Çox qəribə də olsa İrana getmədən öncə bu ölkəni XVII əsrin Azərbaycanı kimi təsəvvür edirdim.Bəlkə də haqlı idim.Çünki çoxları danışırdı ki,burda qadının bir teli görünsə,daş-qalaq edirlər.. və sair bu kimi “qorxunc faktlar”..Təbii,mənim də qorxmağa haqqım var idi. Hələ düşünürdüm ki,ordan sağ qayıtmayacağam.Elə yolboyu necə meydana gətirildiyimi,hamının niftət dolu baxışlarını,sonra mənə atılan,üz-gözünü parçalayan daşları xəyalımda canlandırıb dramatik bir sujet qururdum..
Səfərimiz Ərdəbilə idi.çadra,uzun köynək filan alıb yola düzəldik.Sərhəddə
paltarlarımızı dəyişməli idik. Paltarlarımızı dəyişəndə çadrayla əməlli-başlı “yaraqlanıb-yasaqlandım ”.Saçımın bir teli
belə çadradan çıxmamalı idi,axı ona görə daş-qalaq ola bilərdim..
Sərhəddə bizimkilərin insanlarla necə vəhşicəsinə davranması
adamı dəhşətə gətirirdi. Təbii,orda bir az onlara xox gələn,savadlı adamlardan
qorxur və onları tez keçirirdilər.Amma al-verə gedən insanlarla itə
davrandıqları kimi davranırdılar.Yazıqlar heç səslərini də çıxara bilmirdilər..
İran tərəfdə isə hər şey qayda-qanuna uyğun şəkildə həyata
keçirilirdi,nə olursa olsun,növbə pozulmamalı idi.Farslar ədəb-ərkan,soyuqqanlılıqla
işlərini icra edirdilər..Fərq böyük idi,təbii, bunu görmək lazımdı..
Ərdəbil dağlıq yerdi.İran Astarasından ora saat yarımliq yol olar.İki dağ arası ilə elə
gözəl yol salıblar ki,özünü dünyadan təcrid edən ölkənin qüdrətinə “əhsən”deyirsən.Oralar
mənə Leriki xatırlatdı ən çox.Bəlkə ona görə,bəlkə də ulu babamın Ərdəbildən
olmasına görə idi,bilmirəm, bura mənə çox doğma gəldi,vətəndən ayrılmağımı heç
hiss etmədim.
Ərdəbilə orucluq vaxtı getmişdik.atam orda müayinədən keçməli idi deyə həkimin qəbuluna
düşmək üçün növbəyə yazılmışdı,biz də gözləyirdik.Yol gəlmişdik,hamımız ac
idik.Ayaqüstü nəsə yeyəndə hamının bizə maraq və təəccüblə baxdığını
gördüm.”Görəsən,bunlar yemək də yemirlər?”deyib
qara-qara düşünürdüm.Həə,əsl səbəbi sonra öyrəndik-geri qayıdanda.Axı orucluq
vaxtı orda çoxu oruc tutur və ictimai yerlərdə oruc tutmayanların yemək yeyib
lap susuzluqdan ölsələr belə su içmələri
qadağandı.Qayıdanda zarafatyana deyirdim ki,qarın qardaş bizi az qala daş-qalaq
etdirəcəkdi.
İranda ictimai yerlərdə insanların sakitliyi,astadan
danışmaları,bir-birinə hörmət etmələri( xüsusilə qadınlara),bir ünvanı
soruşanda hətta ora qədər sənə bələdçilik etmələri,mehribançılıqları çox xoş
idi.Və nə olur-olsun,İrana bu cəhətinə görə hörmət etməyə,sevməyə dəyər.əslində,bu
fikrim çoxlarını qıcıqlandıra bilər,amma deyim ki,mənə elə gəlir ki,ordakı azərbaycanlılara(
P.S.onlar özlərini türklər
adlandırırlar) mədəniyyəti farslar öyrədib.Yox, əgər elə deyilsə,bəs bu taylı
Azərbaycanda vəziyyət niyə eyni deyil?!
