26 Eylül 2013 Perşembe

"Yalnızlıq paylaşılmaz"

 Bəzi insanlar yalnızlıqlarını hər cür zir-zibillə, tör-töküntü ilə pozmağa hazırdırlar. Təki həyatlarında biri olsun, təki onlar dostlarına, rəfiqələrinə “hə,mənim də sevgilim var” deyə bilsinlər. Amma yalnızlıq hər cür zibillə doldurulmağa layiq deyil axı. İnsan yalnızlığını uca tutmalıdır. İnsan özü üçün dəyərli olmalıdır ilk növbədə, sonra o dəyəri kimdənsə tələb edə , gözləntiləri ola bilər.
 Nədənsə, əksər insanlar elə düşünürlər ki, sevgililəri yoxdursa, demək, tənhadırlar.Əgər sizin barmağınız qanadığında yanınızda olan dostlarınız, doğmalarınız yoxdursa və siz yaşadığınız 20-30 ildə bunları qazanmamısınızsa, onda həyatınıza girəcək insandan niyə bu qədər gözləntiləriniz olmalıdır?! Elə hər kəs həyatına girəcək o insandan, o qəhrəman insandan çox şey gözləyir. Bəli, qəhrəman insan. Çünki bizim ondan gözləntilərimiz çoxdur, lap çoxdur. O gəlib həyatımızı dəyişməli, bizi sevgiyə inandırmalı, həyatımızın daha rəngarəng olmasını təmin etməlidir və sairə və ilaxır. Gözləntilər hər insana görə dəyişir, artır, azalır.. və günlərin bir günü o qəhrəman gəlib çıxdığında gözləntilərimiz özünü doğrultmayanda məyusluq, pessimistlik baş alıb gedir. Bəziləri bundan sonra çığır-bağırla öz çürük fəlsəfələrini işə salırlar: “Sevgi yoxdur. Sevgi kitablarda idi. Indi müasir zəmanədi, müasir zəmanədə də sevgi qıtlığıdır və s”. Bax belə.
 Insan öz yalnızlığından niyə qorxmalıdır ki? Indi desəm, sizə “fəlsəfə yapmış” kimi görünə bilərəm, amma siz Allah, yozmayın))
 Yalnızlıq insanın mənəvi böyüməsidir, insan özünü daha çox bu vaxt tərbiyə edir, öyrədir. Insan öz təkliyindən qorxmamalıdır. Bu təklik onun özü ilə daha çox baş-başa qalması, özünə daha çox vaxt ayırması deməkdir.
 Sonda isə deyirəm ki, savaşmayın, sevişin. Amma sevə-sevə, sevərək sevişin ))


Hiç yorum yok:

Yorum Gönder