Çox sevdiyim yazıçı E.M.Remarkın növbəti bir
kitabını da sevərək oxudum. Nədənsə, bu aralar, hər oxuduğumda, baxdığım filmlərdə
yəhudi məsələsi qarşıma çıxır. Bu kitabın da mövzusu Remarkın əksər kitabları
kimi yenə də müharibə idi- İkinci dünya müharibəsi. Yəhudi olduqlarına görə
Almaniyadan qaçan, başqa ölkələrə sığınan qaçqınların həyatından bəhs edir. Yəhudi
qaçqınlar başqa ölkələrdə də rahat ola bilmirlər. Çoxunun pasportu, iş izni
olmadığına görə ya başqa ölkələrdə həbs olunur, ya da ölkədən xaric olunurlar.
Kitab 1941- ci ildə”Liebe Deinen Nächsten” adı ilə ingilis dilinə çevrilib və
ABŞ-da çap olunub.
30 Aralık 2013 Pazartesi
28 Aralık 2013 Cumartesi
"Yaxşı bir film de, baxım"
Bəlkə bloqum kiminsə qarşısına çıxar və həmin adam da “yaxşı bir film
de, baxım” havasında olar. Bu yazı ilə mən ona nəsə çatdıra bilsəm, oturub bu
filmə baxar, vaxtı da film axtarmaqla keçməz) Cüzeppe Tornatorenin “1900-ün əfsanəsi”
filmindən bəhs edirəm. Rejissor haqqında bir ip ucu verim: məşhur “Malena” və
“Yeni kinoteatr “Paradiso”nu ərsəyə gətirən o möhtəşəm adam.
8 Aralık 2013 Pazar
Zülfü Livanelidən "Serenad". 60 illik sevgi, dənizdəki məzarlıq, krım türklərinin faciəsi
Son vaxtlar oxuduğum ən təsirli, maraqlı və hər kəsə
tövsiyə edəcəyim bir kitab da oldu:
Zülfü Livanelinin “Serenad”ı. “Mutluluk” əsərindən sonra Zülfü Livanelini bir
yazıçı kimi bəyənmişdim, bu kitab isə onu sevməmə səbəb oldu.İçimdə bir hiss var ki, yazıçının ən
yaxşı əsəri elə budur. Amma Zülfü Livanelini oxumağa davam edəcəyəm.Sırada yəqin
ki, “Kardeşimin hikayesi” olacaq.
Bu əsər həm ağlatdı məni, həm çox təsirləndirdi, üzümdə təbəssüm
də yaratdı, bəzi qəhrəmanları qucaqlatdı da mənə. Amma ən əsası, tarixin tozlu
rəflərinə qaldırılmış hadisələri öyrənməmə, yeni- yeni bilgilərlə tanış olmama
imkan yaratdı. 484 səhifəlik bir kitabı 2 günə oxudum, amma təsiri çox- çox
qalıcı olacaq.
4 Aralık 2013 Çarşamba
Tornatoreyə sevgilərlə.."Cinema Paradiso" filmi
Dünən gecə bu
yaşımadək ən, ən, ən gözəl filmi izləmiş oldum : “Malena”, “1900-ün əfsanəsi”
kimi əfsanə filmləri ərsəyə gətirmiş dünyaşöhrətli rejissor Cüzeppe
Tornatorenin “Nuovo Cinema Paradiso” (Yeni kinoteatr Paradiso) filmi. 155 dəqiqəlik
film, sanki, 4 fəsli yaşadır insana. O qədər səmimi, maraqlı, canayaxındır ki. Bir
insanın bir ömrünü “yaşadır” sənə, kövrəlirsən,
gülürsən, ağlayırsan, sevinirsən, təsirlənirsən, düşünürsən və sairə.Film
haqqında müsbət “sifətləri” çox yan-yana düzmək olar. Nə vaxtsa övladlarımla,
ailəmlə bu filmə baxmağı xəyal edirəm. Və ölmədən öncə baxacağım ilk film bu
olacaq. Əslində, həm hər kəsə məsləhət görmək istəyirəm, həm də yox. Çünki çox
sevdiyim bu filmə qarşı qısqanclıq var məndə))
3 Aralık 2013 Salı
Erix Mariya Remark- Lissabonda bir gecə
Remarkın
sadəcə 3 əsərini oxumağıma baxmayaraq, o mənim ən sevdiyim yazıçıdır. Bütün
əsərlərini dalbadal oxumaq istərdim. Amma qorxuram ki, ondan sonra o, mənim
üçün dəyərsiz ola, bezə bilərəm. Ona görə zamanla digərlərini də oxumağı düşünürəm. Remarkın “Zəfər tağı” əsərini məndən kitab məsləhəti alan hər kəsə
tövsiyə etmişəm. Və indiyədək heç kəs “oxudum, amma maraqsız idi,bəyənmədim”
kimi sözləri deməyib, əksinə çox tərifləyiblər. Remarkı karandaşsız oxumaq
qeyri-mümkündür. Karandaşla altından xətt çəkilən cümlələrin ən çox olduğu
yazıçılardan biri də Remarkdır. Bu karandaşla qeydlər belə kiçik bir kitaba
bərabərdir. Nə isə, Remarkı tərifləyə-tərifləyə sabahlayaram burda)) Ona görə keçək
karandaşla seçilən cümlələrə.Çoxdan oxuduğum kitabdır, qeydlərimi bloquma
daşıdım.
2 Aralık 2013 Pazartesi
Alexandra Cavelius "Leyla- bir bosniyalı qız"
Müharibəni əksər
hallarda kişilər anladıb: filmlər çəkilib, əsərlər,məqalələr və s.yazılıb. Amma
qadınların anlatdıqlarına daha çox qulaq vermək lazımdır. Məncə, müharibəni
yaşamış bütün insanlar əzab çəkiblər, işgəncələr görüblər. Amma müharibələr qadınlar üçün daha
dəhşətli olub. Alexandra Caveliusun “Leyla” əsərini oxuduqdan sonra buna bir
daha əmin oldum.Yazımın başlanğıcında deyirəm ki, əsəri oxuyun, bir qadının
gözündə müharibənin dəhşətlərini, görünən və görünməyən tərəflərini görün.Birnəfəsə
oxuduğum, ürəyimin parçalandığı, insan oğlunun içində necə bir canavarın
olduğunu göstərən, müharibəyə bütün hallarda “yox” dedirdən, onun fəlakətlərini,bu
gününü və sabahını göstərən, insanların, xüsusilə, qadınların müharibədəki çətinliklərini
və ondan sonrakı travmasını göstərən bir kitab.
Kaydol:
Kayıtlar (Atom)