2012- ci
ildə Əsgər Fərhadinin “Ayrılıq” filmi “Ən yaxşı xarici film” nominasiyasında
Oskara layiq görüləndən sonra İran filmlərinə diqqət daha da artdı. Dünya siyasətin
toz-dumanına bürünən düşmən hədəfə diqqətlə baxmağa başladı. Bu dəfə sənətə, mədəniyyətə
yönəldi baxışlar. Düzdür, inqilabdan sonra İran kinosu özünə müəyyən axar tapıb
irəliləyirdi, amma xüsusilə, 90-cı illərdə öz yüksəlişini qeyd etdi. 1997- ci
ildə Abbas Kiyarüstəminin “Taste of cherry” (“Gilasın dadı”) filminin “Qızıl palma”ya layiq görülməsi İran kinosunun dönüş nöqtəsi kimi dəyərləndirilir.
Kiyarüstəmi ilə yanaşı, Mohsen Maxmalbaf, Bəhman Qobadi, Əsgər Fərhadi, Cəfər Pənahi,
Məcid Məcidi və s.kimi rejissorlarla İran kinosu özünə sağlam vəsiqə qazanmış
oldu.
Blog: Bilgi Daxılım
"Susmaq haqqımdan istifadə edirəm"
25 Şubat 2014 Salı
22 Şubat 2014 Cumartesi
Floberin başıbəlalı Madam Bovarisi
Bu kitab
insan beynini ən çox inkişaf etdirən, oxunması vacib, XIX əsrin mühüm romanları
kimi müxtəlif siyahılara yol tapa bilib. Qərb ədəbiyyatının klassikası olan bu
kitabı Flober “iynə ilə quyu qazmaq” məsəli kimi 5 ilə (1851- 56) ərsəyə gətirib.
Amma əsər nəşr olunduqdan sonra ona “mənəviyyata zidd” damğası vurulur, yazıçı
isə əxlaqsızlığa təşviq, fransız qadınlarını təhqir etməsinə
görə məhkəməlik
olur. Flober şah əsərinə yaxşı bəraət qazandırır: “O sağdır. Madam Bovari mənəm. Əgər o xanım
fiziki cəhətdən təhqir olunubsa, mən bir yazıçı kimi təhqir olunmuşam”.
V.Naboov
yazırdı: “ Flober olmadan Fransada Prust, İrlandiyada C.Coys, Rusiyada isə Çexov
olmazdı”.Bu üç dahinin, ən azı, Çexovun qüdrətinə bələd olan oxucu Nabokovun nə
dediyini yaxşı anlayar. Flober indiyədək oxuduqlarım içində öz qəhrəmanlarını ən
çox lağa qoyan, onlara istehza edən zalım yazıçıdır J
19 Şubat 2014 Çarşamba
"Dorian Qreyin portreti". Ruhunu şeytana satan obraz
Oskar Uayldın yeganə romanı 1891- ci ildə nəşr olunan “Dorian Qreyin portreti”dir. Bu dünyaşöhrətli əsərin bir az keşməkeşli taleyi olub. Belə ki, tənqidçilər yazıçının əxlaqsızlığı ucaltdığı iddiasını irəli sürüblər. Hətta Dorianın özünü məhvə məhkum etməsi də bu “damğa”nı əsər üzərindən qaldıra bilmir. Uayld sənətin özünün də əxlaqdan kənarda qaldığını və Dorianın günahını hamının görəcəyini inadla israr edib vaxtilə bu “əxlaqsız” romanına qahmar çıxır, amma nəticəsiz qalır. Yalnız bir neçə il öncə işıq üzü görməsindən 120 il sonra bu əsər senzurasız nəşr olundu.
Yazıçının “Faust” dan təsirləndiyi açıq-aydın görünür. Faust sonsuz elm üçün ruhunu şeytana satmışdısa, Dorian Qrey gözəllik və əbədi gənclik uğrunda şeytanla razılığa gəlir, ruhunu kirlədir.
13 Ocak 2014 Pazartesi
Şərqi Qərbə tanıdan yazar. Amin Maalufun qələmindən Afrikalı Leo roman
Türk
oxucularının ən çox bəyəndikləri kitablardan biri də Amin Maalufun “Afrikalı
Leo” romanıdır. Tərifini çox eşitmişdim, nəhayət ki, ilin ilk kitabı kimi bu
ilin oxunacaqları siyahısında adını yazdırdı. “Səmərqənd”dən sonra bir daha bu
yazarı çox bəyəndim. İndidən klassikaya çevrilən, Ərəb-fransız dostluq
mükafatına layiq görülən bu əsər Maalufun ilk romanıdır. Şərqi Qərbə anladan
yazar kimi tanınan Maaluf “Afrikalı Leo”dan belə yazır: “"Afrikalı Leo,
gerçek bir yaşam öyküsünden çıkarılmış düşsel bir yaşamöyküsü: "Bir
berberin sünnet ettiği, bir Papazın vaftiz ettiği" Hasan ibn Muhammed
el-Vezzan ez Zeyyati namıdiğer Giovanni Leone de Medici'nin, Leo Africanus yani
Afrikalı Leo'nun özyaşamöyküsü - yazmış olsaydı yazacağı gibi...”
Türk
oxucularının ən çox bəyəndikləri kitablardan biri də Amin Maalufun “Afrikalı
Leo” romanıdır. Tərifini çox eşitmişdim, nəhayət ki, ilin ilk kitabı kimi bu
ilin oxunacaqları siyahısında adını yazdırdı. “Səmərqənd”dən sonra bir daha bu
yazarı çox bəyəndim. İndidən klassikaya çevrilən, Ərəb-fransız dostluq
mükafatına layiq görülən bu əsər Maalufun ilk romanıdır. Şərqi Qərbə anladan
yazar kimi tanınan Maaluf “Afrikalı Leo”dan belə yazır: “"Afrikalı Leo,
gerçek bir yaşam öyküsünden çıkarılmış düşsel bir yaşamöyküsü: "Bir
berberin sünnet ettiği, bir Papazın vaftiz ettiği" Hasan ibn Muhammed
el-Vezzan ez Zeyyati namıdiğer Giovanni Leone de Medici'nin, Leo Africanus yani
Afrikalı Leo'nun özyaşamöyküsü - yazmış olsaydı yazacağı gibi...” Göründüyü
kimi, romanın baş qəhrəmanı tarixdə yaşamış bir insan olub. İnternetdə
araşdıranda Joannes Leo Africanus, başqa adla əl-Həsən ibn Məhəmməd əl-Wəzzan əl-Fəsi
ərəb diplomat və yazıçı olub.Ən mühüm əsəri Şimali Afrikanın coğrafiyasından bəhs
edən “Afrikanın tanıtımı” (Descrittione dell’Africa) adlı kitabdır.Həyatı
haqqında məlum olanların hamısı əsərlərində olan avtobioqrafik məlumatlardır.
