6 Ekim 2013 Pazar

"Bir axşam taksidən düşüb payıza"...


Rəssam Leonid Afremov
Payız da gəldi buralara: bir az kədərli, bir az həzin, daha çox soyuq..Sanki illərdir payız olmayıb,bax o həvəslə gəlib payız. Fəsillərin də ayağı sürüşkən olub, biri digərinin ayağını tapdayır, biri o birinin yerinə keçmək istəyir, sərhədlərini pozur. Sanki oktyabr dekabrla müqavilə bağlayıb belə soyuq olacağına dair..
 Payız niyə ayrılıq fəsli kimi xatırlanır, bilmirəm. Amma payız sevgi fəsli olmalıdır, insanlar daha çox qucaqlamalıdır bir-birini. Bəlkə elə payızın, qışın soyuğu buna görədir? Biz sevdiklərimizə daha çox sarılaq deyə..

 Payızı dəyərləndirmək lazımdır.Çay məhz indilərdə daha ləzzətli olur. Çayını, mürəbbəni, şokoladını alasan yanına kitab oxuyasan, ədyalına sarılıb film izləyəsən..
 Kitab demişkən, bu aralar təkrar- təkrar Çexovun hekayələr və Mopassanın hekayə və novellalarını oxuyuram. Doymaq olmur, doğurdan da. Demək olar ki, bir neçə ildir, daldadal təkrarən oxuyuram onları. Zövq verir. Dünya ədəbiyyatı üçün rus, fransız və qismən də yapon ədəbiyyatı ayrı bir dəyərdir, xəzinədir. Bunlar ədəbiyyata çox şey qazandırıb. Onları çıxsaq, yerdə nimdaş bir ədəbiyyat qalacaq, qolu- qıçı sınmış. Çexov və Mopassanı oxumadan ölən isə yazıqdır.. :)

Hiç yorum yok:

Yorum Gönder