İtalyan rejissoru Bernardo Bertoluççinin "The Dreamers" filminə baxan bir çoxları çılpaq gəzmək kimi bir arzuya da düşə bilərlər. Filmdə aktyorlar elə rahatlıqla, sərbəst çılpaq gəzirlər ki, yayda belə baxsan, əynindəki paltarlar ağırlıq edər adama. Sanki Adəmlə Həvva cənnət meyvəsindən heç dadmayıblar. Çılpaqlıq o qədər safdı filmdə.
Sizi 60- cı illər Fransasına aparacaq, o dövrlərin hadisələrini otağınıza gətirəcək-möhtəşəm mahnıları ilə. Film seks, kino sevgisi, siyasət və fəlsəfə üçbucağında cərəyan edir. İzləyənlər güclü mövzusunu, insest əlaqələri, pornoqrafiyanı və s.qeyd edə bilərlər. Bununla belə, filmdə qarışıqlıq var, çaşırsan bəzən rejissor nə demək istəyir.
Əkiz bacı-
qardaşın insest əlaqə kimi görünən, amma çox fərqli bağlılıqları, hələ də uşaq
kimi qalmaları, bir-biriləri ilə oynadıqları cəza oyunları, Metyu və Teonun heç
bitməsini istəmədiyin mübahisələri, hər üçünün kino ehtirasları, bunları əks
etdirən səhnələr, rejissorun hər üçünü çərçivələdiyi ovsunlayıcı kadrlar və
daha nələr.
Filmdə ən sevdiyim səhnə Teo,Metyu və İzabellanın Qodarın "Bande a parte" filmindəki muzeyi qaçma rekordunu təzələmələri oldu. Luvr muzeyini 9 dəqiqədən bir qədər çox vaxta başdan-ayağa qaçırlar.
Filmdə Eva Greenin aktrisalığı göz qamaşdırır. Və nəzərə alsaq ki, onun ilk işi olub bu film. İzabellanın sevgi ilahəsi Afroditanı ( Venus de Milo) canlandırması ən möhtəşəm səhnələrdən biridir, Eva Greenin əsrarəngizliyini bir daha sübut edir.
"Mən ən acgözlərdənəm. Ekranın lap dibində oturanlardan. Niyə bəs bu qədər yaxın? Bəlkə də görüntülər ilk mənə çatsın deyə.Hələ yeni ikən, hələ təzə ikən."
"Əziz Metyu, ilham körpə kimidi. Dnüyaya gəlişi üçün münasib vaxtı gözləmir. Heyf ki, yazıq şairi heç düşünmür. "
"Biz istədiyimizdə sevgi olmaz, sadəcə sübutu olar."
"Məni yaxşı dinlə, dünyanı dəyişdirməzdən öncə onun bir parçası olduğunu qəbul et. Beləcə, kənardan durub baxmazsan."
"Tanrıya inanmıram, əgər inansaydım, o, qaradərili solaxay gitaraçı olardı."
"Başqalarının ana-ataları bizlərə hər zaman daha yaxşı görünür, bunun əksinə, nənə və babalarımız başqalarınınkından daha yaxşıdır."
"- Hər kəsin atası var
-əlbəttə, amma, Tanrının var olmaması onun yerinə keçəcəyi mənasına gəlmir."
"İndi Vyetnamda olan əsgərləri kimə qulaq asırlar səncə? Claptona? Yox, Metyu. Onlar Jimi Hendrixə qulaq asırlar- həmişə düzünü demiş adama."
"-Sən sərxoşsan.
-Sən isə gözəlsən. Sabah mən ayıq olacağam, sənsə gözəl olaraq qalacaqsan"
Filmin ləzzətini artıran bəzi parçalar:
Hiç yorum yok:
Yorum Gönder