“Səmərqənd”də
olduğu kimi, bu kitab da bizi tarixin ucsuz-bucaqsız dönəmlərinin bir qisminə
aparır. Romanın baş qəhrəmanı-1489-cu ildə Qranadada dünyaya gələn Həsən 1488-
ci ildən 1527- ci ilədək hər il yaşadıqlarını, valideynlərindən, dayısından
eşitdiklərini tarixləri ilə birgə oğluna yazır.Beləliklə, Həsənin əhvalatı XV əsrdə
İspaniya-Qranadada başlayır və Əndəlus müsəlmanlarının köçü ilə davam edir. Belə
ki, tarixdən də məlum olduğu kimi, Araqon kralı Ferdinand və Kastiliya
kraliçası İzabеlla evlənərək vahid İspaniya dövlətinin təməlini qoyur və müsəlmanlara
qarşı birləşirlər. Bağlanan müqaviləyə görə, müsəlman və yəhudilərə
toxunulmayacaqdı. Amma qısa zaman sonra əvvəlcə yəhudilərə, sonra isə müsəlmanlara
Qranadadan köç etmək üçün vaxt verilir. Qalanlar yalnız dinlərini dəyişib
xristian olmaqla yaşaya bilərdilər.İnsanlar olar-olmazlarını satıb köç etməyə
başlayır. Qranadada qalan son müsəlman və yəhudilər isə illərlə min cür müsibətə
sinə gərməli olur. Köçkünlər ömürlərinin sonunadək oradakı evlərinin açarlarını
son ümid kimi özlərində saxlayır və nə vaxtsa böyük türkün, yəni osmanlıların Qranadanı
qurtarmasını gözləyirlər.
Həsənin ailəsi
də Fəsə köçməli olur.Burada o, uşaqlıq və gəncliyinin bir hissəsini yaşayır. Təhsil
alır, dayısı ilə ilk uzaq səfərlərə çıxır və sultana yaxın adamlardan biri
olur.Tarixi və Həsənin həyatındakı hadisələr bir-birini əvəz edir və yerini
Qahirə illəri alır. Həsən Qahirəyə taunun ən fəlakətli, insanların canını ölümdən
qurtarmaq üçün köç etdiyi bir vaxtda gəlib çıxır. Sonrakı səhifələrdə o, Yavuz
Səlimin zülmündən Qahirəyə qaçan, burada taundan ölən qardaşı oğlu Ələddinin
dul qadını Nurla evlənir. Nurun oğlu- Sultan Səlimin qılıncından qoruduğu
osmanlı vəliəhdi Bəyazidi oğulluğuna götürür. Həsən diplomat kimi İstanbula,
Osmanlı sarayınadək gedib çıxır, Yavuz Səlimlə görüşür. Sonralar osmanlılar
Qahirəni ələ keçirir və Həsənin siciliyalı piratlar tərəfindən oğurlanıb Romaya
gətirilməsi ilə Qahirə illəri başa çatır. Romada isə o, papaya hədiyyə olunur, həm müəllim, həm şagird
olub bir çox dilləri öyrənir, vəftiz olunur və Giovanni Leone de Medici adı ilə
papanın ən yaxın adamlarından biri olur və sairə və ilaxır.. Beləcə, Amin
Maalufun toxuduğu uçan xalça bizi bir Granadadan Fəsə, Məkkəyə, Qahirəyə, İstanbula,
Romayadək gəzdirir..
Kitabdan
çıxarışlar:
"Ölüm
bir kutlamadır. Sık sık cenaze törenlerinde, kadın olsun, erkek olsun,
insanların ölümü lanetlediğine tanık oluyorum. Fakat ölüm Ulu Tanrı'nın bizlere
bir armağanıdır. Ve O'ndan gelen bir şeyi kul lanetleyemez. Armağan sözcüğü
size aykırı mı geliyor? Fakat bu bir gerçek. Fakat ölüm eğer kaçınılmaz
olmasaydı insan bütün yaşamını ondan uzak durmaya adayacaktı. Hiçbir tehlikeyi
göze almayacak, hiçbir girişimde bulunmayacak, hiçbir işe el atmayacak, hiçbir
girişimde bulunmayacak, yeni bir şey yapmayacaktı. Yaşam sürekli bir uyuşukluk
olacaktı. Evet kardeşlerim, Tanrı'ya bize ölümü armağan ettiği için şükredelim;
çünkü yaşam ölümle anlam kazanıyor. Günün anlamı olması için gece, konuşmanın
anlamı olması için sessizlik, barışın anlamı olması için savaş gereklidir. O'na
dinlenmenin ve neşenin anlamlı olması için bize kaygı ve tedirginlik gösterdiği
için de şükredelim. O'na şükredelim, çünkü O'nun bilgeliği sonsuzdur."
“Aşk, bir kuyunun
kıyısında susuzluktur. Aşk çiçektir, meyve değil.”
"Eğer
insan Ulu Tanrı'nın buyruklarına uymazsa bunu gizlice yapmalı, çünkü işlediği
günahı sergilemek iki kat günahdır.”
“Bir toplum
en güçsüz bireyini yalnız bıraktığı anda dağılmaya başlar”
“Öyle
yalanlar var ki, onlardan ağızdan çok kulaklar sorumludur”
“Tanrıya beni
uğursuzluklardan koruması için dua etmiyorum. Böyle durumlarda beni
umutsuzluktan koruması için dua ediyorum. Inan, Tanrı bil elini bıraksa, öteki
elini tutar.
“haftalar
boyu boşluğu dolduran, duvarlara ve insanlara güven veren, zamanı belirleyen
ezan sesini duymadan yaşamak”
“İnsanlar yabansı
bir alışkanlıkla kendilerini korkutan hayvanların adını alırlar, kendilerine
bağlı olan hayvanların adlarını hiç almazlar. İnsanlar kendilerine kurt
denmesinden hoşlanırlar da köpek
denmesinden hoşlanmazlar”
“Yaşlılık
ölüme, çocukluktan daha yakın değildir.”
“Bedevi bir
kadına bir gün en çok hangi çocuğunu sevdiğini sormuşlar. Kadın şöyle yanıt
vermiş: “Hasta olanı iyileşene kadar, en küçüğünü büyüyene kadar, yolda olanı
da eve dönene kadar.”
“Bir insan
ister altın, ister akıl yönünden varsıl olsun, bunlardan yoksun olanlarla
konuşurken çok dikkatli olmalıdır.Her erkeğin, bu arada babamın da, mutluluğu
yakalamak için yanlış yollara da sapmaya hakkı olduğunu ancak saçlarıma aklar
düştüğü zaman anladım. Ancak o zaman onun yanlışlarına saygı duymaya başladım.
Senin de benim yanlışlarıma benzer saygıyı duymanı dilerim oğlum. Senin de kimi
zamanlar böyle yanlışlara düşmeni dilerim. Ve umarım sen de acımasızlık
noktasına varana dek seversin ve dilerim sen de yaşamın soylu çekiciliklerini
uzun süre algılayabilesin.”
“Nereye
gidersen git, birileri sana derinin rengini ve dualarını soracak. Onların
itkilerini hoşnut etmekten uzak dur! Oğlum, çoğunluk önünde boyun eğmekten
kaçın! İster Müslüman, ister Hıristiyan, ister Yahudi olsunlar, seni olduğun
gibi kabul etmeliler ya da seni yitirmeyi göze almalılar. İnsanların görüşünü
dar bulduğun zaman kendi kendine Tanrı'nın ülkesinin çok geniş olduğunu söyle.
