə bilmirsən.
Içindəki
o hüzün ki var..Həə,bəlkə sevdiklərini bircə-bircə itirən o yanıqlı səsin
sahibinə-Edith Piafamı üzülürsən? Bəlkə sən də ən sevdiklərini itirməkdən
qorxursan? Bəlkə yox,qorxursan elə.
Gecənin
fonunda indi də Eric Clapton-"Autumn Leaves" deyir.
Yenə
ünvasız darıxmalar...
Bəlkə
elə payız üçün darıxmısan...
Kaydol:
Kayıtlar (Atom)