Kitabları karandaşsız oxumaq yarmçıq oxumaqdı bir az da. Karandaşsız olmazsa olmaz :) Heç səliqəli oxucu sayılmıram, kitab oxuyanda mütləq gərək sevdiyim cümlələrin altından xətt çəkim. Beləcə, kitabları özümə daha da doğmalaşdırıram. Aradan müəyyən müddət keçəndən sonra kitabı əlimə alanda altını qaraladığım fikirlər az qala "gözümə girincə" rahatlıq tapıram. Kitaba əziyyət verdiyimin də fərqindəyəm, amma kitablarımda özümdən "izlər" qoymayınca da onlar mənə doğmadan doğma olmurlar.Nəysə, karandaşla seçdiklərimdən bir qismini paylaşmaq istəyirəm. Amma bir məqamı da qeyd edim: indiyədək öyünmək olmasın, çox kitab oxumuşam, amma yalnız barmaqla sayılacaq qədəri ənnnn sevdiyim olub.Yəni o kitabları qeyd-şərtsiz, tərəddüdsüz hamıya məsləhət görərdim və deyərdim ki,ölmədən öncə oxuyun, mütləq. Əslində, sevdiklərimi paylaşmaqda bir az da paxılam, amma o əsərlərdən birinin adını qeyd edə bilərəm: Remarkın "Zəfər tağı" əsəri.İndiyədək çox adama məsləhət görmüşəm, hamı da bəyənib.. Buna şadam :) Keçək qeydlərə:
"Zəfər tağı"ndan:
"Zəfər tağı"ndan:
- Dünyada peşmançılıqdan mənasız şey yoxdur, onsuz da heç nəyi qaytarmaq olmaz. Yoxsa hamımız müqəddəs olardıq. Həyat bizə kamillik bəxş etməyib. Kamillərin yeri muzeydir.
- Ən yaxşı xasiyyətlər həyasız adamlara verilib, ən dözülməz adamlar isə idealpərəstlərdir.
- Heç nə təkrar olunmur, biz özümüz- özümüzü təkrar edirik.
- Adam özünü həqiqətlə də aldada bilər. Bu lap təhlükəli xəyaldır.
- Dinc yaşamaq bu günün ən böyük macərasıdır.
- Çox qəribədir- insan bədəninin hənirini görməyəndə hər şey- çarpayı, paltar, hətta vanna otağı da tamam ölürmüş. Insan nəfəsini, hərarətini itirəndə onlar nə pis olurmuş.
- Həyat həqiqətləri çox adi və bayağıdır. Onları canlandıran bizim fantaziyamızdır. Azadlıq ağalıq iddiasında olanların gurultulu şüarıdır.
- Yalnız sadə şeylər adamı heç vaxt naümüd qoymur. Xoşbəxtliyi uzaqda axtarmaq lazım deyil, o da sadə şeylərdən başlayır.
- Adamdan üz döndərmş məhəbbətin özünə qısqanmaq olur, daha onun yönəldiyi adama yox.
- Həyatın çox gözəl qanunu var- heç nə gözləmirsənsə, məyus qalmayacaqsan.
- Zaman keçmişə çevriləndə öz mənasini itirir. Adama təsəlli verir, həm diksindirir, həm də biganələşdirir.
- Həqiqəti ucadan deyəndə nə yaman miskin olurmuş.
Susanno Tamaro- "Ürəyinin apardığı yerə get"
- Sən də səksən yaşına çatanda görəcəksən ki, insan bu yaşda özünü sentyabr ayının sonunda ağacda yalnız qalmış bir yarpaq kimi hiss edir.
- Görünüşlərindəki qürurun, özünə inamın arxasında kişilər inanılmaz dərəcədə inciyən və safdırlar; daxillərindəki linglər son dərəcə ibtidaidir, onları balıq kimi tavaya salmaq üçün tək bir düyməni basmaq kifayətdir.
- Acından ölməkdənsə, heç nədən ölmək daha asandır, əzaba üsyan edə bilirsən, heçliyə yox.
- Hər kişinin həyatında- deyirdi,- « mükəmməl tək bir qadın vardır, hər qadının da həyatında bütünlüyünə çata biləcəyi tək bir kişi vardır». Amma buna nail olmaq çox az insana nəsib olan alın yazısıdı. Yerdə qalan hər kəs isə qənaətsizlik, davamlı bir intizar içində yaşamaq məcburiyyətindədir
- Tanrının krallığı sizin içinizdədir. Çöldə çöl, çinarın altında çinar, insanların arasında insanlarla ol.
Rabidranat
Taqor
- Günəşin həsrəti ilə göz yaşları töksən, heç ulduzları da görə bilməzsən.
- Uçurumun yalnız dərinliyinə aldanıb ona öz eşqini etibar etmə.
- Şəlalə belə mahnı oxuyur: “azadlığa qovuşanda öz mahnımı bəstələrəm”.
- Ulduzlar əsla qorxmurlar ki, onları işıldayan böcəklərə bənzədə ola bilər.
- Sərçənin tovuz quşuna yazığı gəlir ki, elə ağır quyruğu var.
- Işıq saçdığı üçün alova minnətdar ol, amma daimi dözümlə kölgədə qala çırağı da unutma.
- Unutmayın ki, həyat yolunda meydana çıxan maneələr insanın mənəvi mətanətini sınaqdan keçirmək üçündür.
- Insan heç nəyi itirməmişsə, itkinin ağırlığını hiss etməmişsə, demək onun heç bir şeyi olmamışdır.
Hiç yorum yok:
Yorum Gönder