Uzaklara gitmek, denizler, sınırlar, ülkeler, inançlar aşmak fırsatı çıktığı
zaman hiç duraksama..”
30 Aralık 2013 Pazartesi
Nə oxudum?
Çox sevdiyim yazıçı E.M.Remarkın növbəti bir
kitabını da sevərək oxudum. Nədənsə, bu aralar, hər oxuduğumda, baxdığım filmlərdə
yəhudi məsələsi qarşıma çıxır. Bu kitabın da mövzusu Remarkın əksər kitabları
kimi yenə də müharibə idi- İkinci dünya müharibəsi. Yəhudi olduqlarına görə
Almaniyadan qaçan, başqa ölkələrə sığınan qaçqınların həyatından bəhs edir. Yəhudi
qaçqınlar başqa ölkələrdə də rahat ola bilmirlər. Çoxunun pasportu, iş izni
olmadığına görə ya başqa ölkələrdə həbs olunur, ya da ölkədən xaric olunurlar.
Kitab 1941- ci ildə”Liebe Deinen Nächsten” adı ilə ingilis dilinə çevrilib və
ABŞ-da çap olunub.
28 Aralık 2013 Cumartesi
"Yaxşı bir film de, baxım"
Bəlkə bloqum kiminsə qarşısına çıxar və həmin adam da “yaxşı bir film
de, baxım” havasında olar. Bu yazı ilə mən ona nəsə çatdıra bilsəm, oturub bu
filmə baxar, vaxtı da film axtarmaqla keçməz) Cüzeppe Tornatorenin “1900-ün əfsanəsi”
filmindən bəhs edirəm. Rejissor haqqında bir ip ucu verim: məşhur “Malena” və
“Yeni kinoteatr “Paradiso”nu ərsəyə gətirən o möhtəşəm adam.
8 Aralık 2013 Pazar
Zülfü Livanelidən "Serenad". 60 illik sevgi, dənizdəki məzarlıq, krım türklərinin faciəsi
Son vaxtlar oxuduğum ən təsirli, maraqlı və hər kəsə
tövsiyə edəcəyim bir kitab da oldu:
Zülfü Livanelinin “Serenad”ı. “Mutluluk” əsərindən sonra Zülfü Livanelini bir
yazıçı kimi bəyənmişdim, bu kitab isə onu sevməmə səbəb oldu.İçimdə bir hiss var ki, yazıçının ən
yaxşı əsəri elə budur. Amma Zülfü Livanelini oxumağa davam edəcəyəm.Sırada yəqin
ki, “Kardeşimin hikayesi” olacaq.
Bu əsər həm ağlatdı məni, həm çox təsirləndirdi, üzümdə təbəssüm
də yaratdı, bəzi qəhrəmanları qucaqlatdı da mənə. Amma ən əsası, tarixin tozlu
rəflərinə qaldırılmış hadisələri öyrənməmə, yeni- yeni bilgilərlə tanış olmama
imkan yaratdı. 484 səhifəlik bir kitabı 2 günə oxudum, amma təsiri çox- çox
qalıcı olacaq.
4 Aralık 2013 Çarşamba
Tornatoreyə sevgilərlə.."Cinema Paradiso" filmi
Dünən gecə bu
yaşımadək ən, ən, ən gözəl filmi izləmiş oldum : “Malena”, “1900-ün əfsanəsi”
kimi əfsanə filmləri ərsəyə gətirmiş dünyaşöhrətli rejissor Cüzeppe
Tornatorenin “Nuovo Cinema Paradiso” (Yeni kinoteatr Paradiso) filmi. 155 dəqiqəlik
film, sanki, 4 fəsli yaşadır insana. O qədər səmimi, maraqlı, canayaxındır ki. Bir
insanın bir ömrünü “yaşadır” sənə, kövrəlirsən,
gülürsən, ağlayırsan, sevinirsən, təsirlənirsən, düşünürsən və sairə.Film
haqqında müsbət “sifətləri” çox yan-yana düzmək olar. Nə vaxtsa övladlarımla,
ailəmlə bu filmə baxmağı xəyal edirəm. Və ölmədən öncə baxacağım ilk film bu
olacaq. Əslində, həm hər kəsə məsləhət görmək istəyirəm, həm də yox. Çünki çox
sevdiyim bu filmə qarşı qısqanclıq var məndə))
3 Aralık 2013 Salı
Erix Mariya Remark- Lissabonda bir gecə
Remarkın
sadəcə 3 əsərini oxumağıma baxmayaraq, o mənim ən sevdiyim yazıçıdır. Bütün
əsərlərini dalbadal oxumaq istərdim. Amma qorxuram ki, ondan sonra o, mənim
üçün dəyərsiz ola, bezə bilərəm. Ona görə zamanla digərlərini də oxumağı düşünürəm. Remarkın “Zəfər tağı” əsərini məndən kitab məsləhəti alan hər kəsə
tövsiyə etmişəm. Və indiyədək heç kəs “oxudum, amma maraqsız idi,bəyənmədim”
kimi sözləri deməyib, əksinə çox tərifləyiblər. Remarkı karandaşsız oxumaq
qeyri-mümkündür. Karandaşla altından xətt çəkilən cümlələrin ən çox olduğu
yazıçılardan biri də Remarkdır. Bu karandaşla qeydlər belə kiçik bir kitaba
bərabərdir. Nə isə, Remarkı tərifləyə-tərifləyə sabahlayaram burda)) Ona görə keçək
karandaşla seçilən cümlələrə.Çoxdan oxuduğum kitabdır, qeydlərimi bloquma
daşıdım.
2 Aralık 2013 Pazartesi
Alexandra Cavelius "Leyla- bir bosniyalı qız"
Müharibəni əksər
hallarda kişilər anladıb: filmlər çəkilib, əsərlər,məqalələr və s.yazılıb. Amma
qadınların anlatdıqlarına daha çox qulaq vermək lazımdır. Məncə, müharibəni
yaşamış bütün insanlar əzab çəkiblər, işgəncələr görüblər. Amma müharibələr qadınlar üçün daha
dəhşətli olub. Alexandra Caveliusun “Leyla” əsərini oxuduqdan sonra buna bir
daha əmin oldum.Yazımın başlanğıcında deyirəm ki, əsəri oxuyun, bir qadının
gözündə müharibənin dəhşətlərini, görünən və görünməyən tərəflərini görün.Birnəfəsə
oxuduğum, ürəyimin parçalandığı, insan oğlunun içində necə bir canavarın
olduğunu göstərən, müharibəyə bütün hallarda “yox” dedirdən, onun fəlakətlərini,bu
gününü və sabahını göstərən, insanların, xüsusilə, qadınların müharibədəki çətinliklərini
və ondan sonrakı travmasını göstərən bir kitab.
