Dünən gecə bu
yaşımadək ən, ən, ən gözəl filmi izləmiş oldum : “Malena”, “1900-ün əfsanəsi”
kimi əfsanə filmləri ərsəyə gətirmiş dünyaşöhrətli rejissor Cüzeppe
Tornatorenin “Nuovo Cinema Paradiso” (Yeni kinoteatr Paradiso) filmi. 155 dəqiqəlik
film, sanki, 4 fəsli yaşadır insana. O qədər səmimi, maraqlı, canayaxındır ki. Bir
insanın bir ömrünü “yaşadır” sənə, kövrəlirsən,
gülürsən, ağlayırsan, sevinirsən, təsirlənirsən, düşünürsən və sairə.Film
haqqında müsbət “sifətləri” çox yan-yana düzmək olar. Nə vaxtsa övladlarımla,
ailəmlə bu filmə baxmağı xəyal edirəm. Və ölmədən öncə baxacağım ilk film bu
olacaq. Əslində, həm hər kəsə məsləhət görmək istəyirəm, həm də yox. Çünki çox
sevdiyim bu filmə qarşı qısqanclıq var məndə))
Doğulduğu qəsəbəyə 30 ildir getməyən məşhur
bir rejissor bir gün anasından Alfredonun öldüyü ilə bağlı bir zəng gəlir.Kimdir
bu Alfredo? Elə bu sualla məşhur rejissor ta uşaqlığına gedir xatirələr
qayığında.Alfredo qəsəbədəki kiçik, köhnə kinoteatrın projektorudur.Köhnə
üsulla letləri çarxla fırladaraq camaata film göstərir. Bu da televizorun,
radionun olmadığı, insanların toplu şəkildə kinoteatrlara axışdığı dövrlərdir.
Balaca Toto (Salvatore Di Vita) kino dəlisi bir uşaqdır və kino sevgisi onda
Alfredonun sayəsində daha da güclənir. Alfredo yanında ona filmin necə nümayiş
olunmasını filan göstərir, şagirdi kimi ona da öyrədir. Gələcəkdə bir qəza nəticəsində
bu köhnə kinoteatr yananda Alfredo da xəsarət alır və həmişəlik kor olur. Qəsəbədə
lotoreyada böyük məbləğ udan bir kişi yeni kinoteatr inşa edir: “Cinema
Paradiso”.Yeni kinoteatrın projektoru isə Toto olur. Toto böyüdükcə Alfredo ilə
yaxınlığı çox güclü dostluğa çevrilir. Gənc ikən bir qızı sevən Totonun ilk məhəbbət
oxu daşa dəyincə, Alfredonun təkidilə o, qəsəbəni tərk edir. Alfredo ona heç
vaxt buraya dönməməsini, arxaya baxmamasını tənbehləyir. Beləcə, Toto gedir və
bir gün məşhur bir rejissor ikən Alfredonun ölüm xəbərini alaraq qəsəbəyə
dönür. Filmin əvvəllərində 30 ildir anasını, sevdiklərini axtarmayan bu insana qarşı
vəfasız, etibarsız önyarğısını irəli sürərkən, filmin sonlarına doğru buna
aydınlıq gətirilir. Əslində, onun keçmişinə nə qədər bağlı olduğu ortaya
çıxır.
30 ildən sonra keçmiş sevgilisilə görüşür. Qadın evlənib, 2 uşaq
sahibidir, Salvatore isə heç evlənməyib. İkisi də bir-birini heç vaxt
unutmayıb, həmişə sevib, amma 30 ildən sonra yaşın bu çağında heç bir şeyi dəyişmək
mümkün deyildir. Onların bu görüşü elə ən yaxşı sonluq kimi xatirələrə yazılır.
Alfredo ona öləndən sonra bir vaxtlar filmlərdən kəsdiyi, Totonun uşaq vaxtı həmişə
“merakında olduğu” öpüşmə səhnələrini yapışdırıb kiçik bir film kimi əmanət
qoyur.
Filmdə adam
keçmişə gedir: heç vaxt yaşamadığımız, amma ata- anamızdan çox eşitdiyimiz kinoteatrların,
klubların o məşhur vaxtlarına. Kimi uşağını elə burdaca əmizdirir, kimi
xoruldayıb yatır, kimisi də filmdəki hər repliyi “fine” sözünədək əzbər bilir..
Qəsəbənin keşişi filmlərdə öpüşmə səhnələri qətiliklə yasaqlayıb. Buna görə hər
dəfə o səhnələri balacasından böyüyünədək səbrsizliklə gözləyir, amma yox e, kəsilib
bütün bu səhnələr)) Amma yeni kinoteatrda artıq bu səhnələri kəsmirlər. Və ilk
dəfə burda öpüşmə səhnəsinə şahid olanda hamı bir ağızdan qışqırır)) Həyatında tək bir qadına aşiq olmuş, bircə ən
yaxın dostu olmuş adam onları itirməsinə rəğmən xəyalını gerçəkləşdirə
bilir..Salvatorenin uşaqlığını çox sevdim, o qədər şirin idi ki, film boyu həmişə
o boyda qalmasını istəyirdim. Alfredo isə.. hər kəs həyatında bir Alfredo kimi
dost arzulayar.
Film ən yaxşı
xarici film Oskarı da daxil olmaqla müxtəlif festifallarda 18 mükafat alıb. Əfsanəvi
bəstəkar Ennio Morrikone bu filmdə də öz musiqili izlərini qoyub.
-dünya'yı 2-3
günde yaratan tanrı, iyi iş çıkarmış, ama ben olsam daha uzun sürerdi ve daha
güzel yapardım...
- konuşup
konuşmamak birşeyi değiştirmeyecekse, susmamak için bir neden yoktur...
- gözlerimi
kaybettim ama şimdi daha iyi görüyorum...
- “Arkadaşlarımı görünüşlerine, düşmanlarımı
zekalarına göre seçerim.”
- -Bak,
sana bir hikaye anlatacağım Toto. Bir zamanlar krallığın birinde bir kral güzel
prenses için ziyafet verir. Kapıda bekleyen asker kralın kızını görür ve bir
çırpıda aşık olur. Fakat kralın kızının basit bir kapı görevlisiyle ne işi
olabilir? En sonunda asker prensese ulaşır ve artık onsuz hayatının bir anlamı
olmadığını söyler. Prenses askerin aşkından etkilenir. “Eğer balkonumun altında
hiç hareket etmeden yüz gün yüz gece bekleyebilirsen senin olabilirim.” der.
Asker kabul eder ve prensesin balkonun altına gider. Bir gün, iki gün, üç gün,
yirmi gün, otuz gün… Her gece prenses dışarı bakar, ama o kımıldamaz bile.
Yağmurda, rüzgarda, karda… O hep oradadır. Kuşlar kafasına pisler, arılar
sokar, ama o kımıldamaz. Doksanıncı günden sonra taş kesilmiş bir vaziyette
gözlerinden akan yaşları zapt edemez. Uyumaya bile dermanı kalmamıştır. Tüm o
günlerinde prenses onu camından seyreder. Ve doksan dokuzuncu günün akşamında
asker sessizce çekip gider oradan.... uzaklaşmış çünkü 100. günün sonunda
prenses sözünden dönerse askerin kalbi parçalanacak, kederinden ölecekti. bu
yüzden 99. gecede ayrılmayı seçti, böylece prenses onu sonsuza dek
hatırlayacaktı...''
Çox sağ olun ki,bu film haqqında yazmısız
YanıtlaSil