Farslar qanunpərəstdilər.Bunu hər yerdə hiss etmək
olurdu.orda “atanşiklər”,sənə kələk gəlmək istəyənlər bizimkilər idi,biz belə
gördük,şahid olduq.Ona görə də bəzilərinin “bizimkiləri asırlar-kəsirlər” demələri
çox absurddu.Atamın tümənlərdən yaxşı başı çıxmadığını görüb kələk gəlmişdilər.Fars polisinə şikayət
edəndə həmin adam yalvarıb-yaxarmışdı,əgər atam şikayətçi olsaydı,o adam elə həmin
dəqiqə cəzasını alacaqdı..
Iranda ən bəyəndiyim bir nüans kişilərin qadınlara qarşı həddindən
artıq diqqətli,mədəni olmaları idi.bunun nədən irəli gəldiyini bilmirəm.Bəlkə də
ənənə belə gəlir..
Bir də ki,heç də tel görünəndə asıb-kəsmirlər.Qadınlar
bizimkilərdən fərqli olaraq, örtünəndə rəngbərəng geyinib çadrasını gül-çiçək
formasına salmırlar.Yayda da uzun və enli plaş geyinir,yaylıq və ya qara
çadrayla başlarını örtürlər.Başın təpəsi,boyun örtülü olur,amma tellərini də
diqqət çəkmək üçün çölə çıxarırlar J
İran haqqında yanlış təsəvvürlərimin bir çoxu yerlə-yeksan
olmuşdu.Məsələn,mən ora gedəndə düşünürdüm ki,iran qadınları kosmetikadan
istifadə etmir,amma əməlli-başlı bəzənir,gözəlliklərinin qayğısına qalır,maşın
sürürlər.Bir də nə qədər gülməli olsa da ayağımı ayağımın üstünə aşırmaqdan belə
ehtiyyat edirdim.Orda hətta əl-ələ gəzən oğlan və qızlar da qarşıma çıxdı.Artıq
onların kəbiinli ya kəbinsiz olmaları böyüklərinin işidi J
Ərdəbildə ən çox bir şeyə kövrəlmişdim.heç vaxt Bakı adını
bu qədər həsrətlə,nisgillə eşitməmişdim..Bizim geyimlərimizdən o dəqiqə
tanıyırdılar,dəqiqləşdirmək üçün maraqlanır,ya da eləcə “bakılı turistlər”
deyirdilər.Amma ən kədərlisi onların Bakı adını tələffüs və ifadə etmələri idi.
O taylı-bu taylı Azərbaycan deyimini o vaxt daha yaxşı anlamışdım..Bakıdan
uzaqlığımı,buranın doğma, amma bir az da qürbət olduğunu duymuşdum..Gecə olunca
bütün ailəmin yanımda olmasına baxmayaraq qəribsəmişdim..
(P.S.yazdıqlarıma görə yəqin ki,kimlərsə mənə irad
tuta,”yox,əslində elə deyil,belədi”deyə bilər.Bəlkə də kimlərsə deyə bilər
ki,yazımda İrana sevgimi ortaya qoymuşam.Bu fikirlər mənə elə də maraqlı
deyil,amma hər halda,dinləmək də bir mədəniyyətdi J Yazdıqlarım gördüklərimə əsaslanıb.Nə
görmüşəm,şahidi olmuşam,onu da yazmışam.Əgər bu ölkə,insanları mənim qarşıma
xoşluqla çıxıblarsa,mən orda artıq-əskik nəsə görməmişəmsə,onda başqalarının
gördüklərinə əsaslanıb bu ölkə haqqında tənqidi nəsə yazmağım alçaqlıqdan başqa
bir şey olmaz.)
(P.S.yazdıqlarıma görə yəqin ki,kimlərsə mənə irad
tuta,”yox,əslində elə deyil,belədi”deyə bilər.Bəlkə də kimlərsə deyə bilər
ki,yazımda İrana sevgimi ortaya qoymuşam.Bu fikirlər mənə elə də maraqlı
deyil,amma hər halda,dinləmək də bir mədəniyyətdi J Yazdıqlarım gördüklərimə əsaslanıb.Nə
görmüşəm,şahidi olmuşam,onu da yazmışam.Əgər bu ölkə,insanları mənim qarşıma
xoşluqla çıxıblarsa,mən orda artıq-əskik nəsə görməmişəmsə,onda başqalarının
gördüklərinə əsaslanıb bu ölkə haqqında tənqidi nəsə yazmağım alçaqlıqdan başqa
bir şey olmaz.)
Hiç yorum yok:
Yorum Gönder