29 Kasım 2013 Cuma
Çarlz Dikkens "Böyük ümidlər"
26 Kasım 2013 Salı
Nazim Hikmətin və Canan Tanın Pirayesi
Bu günlərdə oxuduğum kitab Canan Tanın “Piraye” kitabı oldu. Canan
Tanın dəst-xəttinə “Eroinle dans” romanından bələd
idim. Bu kitab da su kimi axıb getdi, 2 günə oxundu. Əslində, “Piraye”ni mənə
oxudan Nazim Hikmət oldu. Daha doğrusu, Mavi gözlü devin sevgisi, bir çox dillər əzbəri olan,
ürəkləri fəth edən sevgi şeirlərinin ünvanı, həyat yoldaşı Piraye oldu. Nazim Hikmətin şeirləri qədər sevgiləri də
ölümsüzdür.
19 Kasım 2013 Salı
Amin Maaluf- Səmərqənd. Səmərqənddən Titanikədək olan tarix.
Maraqla
oxuduğum və bitməsini heç istəmədiyim növbəti bir kitabı da tamamladım. Əslən
livanlı olan fransız yazıçısı Amin Maalufun “Səmərqənd” kitabı. Amin Maalufun
1983- cü ildə çap olunan ilk əsəri “"Ərəblərin gözüylə xaç yürüşləri"
onun dünyada tanınmasına gətirib çıxarıb. Yazıçının klassikaya çevrilən ikinci
kitabı və ilk romanı “Afrikalı Leo” isə "Fransız - Ərəb Dostluq
Mükafatı"na layiq görülüb. Ona ən böyük şöhrəti isə 1988- ci ildə nəşr
etdirdiyi ikinci romanı “Səmərqənd” gətirib. Tarixi romanlar yazarı kimi
tanınan Amin Maaluf hazırda Parisdə yaşayır.
Əsər 1072-
ci ildə Xəyyamın Səmərqənd hekayəsilə başlayır və 1912- ci ildə Atlantik
okeanında- Titanikdə sonlanır.
Titanikdə “Rübailər”.
Şərq çiçəyi Qərb baxçasında. Ey Xəyyam, kaş ki, yaşadığımız bu gözəl anları görə
bilsəydin”.
Ölmədən öncə
“Başqa bir gün üçün həyatdayıq.”
“Buddistlər həyata yenidən gələcəklərinə
inanırlar. Daha yüksək və ya aşağı səviyyədə həyata gəlməyin əvvəlki həyatını
necə yaşadığına bağlıdı.”
Həmişə öz-özümə sual vermişəm: həyatımın sona
çatdığına bir neçə ay qalsaydı, nə edərdim? Konkret bir cavab verə bilməmişəm.
“Достучаться
до небес”
(Knockin' on Heaven's Door) filmində həyatlarının
son günlərini yaşayan 2 gənc heç vaxt görmədiyi dənizə getmək istəyir və bunun
üçün müalicəni yarıda saxlayır, üstəlik, bir maşın da oğurlayıb istəklərinə
nail olurlar. Bax, bu əsl cəsarətdir. Onsuz da öləcəksən, heç olmasa, son nəfəsində
istədiklərini et. 9 Kasım 2013 Cumartesi
İllər sonra tapdığım mahnı
Təxminən 5-6 il öncə bu mahnını radioda dinləmişdim. O vaxt hər gecə radio mahnıları ilə yuxuya gedirdim. Ən çox ictimai radionu dinləyirdim.Bu mahnının da lap sonlarını dinləmə fürsətim olmuşdum. Bircə gönül sözü yadımda qalmışdı, mahnı o qədər tutmuşdu ki məni. Nə mahnının adını, nə kimin oxuduğunu bilirdim. O vaxt da internet istifadəçisi, demək olar ki, deyildim. Ona görə bir az ondan-bundan soruşdum, maraqlandım, heç kəs bilməyincə unudulub getdi mahnı. Üstündən 3 ildən çox bir müddət keçdi və bu mahnını təsadüfən facebookdakı bir səhifədən tapdım. O vaxt necə sevinmişdim, hətta gözlərim də dolmuşdu. Dalbadal dinlədim acgözlüklə. Bu mahnı mənim üçün çox-çox doğmadır ona görə. İllər sonra təsadüfən qarşıma çıxması, sanki, illərdir itirdiyim çox əzizimi, doğmamı tapmağım kimi idi. Dinlədikcə qucaqlayırdım, bağrıma basırdım onu.. Ona görə heç kim bu mahnını məndən çox sevdiyini israr etməsin :)
Ramiz Rövşəndən seçmələr
Çox sevdiyim şair Ramiz Rövşənin "Nəfəs" kitabını ara-sıra oxuyuram.Şeirə ac olduğum vaxtlarda, sentimentallaşdığımda :) Zövq verir adama..Kitabdakı şeirlərin hərəsindən bir və ya bir neçə misra götürüb yeni şeir düzəltdim :) Şairin əksər şeirlərində "dünya" sözü keçir. Elə mən də o sözün "qulpundan" yapışdım ))
Bu dünya yem bilir məni
Yer üzü gəmirir məni
Dözmək olmur, bıçaq kimi
dünya gözə dirənəndə.
Daha balta kəsməz ağlım kəsəni
dünyanın dadını bilirəm daha.
Beşiyindən qəbrinəcən
bu dünyada “sən” adlanan nə varsa,
sıxılar,yığılar bir adama
Onda bilərsən ki, bu dünya nədi,
acıdı, dadlıdı, onda bilərsən.
...Bu dünyada Allah deyilənin də
Boyu bir addımdı onda bilərsən.
Bir addımın qabağında diz çöküb
hönkür –hönkür ağlayarsan, ölərsən…
Bu dünyanın üzünə örtüldüm qapı kimi.
Dünyada çox şeyə əlim çatmadı,
dərdin yekəsindən yapışa bildim.
Bir dərdim qalmadı özümdən yekə,
bütün dərdlərimdən mən yekə oldum.
Dünyanın yolları qırıldı birdən
birdən ürəyimin dibi göründü..
Məni yedirtməkdən yoruldu
dünya
Çörəyi yoruldu, suyu yoruldu...
Bu dünyanın göyündən-
yerindən də küsmüşəm...
Daha mənə bu dünyada
Nə qaldı ölümdən əziz?...
...əlin heç nəyə çatmayanda
bu dünyadan özünü dər.
Ruhum dur yığış gedirik
Sən yuxarı mən aşağı..
mənim bu dünyayla bir alverim var
hamı öz ömrünü alıb-verəcək
hamı alverdədi,kim tacir deyil?
hamı günahkardı dünyada amma
dünyada heç kəsin günahı yoxdu…
…Dünyayla dalaşmaq asanmış demə,
Çətini dünyayla barışmağımış…
Haçansa keyfinin xoş saatında,
Ilahi, təzədən yadına düşsəm,
Ilahi, təzədən calasan məni
dünyanın ən gözəl güzgüsü ollam
təzədən dünyaya yollasan məni,
bu adam olmaram, özgəsi ollam..
bu dünyada biz hərəmiz
bir günahın yiyəsiyik
mən gedirəm cəhənnəmə,
ilahi, mənsiz oyna..
dünya, səndən doydum daha
get acları doyuzdur…
...Getdim o dünyaya dəydim qayıtdım
Öldür məni , ölməyə gücüm çatmır,
gücüm
çatmır bu dünyadan getməyə..
