Adətən,
oxuduğum kitabları diqqətlə seçirəm. Bu kitab mənə nə qazandıracaq, nə öyrədəcək
deyə çox çək-çevir edirəm. Hansısa kitabı oxuyandan sonra vaxt itkisi olduğunu
düşünəndə əsəbiləşirəm, heç cürə özümü bağışlaya bilmirəm. İndi isə bu soyuq
oktyabr günlərində vaxtım gen-bol olduğuna görə vaxt itkisini filanı düşünmürəm.
Çoxdandı adı ilə tanış olduğum Tuna Kiremitçinin “Bu işte bir yalnızlık var”
kitabını oxumağa başlayıram.
Müasir türk yazarlarına həm də ona görə üz tutdum
ki, müəyyən təsəvvürüm yaransın, sonra pisləyəndə, ya tərifləyəndə
oxumadan-bilmədən başqasının loxmasını üyüdüb-tökməyim. Kitabın adı nəsə məni cəlb
etmişdi, amma ilk səhifələrdən anladım ki, çox şey gözləməməliyəm kitabdan. Sadəcə
oxudum, ədyalıma bürünüb yağışlı 2 günün keyfini belə çıxardım. Kitabın hər səhifəsi
isə yalnızlıq, soyuq qoxurdu. Elə tam oktyabr üçün yaramışdı..
Bir
musiqiçinin- Memet Olcayın həyatından bəhs edir kitab. Yaşadığı yanlış bir
sevgi, həyat yoldaşı tərəfindən tərk olunmağı, yalnızlığına hər bazar günü
balaca qızının rəng qatması, musiqi ilə ayaqda qalması, evini tərk edən dostu
Orhanı axtararkən bir yandan onun həyat yoldaşı Ayşeye dəstək olması, ona aşiq
olması, ürəyi və sevgisi ilə dostu arasında qalması və ilk bəstəsi.. Sanki
yalnız bir adam, bir musiqiçi soyuq gecələrin birində yanına gəlir və sənə
bütün həyatını anlatmaq istəyir. Həmişə bir dinləyənin olmasını sən istərkən, biri
çıxıb gəlir, sənin dinləyici olmanı istəyir və sən də səssiz- səmirsiz, heç bir
sual vermədən onu dinləyirsən.
Belki de hayat, onun karşımıza çıkardıklarıyla İyi geçinmek oyunuydu. Bize sunduklarım elimizin tersiyle geri
çevirmemek sanatıydı.
"İnsan
aynada gördüğü kişiye karşı hayatı boyunca
değişik duygular besleyebiliyor.
Bazen nefret ediyoruz kendimizden, bazen neredeyse şefkat duyuyoruz. Varolmanın
anlamlı bir şeymiş gibi
göründüğü
anlar var, bir de aldığımız tek
bir nefes için bile bahane bulamadığımız
zamanlar. Bunlar hayatımızın
içinden akıl sır
ermez bir sırayla, fener alayları gibi
geçip gidiyor. Üstelik zamanla bir şeylerin değişeceğini ummak da galiba boşuna. Aynayla aramızdaki
fırtınalı ilişkinin belki de zamanla
ilgisi yok."
"İstanbul'dan
ne zaman biraz uzaklaşsam, döndüğümde bir karış suratla
bulurum onu. Tarih boyunca bir kadına
benzetile benzetile sonunda hakikaten kadınsı huylar
edinmiş olan şehir, bana kendimi kötü
hissettirmek için sanki açığımı kollar."
"Can sıkıntısı galiba akıcı bir şey. Yıllarca uğraşarak kendisine bir gedik açmayı başarıyor. Sonra da akıyor içimize. Orayı binlerce şeyle tıkamaya çalışıyoruz tabii: sabahları becerebildiğimiz kadar sıcak bir bakışla, bebeğin ilk yürümeye başladığı anın hatırasıyla, bütün gece parlatılmış "seni seviyorum'larla, hâlâ medet
umulan "ben de seni"lerle, her şeyle..."
"Galiba
insan kendi bencilliğiyle en çok bir mezarı ziyaret ettiğinde yüz yüze geliyor".
"insanlar
ayrılır ayrılmaz hızla uzaklaşmaya başlıyorlardı. Özellikle kadınlar kısa zaman içinde bir yabancıya dönüşmeyi başarıyordu. Daha birkaç ay önce uyurken
seyrettiğiniz kişinin aynı kadın olduğuna inanamıyordunuz."
Kitab əsasında eyniadlı filmin çəkilişlərinə də bu il başlanıb, çəkilibmi, ya yox, onu axtardım tapa bilmədim. Baş rolları Engin Altan Düzyatan və Özgü Namal canlandıracaqmış. Filmin uğurlu olub- olmamasını təxmin edə bilmirəm, amma aktyor seçimi çox uğurludur.
Bu isə kitabda adı çəkilən mahnılardan biridir. "Seksenlerden".
Hiç yorum yok:
Yorum Gönder