Remarkın
sadəcə 3 əsərini oxumağıma baxmayaraq, o mənim ən sevdiyim yazıçıdır. Bütün
əsərlərini dalbadal oxumaq istərdim. Amma qorxuram ki, ondan sonra o, mənim
üçün dəyərsiz ola, bezə bilərəm. Ona görə zamanla digərlərini də oxumağı düşünürəm. Remarkın “Zəfər tağı” əsərini məndən kitab məsləhəti alan hər kəsə
tövsiyə etmişəm. Və indiyədək heç kəs “oxudum, amma maraqsız idi,bəyənmədim”
kimi sözləri deməyib, əksinə çox tərifləyiblər. Remarkı karandaşsız oxumaq
qeyri-mümkündür. Karandaşla altından xətt çəkilən cümlələrin ən çox olduğu
yazıçılardan biri də Remarkdır. Bu karandaşla qeydlər belə kiçik bir kitaba
bərabərdir. Nə isə, Remarkı tərifləyə-tərifləyə sabahlayaram burda)) Ona görə keçək
karandaşla seçilən cümlələrə.Çoxdan oxuduğum kitabdır, qeydlərimi bloquma
daşıdım.
Remark-
"Lissabonda bir gecə"
- Ehtiyatli tərpənsək, bir il, bəlkə də il yarım.
-Bəs ehtiyatlı tərpənməsək?
-Onda bu yay.
-Gəl ehtiyatsız yaşayaq-dedi..
-Bir yay qısa ömürdür.
-Elədir; - birdən sərt dilləndi. Bu yay qısa ömürdür, elə ömrün özü də qısadır, bəs kimdir onu qısa edən? Onun qısalığını bilməyimizmi? Bayırdakı pişiklər bilirmi ki, ömür qısadır? Bəs quşlar? Kəpənəklər?Onlar ömrü əbədi sayırlar. Bunu onlara heç kim deyəmib.Bəs bizə niyə deyiblər?
-Bunun min bir cavabı var...
-Birini de...
-Biri odur ki, ömür əbədi olsaydı, dözülməz olardı.
-Deyirsən ki, darıxdırıcı olardi?Allahın ömrü kimi? Düz deyil. Ayrısını de.
-“Həyatda xoşbəxtlikdən bədbəxtlik çoxdur. Bizə mərhəmət göstərib ki, ömür uzun sürməsin”.
Helen bir anlığa susdu.. Heç biri düz deyil, ona görə belə deyirik ki, həyatda qalmayacağımızı, özümüzlə heç nə aparmayacağımızı bilirik. Burada heç bir mərhəmət yoxdur.Bunu biz uydururuq.Ümidimizi üzməmək üçün uydururuq.
-Buna baxmayaraq, inanırıq ki?-dedim
-Mən inanmıram.
-Ümidini tamam kəsmisən?
-Tamam.Hamı əvvəl-axır bu qənaətə gəlir.Hami..Hətta haçansa qaçmaq ümidi olan dustaqlar da. Bu dəfə də olmasa, gələn dəfə həmin qənaətə gəlir.
-Onun ümid etdiyi də məhz elə budur.Yalnız bu.
-Elədir.Əlimizdən gələn də elə budur.Dünya müharibəyə qarşı əlacsız olduğu kimi. O da gələn dəfəyə ümid bəsləyir. Amma heç kim onu dayandıra bilmir.
-Müharibəni bilər-cavab verdim,ölümü yox.
-Gülməyə vaxt tapdın-ucadan dedi..
-Nə olub sənə Helen? –heyrətlə soruşdum... Cavab vermədi, mən də daha
heç nə soruşmadım...
- Dərd adamı qarın yatalağı kimi məhv edir, ədalət isə dinc zamanın təmtərağıdır.
- Əgər xoşbəxtliyi sevimli sifəti müxtəlif kölgələr fonunda ləkəsiz və mükəmməl əks etdirən güzgü adlandırsaydıq, onda elə bu an özümü xoşbəxt sayardı.
- Ehtiyac insanı tez yetkinləşdirir, həyata baxışın sentimentallıq və xurafatla dumanlanması isə gəncliyə yaddır.