Ramiz Rövşənin əksər şeirləri dillər əzbəri olub, əksər misraları əzbər bilinir. Şeirləri içərisində az-az rastanan, bəlkə də hələ oxunmamış misraları seçdim:
Qəlbimdəki səbirdən,
Dözümdən yıxılıram.
Gözümdən yıxıldım, Allah,
Gözüm yaşından yıxıldım.
23 yaşımda məni sevənlər
33 yaşımda sevəmməz daha.
Dar günümə saxlamağa,
Qısılıb ağlamağa
Içimdə salamat yer qalmadı.
Ağlanmayan dərd də var,
Göz yaşından yuxarı.
Bu ögey şəhərdə bütün daşlara,
Bütün ağaclara doğmalaşaram.
Ürəyim həmişə əyində gəzən
Nimdaş paltar kimi süzülüb
tamam.
Təkcə gücsüzlüyündən yıxılmır,
atam balası,
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə
Içindən yıxılır adam.
6 Kasım 2013 Çarşamba
Oxuyur: kişi səsli qadın :)
Kişi səsli qadın. Səsi cinsiyyətinə əks olan əfsanə musiqiçi.. Bu mahnı sözlərinə zidd olsa da, adamı ölüm döşəyindən qaldıracaq gücə sahibdir. Xəstə yatağında yatsan, bu mahnını dinləyəndə elə ordaca oynamaq istəyi yaradar adamda. Keyfinin ən pis vaxtında belə əhvalına rəng qatar..
"Camaat nə deyər?" fobiyası
Biz
həyatımız boyu el sözü, qonşu, qohum, tanış sözünü öz arzularımızdan, istəklərimizdən
daha yuxarı başa qoymuşuq. O sözlərlə oturub- durmuşuq. Heç
cürə özümüzü, öz həyatımızı yaşaya bilməmişik. “El sözü” bir məhbəs olub bizim
üçün. Bu sözlərə həbs olmuşuq, onu
aşacaq cəsarəti özümüzdə tapa bilməmişik. “Camaat nə deyər?” qanımızı gənə kimi
sorub, bizi öz boyumuzdan qat-qat uca divarlar arxasına sürükləyib.
27 Ekim 2013 Pazar
“Anası savadsız olan xalq kordur”
Yazımı
böyük xeyriyyəçi H.Z. Tağıyevin sözü ilə başlamaq istəyirəm: “Anası savadsız
olan xalq kordur”. Bəli, xeyriyyəçi millətin, cəmiyyətin tərəqqisində, ailədə
qadının rolunu düzgün qiymətləndirmiş, eləcə də, bu zərif çiyinlər üzərinə düşən
böyük yükə də işarə etmişdir.
Savadlı
qadın yaxşı tərbiyəçi, yaxşı valideyn, yaxşı həyat yoldaşı, yaxşı aşpaz, yaxşı
iş qadını və s. ola bilər. Amma nədənsə, bir çox valideynlər sənətə yiyələnmələri,
təhsil almaları, iş tapmalarında və s. kimi məsələlərdə oğlan övladlarını irəli
çəkir, qız uşaqlarını ikinci planda saxlayırlar.
23 Ekim 2013 Çarşamba
Günəşi gördüm
Sürəyyaya və İslama atılan daş
Sürəyyaya
və İslama atılan daş
“Sürəyyanı
daşlamaq”. Bu filmə aylar öncə baxıb göz yaşlarımı saxlaya bilməmişdim,
ağladıqca ağlamışdım. Ən son Xalid Hüseyninin “Min möhtəşəm günəş” əsərini
oxuduğumda bütün qadınlar adına ağlamışdım. Onların çətinlikləri, məruz
qaldıqları işgəncələr, haqsızlıqlara rəğmən səslərini içində boğmalarına
ağlamışdım. Qadın olmaq çətindir.. Bu şablon cümləni qurmalı oluram.
Film
həqiqətən olmuş bir əhvalata söykənir. Keçmiş iran səfirinin oğlu Freidoune
Sahebjam Fransada yaşayan jurnalistdir. Bir gün İran kəndlərinin birində maşını
xarab olanda Sürəyyanın qohumu Zəhra onu bir yolla evinə dəvət edir.
“Qadınların səsi burda dəyərsizdir. Səsimi özünlə birgə aparmağını istəyirəm”
deyib kənddə baş verən tükürpədici hadisəni danışmağa başlayır..” The Stoning
of Soraya M. “adlı gerçək əhvalat kitab şəklində 1994- cü ildə oxucuların
ixtiyarına veriləndə qısa zamanda bestseller olur. 2009- cu ildə isə kitab
ABŞ-da İran əsilli rejissor Cyrus Nowrasteh tərəfindən ssenariləşdirilir.
1986-
cı il. İranda Ayətullah Xomeyni dövrü. Qadınlar mal kimi alınıb-satılır,
döyülür, olmazın işgəncələrə məruz qalır. Mollalar şəriət və din pərdəsi adı
altında qadınları hər cür qadağalarla qıfıllayıb. Sürəyyanın ərinin 14 yaşlı
bir qıza gözü düşür və onunla evlənmək istəyir. Şəriət bunu, düzdür, qadağan
etmir, amma əri ailə qayğılarından ( 2 oğlunu özü ilə götürüb, qızları və Sürəyyanı
başından etmək istəyir) xilas olmaq niyyətindədir. Buna görə də bir yolu qalır,
o da Sürəyyanı şərləyib onu zina etməkdə günahlandırmaq. Həmin vaxt kənd sakinlərindən
birinin arvadı rəhmətə gedir və balaca uşağı və ərinə pul qarşılığında Sürəyya
qulluq etməyə başlayır. Sürəyyanı necə olur- olsun ortadan qaldırmağı planlayan
əri üçün bu göydəndüşmə fürsət olur. Zina edən bir qadının cəzası isə rəcm, yəni
daş-qalaq olunmaqdır. . Ən ağrıdıcı isə Sürəyyanın atasının və 2 oğlunun daşına
hədəf olması olur. Bir ana üçün ən ağırı,ölümdən də betəri budur elə. Beləcə,
bütün kənd yığışıb Sürəyyanı “Allahın əmri ilə” daş-qalaq edir. Kənd əhli rəcmin
uğurlu keçməsinə görə bir-birini təbrik edib “Allah razı olsun” deyir və gecə
bu münasibətlə şənlikləri başlanır. Sürəyyanın parçalanmış cəsədini isə itlərə
yem edirlər. Gecə yarısı Zəhra sümüklərini yığıb basdırır. Amma ona söz verdiyi
kimi, hekayəsini, kiçik kəndin böyük cinayətini bütün dünyaya bəyan edir..
Sürəyya
filmdə günahkar olsaydı belə, bu cür cəzanın tətbiqi yenə də insanlıqdan kənar
olardı. Heç bir səbəb bir insanı bu cür vəhşiliklə öldürməyə rəvac vermir, verməməlidir.
