Bəlkə də bizim tamaşaçılar film seçəndə İran rejissorlarının işlərinə o qədər də üz tutmurlar. Bəlkə
də bu, İrana
münasibətdən doğur,bilmirəm.Bəziləri
millətçilikdən onların nə musiqisi,nə film,nə də
ədəbiyyatına tərəf belə
baxmırlar. Qonşumuz bəlkə də bir çox şeydə bizdən geri olsa da bunu filmlər haqqında təəssüf ki,deyə bilmərik.İran kinosu bu gün dünyaya meydan oxuyacaq səviyyədədi.Nəyisə,bunun mövzuya aidiyyatı yoxdu...
Haqqında bəhs edəcəyim film Kürd əsilli iranlı rejissor Bəhman Qobadinin filmidi.Qobadi İran
yaxınlığındakı Banə kürd kəndində dünyaya gəlib. Uzun illər qısametrajlı filmlər çəksə
də ərsəyə
gətirdiyi “Sərxoş atlar zamanı”onun ilk
tammetrajı filmi olub. Film Kann festivalında “altun kamera”mükafatına layiq
görülür. Kürd dilində
səsləndirilən filmin hekayəsi də
filmdə rol alan
obrazlar da gerçəkdi.
Qobadinin öz kəndi Banədə çəkilən
filmdə müharibənin qoyduğu izlər,insanların çətin,məşəqqətli həyatı ağrıyla təsvir olunub.Rejissor filmdə musiqilərə də
yer ayırmayıb.Beləcə,baxanda elə təsəvvür
yaranır ki,sanki sən
hadisələrin mərkəzindəsən.İnsanların həyatda qala bilmələri,bir
qarın çörək
qazanmaları üçün nə
qədər əzab çəkdiyinin
şahidi olursan...
İran-İraq sərhəddində yerləşən
bu kürd kəndində 5 uşağın həyat mübarizəsini canlandırır rejissor. Anaları
doğuş vaxtı vəfat edib
ataları isə
qaçaqmalçılıq edir və
günlərin bir günü
meyidini gətirirlər.Bundan sonra 12 yaşlı Əyyub xəstə
qardaşı Madi və digərlərinə
baxmalı olur.Madi xəstədir,əməliyyat
olunmalıdı,Əyyub
qardaşının əməliyyatı üçün lazım olan pulu
tapmaq üçün dəridən-qabıqdan çıxır,qaçaqmalçılığa
qurşanır,amma heç bir nəticə hasil olmur.Bacısı Rojin onlara
faydası toxunsun deyə
qardaşını müalicə etmək qarşılığında birinə ərə
gedir.Amma öncədən kəsilən
şərtə qarşı tərəf əməl etmir və Madinin əməliyyatı üçün lazım olan vəsaiti verməyə razı olmurlar. Təkcə
bir qatırdan savayı.İndi bu uşaqların tək sərvəti bu qatırdı. Əyyub qardaşını da götürüb İraq sərhəddinə
keçmək və burda qatırı satıb qardaşını əməliyyat etdirmək qərarına
gəlir.Pusquda
duranlara və digər qaçaqların geri dönməsinə rəğmən Əyyub qardaşı da qucağında sərhəddi keçməyə
nail olur. Elə film də burda bitir.O 5 uşağın taleyi
tamaşaçıya müəmmalı
qalır...
Filmdə insan qara,qışa nifrət edir.Bu qədər
yoxsulluğa,çətinliyə baxmayaraq qış bu qədər sərt
olma məcburiyyətindədi?Kiçik çiyinlər nə
qədər böyük yükləri daşıyır.Adam baxanda ən xırda çətinlikdən ah-uf etdiyini xatırlayır və utanır. Dünyanın harasındasa
kiçik,kimsəsiz
uşaqlar təkbaşına həyatla mübarizəyə girişib.Bu rejissorun uydurması deyil,gerçək əhvalatdı. Həyat bu qədər
çətin olmalı
deyil,yetim,kimsəsiz balaca
uşaqlar üçün..Dünyada uşaqların payına düşən sevinc də kədər
də tən yarıdan bölüşdürülməli idi axı. Amma...
Görəsən,onların xəyalı nədir?Bu qədər çətinlik içində xəyal qura bilirlərmi? Görəsən,kim onlara bu sualı verib.Kim onlardan soruşub ki,böyüyəndə kim olacaqsan? Filmə baxanda düşünürsən ki,o qədər çətinlik içində heç kimin ağlına bu sual gəlməz.Amma bütün çətinliklərə rəğmən balaca uşaqların bir-birinə qayğısı,sevgisi,narahatlığı o qədər saf,məsumca anladılıb ki.Bunu göstərmək üçün dəridən-qabıqdan da çıxmalıblar,elə özlərinin təbiəti belədi.Filmin adı “sərxoş atlar zamanı”dı.Çünki qışın şaxtasında atların işləməsi,soyuqdan donmamaları üçün onlara viski içirirlər.Və rejissor göstərir ki,əslində atlara göstərilən qayğının mində biri insanlara,uşaqlara göstərilmir.Onsuz da insan çətinliklərə dişiylə,dırnağıyla qalib gələcək,qalib gəlməsə də ölüm ən yaxşı rahatlıqdı...

Film həvəskarlarına
tövsiyə edirəm.Ən çarəsiz vaxtınıznı ən üşüdüyünüz vaxtla birləşdirib baxın və görün ən çarəsiz
olanlar və donanlar əslində kimlərdi?
Hiç yorum yok:
Yorum Gönder