- Tənhalıq özünə yoldaş axtarır və onun kimliyini soruşmur. Bunu bilməyən heç zaman tənha olmur, yalnız tək olur.
- Gülməyə qalsaydı, bu dünyada bu gün gülməli şey çoxdur. Gülüş haçansa gülüşlüyündə qalır. Qəribəliyi ondadır ki, biz çox vaxt sonuncu gün gülürük.
- Qaçqınlıq və ümidsizlikdə, eləcə də qorxu içində yaşayada adam möcüzələrə inanmağa başlayır, yoxsa yaşaya bilməzsən.
- Biz qəbildən olan insanların hərdən sınıb çilik-çilk olmasına vərdişliydim, çox vaxt təkliyə dözməmələrinə, heç yanda yeri olmayanların məkan qorxusuna, tanımadığı məsləkdaşların kiminsə bir gecə adamı bir gecə intiharda saxlaya bilməsinə, ancaq tam şübhəsiz belə hallarda adama havayı yardım edilərdi, bunun üçün qiymət kəsilməzdi.
- Lissabonun bu hissəsi mənə tanış deyildi, həmişəki kimi kilsələr və muzeylər tanış idi, ona görə yox ki, allah və sənətə vurğunu idim, sadəcə ona görə ki, kilsə və muzeylərdə adamdan sənəd soruşmurdular.
- İnsan vətənsiz yaşayanda itkiyə dözmək ağır olur. Səni heç nə qorumur, qəriblik dəhşətli dərəcədə qəribləşir.
- O qədər yüngülağıl oldum ki, özümü insan saydım və təəssüf ki, insan kimi də apardım
- Xoşagəlməz xatirələrin yaxşı cəhəti də var, adamı inandırırdı ki, bir az əvvəl xoşbəxt olmadığını fikirləşməyinə baxmayaraq, yenə də xoşbəxtsən. Xoşbəxlik nisbi anlayışdır. Bunu dərk edən nadir hallarda tam bədbəxt olur.
- Günəş hopmuş bu lal mənzərələr baxanda adam fikirləşir ki, belə şeyləri yarada bilmiş irq həm də cinayətkar müharibə apara bilər- qan təzyiqini bir anlıq aşağı salan qəribə bir paradoks.
- İşığı biz pay almışıq, çünki, Allahdan içimizdə nəsə var, idi isə gərək qoruyaq, çünki Allahın içimizdəki bir parçasını məhv edirik.
- Əşyaların öz həyatı var və onları özününkü ilə müqayisə etmək dəhşətdir.
- Siyasətdə pafoslu sözlərə dözürük, duyğularımızda isə yox.
- Ən böyük laqeydlik adamı ölümə sürükləməsə də möhtəşəm arxayınçılığa apara bilər.
- Nifrət qəlbi aşılayan turşudur, fərqi yoxdur, sən nifrət edirsən, ya sənə nifrət edirlər.
- Xəstələr daha çox yaxşılar olur, nəinki beyinlərində əsəb əvəzinə əzələ bəsləyən iddialı sağlamlar...
..Yalnız
ölüsünü gördüyüm Heleni tez-tez düşünürdüm və tək qalanda bir müddət hətta onun
xəyalı ilə yaşayırdım. Şvarsın mənə verdiyi məktubları bir gecə gəmi dəryada
üzərkən oxumadan suya tulladım. Bu vaxt onların birində əlim nəsə bərk, balaca
bir şeyə toxudu.Onu qaranlıqda zərfin içindən çıxartdım və sonradan gördüm
ki,içində gözəl bir ağcaqanandın min illər öncə ölüb daşlaşdığı balaca, yastı
bir kəhrəbadır.Onu atmayıb özümə götürdüm- qızılı göz yaşlarından ibarət
qəfəsdəki ölüm-dirim mübarizəsində qorunub saxlanılmış balaca ağcaqanaq,
halbuki, onun tayları başqalarına yem olmuş, donmuş və yoxa çıxmışdılar...
Hiç yorum yok:
Yorum Gönder