Amma çox təəssüf ki, bu gün belə Səudiyyə
Ərəbistan, Pakistan, Əfqanıstan kimi ölkələrdə rəcm həyata keçirilir. Sürəyya
döyülüb öldürülən, incidilən, haqsızlıqlara məruz qalan, azadlıqları
buxovlanmış, susdurulmuş, gün görməyən qadınların bir növ simvoludur.
İnsanlar
tarixən vəhşiliklərini, amansızlıqlarını həyasızlıqla din adına yazıb onu da ləkələyiblər.
Və filmi izləyənlərdə ikili fikir formalaşa bilər:” İslam elə budur”, “Yox, əsl
İslam bu deyil, Quranda rəcm deyilən bir şey yoxdur” və s.
Elə
bu gün də vəziyyət 86- cı ildən elə də fərqlənmir. Zorlanan bir qadının
yubkasının qısalığı ölçülür. Qısa, açıq- saçıq geyinibsə, demək, elə günah
özündə olub, kişiyə şarait yaradıb. Gecə vaxtı hansısa qadına sataşıblarsa, yenə
də “gecə vaxtı onun çöldə nə işinin olması” məsələ olur. Bu gün namus üstündə
neçə-neçə qadın öldürülür. Hər bir halda qadın günahkar, kişi isə haqlıdır. “Namus
keşikçiləri”nin həmişə daşlamağa bir Sürəyyası olur.
“Olmayın
riyakarlıq edənlərdən-
Bir
yandan Quranı yüksək səslə oxuyarkən
Digər
yandan əxlaqsızlığını gizlətdiyini zənn edənlərdən” Hafizin filmdə deyilən bu
sözləri elə bu günümüzlə də ayaqlaşır..
21 Ekim 2013 Pazartesi
Zülfü Livanelinin "Mutluluk"u
Oktyabrın
növbəti kitabı da Zülfü Livanelinin “Mutluluk”u oldu. Zülfü Livanelinin
mahnıları bir çox dinləyicinin könlünə yol tapıb. Elə təkcə “Güneş topla benim için” mahnısı
bir çoxlarının sevimlisi olub. Onun yazıçılıq istedadını bu il öyrənmiş
oldum. Araşdırdığımda məlum oldu ki, yazıçı Türkiyədə sevilərək oxunur. Zülfü
Livanelini “Serenad” əsəri ilə oxumaq istəyirdim, amma qarşıma “Mutluluk”
çıxdı, mən də onu geri qaytarsam, mutluluk məndən üz döndərər deyə düşündüm ))
Kitabı bəyəndim. Yazıçının axıcı dili, dəst- xətti, hekayəçiliyi
var. Oxucunu intizarda, maraqda saxlaya bilir. Yazıçı kitabda Türkiyəni əsrlərdir,
elə bu gün də narahat edən problemlərdən bəhs edir, çirkinliklərin fərqinə vardırır, düşündürür.
Roman təkcə maddi sıxıntısı olan, adət-ənənə, namus
basqıları altında qalıb, yarı-yarımçıq qalan insanların deyil, həyatda yaxşı
mövqe tutmuş, yaxşı işi, ailəsi, həsəd aparılacaq çevrəsi, yaşamı olanların da əskikliklərini
anladır.
10 Ekim 2013 Perşembe
Oktyabr qoxulu kitab- "Bu işte bir yalnızlık var"
Adətən,
oxuduğum kitabları diqqətlə seçirəm. Bu kitab mənə nə qazandıracaq, nə öyrədəcək
deyə çox çək-çevir edirəm. Hansısa kitabı oxuyandan sonra vaxt itkisi olduğunu
düşünəndə əsəbiləşirəm, heç cürə özümü bağışlaya bilmirəm. İndi isə bu soyuq
oktyabr günlərində vaxtım gen-bol olduğuna görə vaxt itkisini filanı düşünmürəm.
Çoxdandı adı ilə tanış olduğum Tuna Kiremitçinin “Bu işte bir yalnızlık var”
kitabını oxumağa başlayıram.
6 Ekim 2013 Pazar
Bir gecənin pleylisti :)
Gecə uzun, dinləyəcək çox mahnı var. Payizin hüznü də bir az çökübsə üstünə, bir az darıxmaq havasındasansa mahnıların işi yaman qəlizdi :) sənə təsəlli verməli, doyurmalı, lazım gəlsə, bezdirməlidir də. Bir oktyabr gecəsinin bir neçə mahnısını paylaşıram. Bir yaz günü, yaxud yayda balkonda oturub "dinləməyə hardan başlasam" deyə özümə sual versəm, bəlkə bunu xatırlayıb dinləyəcəyəm. Bu gecədən sonra isə bu mahnıları təsadüflər xaric, dinləməməyə çalışacağam. Qoy bir az darıxım onlar üçün :)
"Bir axşam taksidən düşüb payıza"...
![]() |
Rəssam Leonid Afremov |
Payız niyə ayrılıq fəsli kimi xatırlanır, bilmirəm. Amma payız sevgi fəsli olmalıdır, insanlar daha çox qucaqlamalıdır bir-birini. Bəlkə elə payızın, qışın soyuğu buna görədir? Biz sevdiklərimizə daha çox sarılaq deyə..
5 Ekim 2013 Cumartesi
26 Eylül 2013 Perşembe
"Yalnızlıq paylaşılmaz"
Bəzi
insanlar yalnızlıqlarını hər cür zir-zibillə, tör-töküntü ilə pozmağa
hazırdırlar. Təki həyatlarında biri olsun, təki onlar dostlarına, rəfiqələrinə
“hə,mənim də sevgilim var” deyə bilsinlər. Amma yalnızlıq hər cür zibillə
doldurulmağa layiq deyil axı. İnsan yalnızlığını uca tutmalıdır. İnsan özü üçün
dəyərli olmalıdır ilk növbədə, sonra o dəyəri kimdənsə tələb edə , gözləntiləri
ola bilər.
24 Eylül 2013 Salı
Bir səhər yuxudan durub...
Dünyadan
köçənlər üçün aylarla, bəzən illərlə yas tutulmasının əleyhinə olmuşam. Düzdü, bəzi
vaxtsız itkilərlə razılaşa bilmir adam, olmur, alınmır. Amma həddindən artıq
göz yaşlarının başqa bir bədbəxtlik hazırlayacağı fikrinə də inanmışam. Və
müşahidələrim bu fikrimi təsdiqləyib bir çox halda..
Bəzən
foto albomları, xatirələri vərəqləyib yaddaşının tozlu rəflərini təmizləyirsən.
Görürsən ki, hamı ordadı. Keçmişi bu günlə calaşdıranda əskik qalan o qədər şey
olur ki. Boşluqlar görürsən: insan boşluqları..Və onda görürsən ki, heç bir şey
şəkillərdəki kimi ola bilməz. Onda görürsən ki, illər keçib, uşaqlıq arxada
qalıb, qırışlanıb insanlar,qocalıb, köçüblər dünyadan. Puzzle tamamlanmamış
qalır..
Onda
şairin “bir səhər yuxudan durub özünü uşaq görəsən.Görəsən hamı evdədi, ölənləri sağ görəsən” mümkünsüz
misraları yadına düşüb dərin bir ah çəkirsən..
