12 Ocak 2013 Cumartesi

"Fil adam" filmi





Nə qədər humanist və insanları sevən,bu sevginin içimdə heç vaxt tükənməsini istəməyən biri olsam da bəzi insanlar məni iyrəndiyib zaman-zaman.Daxili dünyaları, canavarlıqları,saxtakar,ikiüzlü,yaltaq olmaları və sənin bunun açıq-aydın fərqində olman iyrəndirə bilir insanı.Bu təbiidi,daxili dünyasına görə ən mundar insan da özünə qarşı xəbislik sərgilənəndə iyrənə bilir qarşısındakından.Amma bəzən kimlərinsə xarici görünüşündən hürkmüşəm,qorxmuşam,iyrəndiyim də olub.Məsələn,bir vaxtlar qarşıma tez-tez çıxan bapbalaca,qara və qaməti əyilən  donqar kişidən,üzünün yarısını,gözünü ət parçası basan başqa bir kişidən..Bir anlıq bir şey olsa da sonradan özümdən utanmışam,danlamışam.Amma iyrənmək əlimdə olan bir şey olmayıb.
Hz.Əli haqqında çəkilən və "Elephant man" filmlərinə baxandan sonra bu iyrənməyi özümdən daha çox uzaqlaşdırmağa çalışmışam.


Elephant mandan danışmaq istəyirdim,bura qədər çərənçiliyim də elə buna görə idi.
1980- ci illərdə Devid Linç tərəfindən lentə alınan film Jozef Merikin həqiqi və ürəkağrıdan hekayəsindən bəhs edir.Jozef Merik 2 yaşında bir xəstəliyə mübtəla olmuş və bədəninin müxtəlif yerlərində sümüklərində deformasiyaya uğrayıb.Con anasını 2 yaşında itirir,bundan sonra kimi-kimsəsi olmadan həyat sürür.
Bu "qorxunc adam" Bayts adlı sahibi tərəfindən sirkdə saxlanılır.Fil adam o qədər maraqlıdı ki,hamı ona görə pulundan keçməyə razıdı.Sahibi onun hesabına pul qazandığına baxmayaraq onu incidir,heyvana davrandığı kimi davranır,(zatən ona baxmağa gələnlər üçün də Conun heyvandan fərqi yoxdu) ac-susuz saxlayır.Bir gün sirkə Trivis adlı həkim gəlir,Conu görür və sahibindən onu yanına gətirməyi xahiş edir.
Conla tanışlıqdan sonra həkim onun heç də əqli inkişafdan qalmadığını,mədəni,kübar,ağıllı bir insan olduğunun fərqinə varır.Con aramla ona hətta İncildən fəsillər də deməyə başlayır.Və beləcə həkim xəstəxanadakı həkimlərə və Conun sahibinə rəğmən onun xəstəxanada yaşamasını təmin edir.Bundan sonra əslində kübar fil adamın şöhrəti hər yerə yayılır,artıq onun hüzuruna Londonun hər yerindən kübar ailələr axışıb gəlir.
Film çox ağırdı,əvvəlində Conun köməksizliyi,ona verilən işgəncələr və insanların digər bir insanı xarici görünüşünə görə heyvan yerinə qoyduğunu,əyləndiyini görmək adamı kövrəldir.Heç bilmirsən,hansına üzüləsən.Bir tərəfdən də bu əylənən insanlara,Conun sahibinə paralel göstərilən Həkim obrazını görəndə insanlığın onlara rəğmən yaşadığı bir az təsəlli edir adamı.Həm də sən nə vaxtsa kiminsə görüntüsündən iyrənmisənsə,Conun öz obrazı,həkimin ona himayədarlığı,sevgisi utandırır adamı.

 Və fil adam..onun ürəyi..insan qəlbinin gözəlliyi də çirkinliyi də görüntüsü altında gizlənir.Əsas məsələ görüntünü aralamaqdı.Aralamağı düşünmək də hər adamın ağlına gəlmir..
 Conun içində insan sevgisi var,sanki insanları sevməyin hərisidi.O,həmişə anası və nomal insan kimi yatmaq üçün darıxır...
Film 8 nominasiyada Oskara layiq görülsə də heç birində qalib olmayıb.Filmdə baş rolları Entoni Hopkins və Devid Hant canlandırıb.
Ağır dram olsa da sujetin gerçək hekayə üzərində qurulması ona bir başqa məna yükləyir.Türklər demişkən,ürəyiniz qaldırarsa,baxa bilərsiz.


Hiç yorum yok:

Yorum Gönder