17 Eylül 2013 Salı
"The Dreamers" haqqında
İtalyan rejissoru Bernardo Bertoluççinin "The Dreamers" filminə baxan bir çoxları çılpaq gəzmək kimi bir arzuya da düşə bilərlər. Filmdə aktyorlar elə rahatlıqla, sərbəst çılpaq gəzirlər ki, yayda belə baxsan, əynindəki paltarlar ağırlıq edər adama. Sanki Adəmlə Həvva cənnət meyvəsindən heç dadmayıblar. Çılpaqlıq o qədər safdı filmdə.
Sizi 60- cı illər Fransasına aparacaq, o dövrlərin hadisələrini otağınıza gətirəcək-möhtəşəm mahnıları ilə. Film seks, kino sevgisi, siyasət və fəlsəfə üçbucağında cərəyan edir. İzləyənlər güclü mövzusunu, insest əlaqələri, pornoqrafiyanı və s.qeyd edə bilərlər. Bununla belə, filmdə qarışıqlıq var, çaşırsan bəzən rejissor nə demək istəyir.
16 Eylül 2013 Pazartesi
Ünvansız darıxmalar gecəsi
Və
yenə gecələrdən ünvansız, səbəbsiz darıxmalar gecəsidi.
Mahnıların
fonunda darıxmalar..
Hə,indi
fonda Edith Piaf səslənir."Autumn leaves"i özünəməxsus oxuyur.
Sən də
heç bilmirsən, payız üçün darıxırsan, hansısa mahnının sözləri, hansısa
mahnı üçünmü, dünyaya niyə fransız bir qadın kimi gəlmədiyin üçün, yoxsa dünyaya gəlişində gecikdiyin, yaşamaq istədiyin hansısa keçmiş zaman üçünmü?Səbəb
çoxdu, amma heç birini təyin edə bilmirsən.
Içindəki
o hüzün ki var..Həə,bəlkə sevdiklərini bircə-bircə itirən o yanıqlı səsin
sahibinə-Edith Piafamı üzülürsən? Bəlkə sən də ən sevdiklərini itirməkdən
qorxursan? Bəlkə yox,qorxursan elə.
Gecənin
fonunda indi də Eric Clapton-"Autumn Leaves" deyir.
Yenə
ünvasız darıxmalar...
Bəlkə
elə payız üçün darıxmısan...
20 Ağustos 2013 Salı
Ayın arxasındakı günəş
Xalid Hüseyninin son illlərdə bestseller olan “Çərpələng uçuran” və “Min möhtəşəm günəş” əsərləri bir çoxlarımıza Əfqanıstan haqqında bilmədiyimiz informasiyaları vermişdi. ”Əfqanıstanda uşaqlar var, uşaqlıq yoxdur” cümləsi əsərin özünə bərabər bir mesaj idi bəlkə də. Elə təkcə bu cümlədən bir xeyli təsirlənmişdik. Bu əsərlər bir daha göstərdi ki, əslində, KİV bizə gerçəkliyi bütün üzü ilə göstərmir.Bu qədər informasiya içində biz sadəcə tək bir tərəf görürük:müharibə,talibanla amerikan əsgərlərinin qarşıdurması, ölənlər, yaralananlar, evsiz-eşiksizlər və sairə bu kimi məlumatlar. Xalid Hüseyni bilmədiyimiz bir çox həqiqətləri bizə göstərə bildi.
11 Ağustos 2013 Pazar
7 Ağustos 2013 Çarşamba
Facebook yaradıcılığı :)
Həyatımızın
bir qismi, bəlkə də tam qismi facebookla bağlıdı. Yazırıq-pozuruq, cızma-qara
edirik, paylaşa bildiklərimizi paylaşırıq, paylaşa bilmədiklərimizi də (P.S.bu
xəsis adamlara aiddir- paylaşmaqda xəsis olanlar )) ) saxlayırıq özümüzə.
"Nə düşünürsən?" sualı bizim içimizi- çölümüzü qoyur ortaya. Özümüzü ələ
verib, açırıq sandığın ağzını )) Bu qədər niyə uzunçuluq etdim, bilmədim heç.
Arada nəsə fikirlər dolaşır adamın beynində, paylaşır filan. Amma müəyyən
vaxtdan sonra özünə də maraqlı olur geridə qalanlara bir nəzər salmaq. Ona görə
bəzi statuslarımı bloquma yerləşdirmək qərarına gəldim. Özümü ölümsüzləşdirirəm))
2 Ağustos 2013 Cuma
27 Temmuz 2013 Cumartesi
26 Temmuz 2013 Cuma
Erix Mariya Remark- “Qərb cəbhəsində yenilik yoxdur”
Erix Mariya Remark- “Qərb cəbhəsində yenilik yoxdur”
Kitab yazıçının şahidi olduğu hadisələr əsasında yazılıb. Oxucular müharibənin bütün dəhşətlərini duyur və bəlkə də müharibəyə Remark qədər dərin nifrət yaradar ikinci bir yazıçı yoxdur.
Erix Mariya Remark- “Qərb cəbhəsində yenilik yoxdur”
Əsər I Dünya müharibəsində gənc əsgərin düşüncələrindən bəhs edir. 19 yaşlı Paul Boymer məktəbdən birbaşa cəhbəyə göndərilir və müharibənin dəhşətləri, amansızlığı, günahsız ölən insanları, gözləri qarşısında əlil olan, ölən dostları, onların iztirablarının şahidi olur.
Kitab yazıçının şahidi olduğu hadisələr əsasında yazılıb. Oxucuların müharibənin bütün dəhşətlərini duyur və bəlkə də müharibəyə Remark qədər dərin nifrət yaradar ikinci bir yazıçı yoxdur.
Müəllif yazır: “Bu kitab nə ittiham, nə də etirafdır. Bu yalnız müharibədə məhv olan nəsillərdən deyil, həmçinin qəlpələrdən xilas olmalarına baxmayaraq, müharibə qurbanlarına çevrilən insanlardan bəhs etmək cəhdidir.”
“Qərb cəbhəsində yenilik yoxdur” bütöv halda, ən azından 50 dildə 20 milyon tirajla yayılıb. Bu, İncildən sonra dünyada ən çox nəşr olunan kitab hesab olunur.
Kitab 1933- cü ildə nasistlər tərəfindən yandırılır, yazıçı 1938-ci ildə ölkə vətəndaşlığından çıxarılır. Romanın italyan nəşri isə 1929-cu ildə Mussolini tərəfindən qadağan edilir.
Kitabdan sitatlar:
“Həyat burada, ölümün sərhəddində cüzi bir xətt təşkil edir.”
“Sağ qalmağımız təsadüfdən asılıdır…Məhz bu təsadüflərdən asılılıq bizi laqeydləşdirmişdi.”
“Mən 20 yaşlı gəncəm. Amma həyatda tərəddüd, ölüm, qorxu və hədsiz kədərlə mənasız ,kor-koranə sürünmələrin qarışığından başqa bir şey görməmişəm. Görürəm ki, millətləri bir-birinin üstünə qaldırırlar, insanlar kor kimi iradəsinə tabe olaraq bir-birilərini öldürürlər. Onlar nə etdiklərini, hansı günaha sahib olduqlarını da bilmirlər. Görürəm ki, dünyada ən ağıllı başlar bu dəhşətləri uzatmaq üçün silahlar icad edir, sonra isə öz hərəkətlərinə daha incə şəkildə bəraət qazandırmaq üçün söz də tapırlar. Mənimlə birlikdə bizdə, bizimlə vuruşan ölkələrdə, bütün dünyada olan yaşıdlarımın hamısı –bütöv bir nəsil bunları görür, bu dəhşətləri yaşayır...
İllərdən bəri biz öldürməklə məşğul olmuşuq. Həyat haqqında anlayışımız ancaq ölümdən ibarətdir..”
“Bu müddət ərzində tərbiyəmizi o dərəcə dəyişdilər ki, on il məktəb həyatında bu tərbiyəni ala bilməzdik. Biz öyrəndik ki, təmizlənmiş bir düymə, Şopenhauer’in dörd bəndindən daha vacibdir. Biz əvvəlcə təəccüblə, ürəkyanğısı və laqeydliklə əmin olduq ki, burada göründüyü kimi hafizə yox, ayaqqabı şotkası, fikir yox, nə vaxtsa qurulmuş sistem, azadlıq yox, sərt hərbi təlim həlledicidir. Biz öz istəyimizlə əsgər olduq.”
“Yer dünyada əsgərdən başqa heç kim üçün bu qədər əhəmiyyətli ola bilməz. Güclü atəş zamanı ölüm qorxusundan qorunmaq üçün üzünü, bədənini yerə sıxıb uzandığı an torpaq onun yeganə dostu, qardaşı və anası olur. O, özünün qorxu və qışqırıqlarını yerin sükutunda boğur. Yer onu ağuşuna alır, qoruyur, yenidən on saniyə qaçmağına və deməli on dəqiqə yaşamağına icazə verir. Onu gizlətmək üçün yenidən alır, amma bəzən həmişəlik.”
“Biz bir-birimizə qarşı doğmalıq hissini tamamilə itirmişdik. Acı baxışlarımız hansı isə bir dostumuza dikiləndə onu böyük çətinliklə tanıya bilirdik. Bir sanki hansı isə bir kələk və qorxulu bir sehrin köməyilə hələ də qaç
a və öldürə bilən hissiyyatsız ölülərdik”
“Bağışla məni, dostum..Axı bizə əvvəldən niyə demirlər ki, siz də bizim kimi yazıq insanlarsıniz, analarınız bizim analarımız kimi oğulları üçün eyni dərd çəkirlər, siz də bizim kimi ölümqabağı qorxursunuz,eyni ölüm və eyni ağrılarımız olur? ..əgər silahı və hərbi formanı çəxardıb atsaq sən də Kat və Albert kimi qardaşım ola bilərdin. Ömrümdən 20 ili götür və ayağa qalx. Daha çox götür ,çünki onunla nə edəcəyimi bilmirəm”
“Müharibə bizim üçün ölümə səbəb olan xərçəng və vərəm, qrip və dizinteriya kimidir.”
“Bizi yaşadığımız həyat, daimi təhlükənin , həyəcanlı ölüm gözləntilərinin və tənhalığın yaratdığı xüsusi mövcudluq forması doğmalaşdırıb”
“O, 1918ci ildə, hərbi məlumatlar yalnız bir cümlədən – “Qərb cəbhəsində dəyişiklik yoxdur!” – cümləsindən ibarət olan sakit və rahat bir gündə öldürüldü.”
21 Temmuz 2013 Pazar
11 Temmuz 2013 Perşembe
8 Haziran 2013 Cumartesi
19 Şubat 2013 Salı
"Yağış"dan sonra günəş çıxır
Uzun müddətdən bəri baxmaq istədiyim bir film
var idi: Baran,yəni yağış. İranlı rejissor Məcid Məcidinin filmi. Məcidinin “Sərçələrin
nəğməsi”,”Cənnətin rəngi” və “Cənnətin uşaqları” filmlərindən sonra bu
filmin də təsirli olacağına şübhə
etmirdim. Və ehtimalım özünü doğrultdu..Məcidi izləyicini təsirləndirmək,bəzən
də ağlatmaq üçün səy göstərir, bir az sentimentallıq edir. Bu bir az da pafoslu
ola bilər. Amma nəsə o qədər də hiss olunmur. Nəzərə alsaq ki, tamaşaçılar bir
çox hallarda elə sentimentallığa qaçır. İran filmlərinin özəlliyi ondandır
ki,insana müəyyən dəyərləri öyrədir, unudulmuşları xatırladır, bir az tərbiyələndirir,
mənəvi cəhətdən zənginləşdirir.Hollywood filmlərindən fərqli olaraq, heyvani
yox, insani keyfiyyətləri göz önünə sərir. Məsələn,elə baxdığım filmdə qızın çətinliklərə
və işinin çoxluğuna baxmayaraq göyərçinləri yemləməsi kimi..
15 Şubat 2013 Cuma
"Sərçəciyin hekayəsi"
"Sərçəciyin hekayəsi"
Edit Piaf haqqında yazmaq lazım idi...Həm
özüm üçün nəsə cızma-qara kimi saxlamaq,həm onun mahnılarına və fransız
musiqisinə sonsuz sevgimdən dolayı..Bir də filmin isti-isti təəssüratlarını
aradan uzun müddət keçəndən sonra oxumaq maraqlı olur..
Edit Piaf haqqında heç bir məlumatım olmayanda
təsadüfən fransız musiqilərinə sevgimə görə axtarışlarım məni ona
“çatdırmışdı”.Dinlədim,çox sevdim..Amma ağlıma gəlməmişdi ki,onun haqqında da
maraqlanım.Yenə də təsadüfən onun bioqrafiyasını oxudum və bundan sonra onu
daha diqqətlə dinləməyə başladım.Ağrılı həyat yolu var idi Editin.Və nəhayət, bu
günlərdə “La vie en rose” (Жизнь в розовом цвете) – “Çəhrayı həyat” avtobioqrafik
filminə baxdım və deyə bilərəm ki, Edit Piafın yeri artıq bir başqadı qəlbimdə..
14 Şubat 2013 Perşembe
28 Ocak 2013 Pazartesi
Bir "Sevgi" haqqında

Ötən il Avstriyalı rejissor Mixael Hanekenin “Sevgi” filmi Kann kinofestivalının baş mükafatını aldı, Amerikada isə 2013-cü ilin əcnəbi dildə “ən yaxşı film” nominasiyasında Qızıl Qlobusa layiq görüldü.Və film 85- ci Oskar mükafatlarına əsas nominasiyalarda namizədlər siyahısındadı.
Kannın qalib filminin adının “Amour” (Sevgi) olduğunu öyrənəndə nədənsə bu adda film mənə bəsit göründü.Ya da sevgi elə çoxunun “çeynədiyi”çeynənmiş ad idi deyə.Bilmirəm..Amma filmin necə olacağı çox maraqlı idi,dünya ondan danışırdı çünki...
Kaydol:
Kayıtlar (Atom)